[quads id=7]
menim menevi borcum nedir,menim menevi borcum vikipediya,menim menevi borcum adli esse,veten qarsisinda borcum nedir insa,ailəm və vətənim qarşısında mənəvi borcum,ailəm qarşısında mənəvi borc,menim menevi borcum haqqinda esse,mənim mənəvi borcum mövzusunda esse
4.3
(45)

Bu məqalə “Mənim mənəvi borcum  mövzusunda esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın esseyə öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


GİRİŞ

Həyatda elə borclar vardır maddiyyatla ödənmir. Biz buna mənəvi borc deyirik. Hansı ki, o sevgi, xeyirxahlıq, zəhmət, diqqət və qayğı kimi mənəvi dəyərləri əhatə edir.. Hər kəsin özünə görə mənəvi borcları vardır ki, bunları etmək zəruridir və vacibdir.

ƏSAS HİSSƏ

Dünyaya gələn hər insanın ailəsinə, vətəninə, Tanrıya qarşı mənəvi borcları vardır. Bu borc bir sıra vəzifə və öhdəlikləri əhatə edir. Ana-atalarımız bizlər üçün bir ömür çalışır,  rahat və xoşbəxt həyat sürə bilməyimiz üçün böyük fədakarlıqlar edirlər.  Bununla bərabər bizdə də ana-ataya qarşı mənəvi borc yaranır.
Onlara olan mənəvi borcumuz:

  • Tərbiyəli və ağıllı bir övlad olmaq
  • Dərslərinə yaxşı çalışmaq
  • Yeri gəldikdə ana-ataya yardım etmək
  • Böyüdükdə onların qayğısına qalmaq

Öz məsuliyyətini dərk edən və onu layiqincə yerinə yetirən övlad xeyirli övladdır. O, bilir ki, yaşadığı hər ana, hər saniyəyə görə onu yaradan Allaha və dünya gətirib böyüdən ana-ataya borcludur. Edilən fədakarlıqların və böyük zəhmətin fərqindədir. Nə qədər çalışırsan çalış Ana-ataya və Allaha yenə də borclu qalarsan. Onlara bir ömür borcluyam və bu mənim mənəvi borcumdur.

Mənim mənəvi borcum esse

Bizim həmçinin Ana vətən qarşısında da mənəvi borcumuz vardır. Bunlardan ən əsası öz vətəni sevməkdir. Bu sevgi sözdə sevgi deyildir. Əməldə özünü təsdiq etməlidir.
Vətən qarşısında mənəvi borclarımız:

  • Vətənə xidmət etmək
  • Onun maraq və mənafelərini qorumaq
  • Vətənin inkişafı, yüksəlişi üçün çalışmaq
  • Milli dəyərlərini qoruyub sahib çıxmaq

Vətən qarşısındakı borcunu dərk edən və bunu doğru şəkildə yerinə yetirən insanlar əsl vətənpərvərdir. Bu borcu yerinə yetirməyən, ondan üz döndərən həm ailəsinə həm də vətəninə xəyanət etmiş kimidir. Mən də böyüdükdə Vətən qarşısında mənəvi borcumu şərəflə və ləyaqətlə ödəyəcəm.

Həmçinin hər bir insanın Allah qarşısında da mənəvi borcları vardır. Yaradan insana min-bir nemət bəxş etmişdir. Hansı ki, saymaqla bitməz. Bütün bunların əvəzində Allahın da bəşər övladına buyurduqları var.  
Yaradan qarşısında mənim mənəvi borclarım:

  • Vicdanlı və ədalətli olmaq
  • Dürüstlüyü və doğrunu seçmək
  • Yaxşılıq etmək və pisliklərdən uzaq olmaq
  • Haqqın və doğrunun tərəfində durmaq

NƏTİCƏ

Kimliyindən, maddi durumundan asılı olmayaraq hər insanın bu dünyada mənəvi borcları vardır. Heç bir insan səbəbsiz yerə yaradılmayıb. Hər birimizin müəyyən vəzifə və öhdəlikləri vardır. Bu həyatın haqqını ödəmək və ona layiq olmaq gərəkdir. Unutmayaq ki, yaxşı bir insan olmaq, öz üzərnə düşən vəzifələri layiqincə yerinə yetirmək hər birimizin əsas mənəvi borcudur.

Bənzər mövzular:

Axtarış sözləri: menim menevi borcum nedir,menim menevi borcum vikipediya,menim menevi borcum adli esse,veten qarsisinda borcum nedir insa,ailəm və vətənim qarşısında mənəvi borcum,ailəm qarşısında mənəvi borc,menim menevi borcum haqqinda esse,mənim mənəvi borcum mövzusunda esse,ailə qarşısında mənəvi borcumuz

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 45

İlk səs verən sən ol!

11 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir