[quads id=7]

Suya aid Atalar Sözləri

Suya aid atalar sozleri su haqqinda atalar sozu
3
(4)

Su harada – dirilik orada.

Atalar sözü

Su axar, çuxurun tapar.

Su suya qarışanda güclü olar.

Dərin su bulanmaz.

Susuz ağac bar verməz.

Balıq istəyən – özünü suya vurar.

Hər axan suya Araz deməzlər.

Suyun imanın, odda gör.

Uca dağların suyu, çaya axar.

Təzə bardağın suyu sərin olar.

Suyu dənizdən içən, bulağ tanımaz.

Yeli oda ver, suyu şora ver,

Aydan arı, sudan duru.

Su bardağı suda sınar.

Quyuya su tökməklə quyu sulu olmaz.

Suyun quyuda olsun.

Aclıq susuzluğla qardaşdır.

Suyu ver susuyana.

Odun imanı, sudadır.

Bulanlıq suda balıq tutulmaz.

Balıq suda ikən sövdə olmaz.

Sudan ayrılan balığı oddan qorxusu olmaz.

sponsor 3

Duzdan ləziz, sudan əziz, bir şey yoxdur.

Sudan çıxmış balıq kimi çapalayır.

Sudan qaymaq yığır.

Suda batan ilana da sarılar.

Öz çulunu sudan çıxarda bilmir.

Molla duru sudan qaymaq yığar.

Hər suda mərcan olmaz.

Su kiçiyindir, yol böyüyün.

Hər səhəng suda sınmaz.

Canbaz ipdə gəzər, balıq – suda.

Su özünə yol elər.

Balığı ya öldür, ya sudan çıxart.

Balıq suda ikən bazarlıq olmaz.

Su qabı suda sınar.

Suda boğulan saman çöpündən yapışar.

Su olsa axar, daş olsa qalar.


Suya aid Atalar Sözləri

Su gəldiyi arxa bir də gələr.

Atalar sözü

Su girdi qaba – oldu içməli.

Ağlaya – ağlaya quyu qaz, gülə – gülə suyun iç.

Suyun üstə gəmi var, hər bir işin cəmi var.

Suyun lal axanı, adamın yerə baxanı.

Suyun əvvəli bulantı gələr.

Dəniz suyu kimi, nə içilir, nə kiçilir.

Təzə kuzə suyu sərin saxlar.

Qaba suyu tutduğu qədər tökərlər.

İylənmiş suyu içməzlər.

Susuz aparıb, susuz gətirər.

Susuz ağac meyvə verməz.

Körpə südsüz böyüməz, pambıq – susuz.

Arvadsız ev, susuz dəyirman.

Balıq tutan suyu bulanıq istər.

Su içinə ilan dəyməz.

Əl əli yumadı, əl üzü yumadı, qolu əlsiz qaldı, əli qolsuz qaldı, suyu üzsüz qaldı, üzü susuz qaldı, yaşı külsüz qaldı, külü odsuz qaldı.

Tökülmüş süd, göz suyuyla yığılmaz.

Dovşan dağda – suyu ocaqda.

Yeddi arxın suyunu bir arxa calayır.

Quyu var, suyu yox.

Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər.

Su suyu tapar, su da çuxuru.

Dəryaya daş atmaqla suyu bulanmaz.

Su sənin dalınca gəlməsə, sən suyun dalınca get.

Payızın suyu kasıbın boğazına təngdir.

Küpü sındıran da bir , suyu gətirən də bir.

İçdim üzüm suyunu, tökdüm üzüm suyunu.

Dəni ellərdən, suyu göllərdən.

Daşı sıxsa, suyunu çıxardar.

Dəhnəni dərin qazı, suyu gur gəlsin.

Dəstini qıran da bir, suyu gətirən də bir.

Bəxt dönəndə burunun suyu gözə damar.

Susadım su istədim, suyun da yandırdı məni.

Hamam suyu ilə özünə dost tutur.

İçdin üzüm suyunu, Tökdün üzün suyunu.

Dənizin dərinlyin sudan yox, dağdan soruş, təpənin nə olduğun dərədən yox dağdan.

Su gələr ləyləndirər, bağçanı gülləndirər.

Acı şey yeyənə su da şirin gələr.

Suya düşsə quru çıxar.

Su daşı da dələr.

Yağ su ilə qarışmaz.

Fala inanma, suya dayanma.

Sapsız balta suya batar, saplı balta buzu qırar.

İnək su içsə süd, ilan su içsə zəhər əmələ gələr

Həqiqi dostlarla birgə içilən su da şirin dadır.

Məni aparan suya “Araz” deyərəm.

Könlü balıq istəyən quyruğunu suya vurar.

Dəvəni ya duza, ya suya.

Gönü suya vermə, verdin heyfsilənmə.

Damcını sudan, bulağı çaydan qoruyan Tanrıya güvən.

Axan suya dayanma, hər deyənə inanma.


Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır.

Atalar sözü

Bənzər Sözlər:


Axtarış sözləri: suya aid atalar sozleri, suya aid atalar sözləri,su haqqinda atalar sozleri ,su haqqinda atalar sozleri ,su haqqında atalar sözü

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir