[quads id=7]

Məşhur Atalar Sözləri

Məşhur Atalar Sözləri meshur atalar sozu meshur atalar sozleri
4.2
(155)

Məşhur Atalar Sözləri

Təkrar biliyin anasıdır. – Atalar sözü
Ucuz ətin şorbası olmaz.– Atalar sözü
Heyvanın dişinə baxarlar, insanın – işinə. – Atalar sözü
Uşaq sözün düzünü deyər.– Atalar sözü
Varlının malı, kasıbın övladı. – Atalar sözü
İlan çıxdığı bacanı yaxşı tanıyar. – Atalar sözü
Saman altından su yeridir. – Atalar sözü
Təhsilsiz insan, cilasız aynaya bənzər. – Atalar sözü
Varlının da kasıba işi düşər. – Atalar sözü
Tamahkarı yalançı aldadır. – Atalar sözü
Bəy verən atın dişinə baxmazlar. – Atalar sözü
Uşaq gördüyün götürər, eşitdiyin deyər. – Atalar sözü
Sağ ol, var ol, gül ol, bülbül ol, qəfəsdə olma! – Atalar sözü
Sağlam ruh sağlam bədəndə olar. – Atalar sözü
Sürü çobansız olmaz. – Atalar sözü
Sən doğru ol, əyri bəlasını tapar. – Atalar sözü
Səhərin işini səhər gör.
Söz var kəsər savaşı, Söz var kəsdirər başı. – Atalar sözü
Kiçikdən xəta, Böyükdən əta. – Atalar sözü
Yaman olmasa, yaxşılığın qiyməti bilinməz. – Atalar sözü
Hər zərərdə bir xeyir var. – Atalar sözü
Zülm ilə abad olan bir gün gəlir bərbad olur. – Atalar sözü
Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.- Alman atalar sözü
Dərin olan quyu deyil qısa olan ipdir. – Çin atalar sözü
Şam bahadı – korun nə vecinə. – Atalar sözü
Tənbəllik bütün eyiblərin anasıdır. – Atalar sözü
Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur. – Atalar sözü
Özgənin atına minən tez düşər. – Atalar sözü
Eşşəyə min ata çatana qədər. – Atalar sözü
Üz verəndə, astar istəməzlər. – Atalar sözü
Yaxşı at yemini artırar, yaman at – qamçısını. – Atalar sözü
Uzaqdan zurna səsi xoş gələr. – Atalar sözü
El igidləri ilə tanınar. – Atalar sözü
Birlik harda, dirilik orda. – Atalar sözü
Üzüm üzümə, baxa-baxa qaralar. – Atalar sözü
Sözü məqamında deyərlər. – Atalar sözü
Vəfalı dost yad olmaz, görməsə yüz il səni. – Atalar sözü

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 155

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir