PƏNCƏRƏ ŞÜŞƏSİ ŞEİRİ
Müəllif: Salam Sarvan
Mən sənin qarşına
pəncərə şüşəsi kimi çıxdım ki,
mənə baxanda dünyanı görəsən.
Sənsə mənə
güzgüyə baxırmış kimi baxıb keçdin.
NECƏ SEVDİN SƏN ONU ŞEİRİ
Müəllif: Elçin Səlimoğlu
Dedilər necə sevdin birini, görmədən, toxunmadan
Dedim ki, əlimə dəyməsə də gözü, gözümə baxmasa da.
Ürəyi ürəyimə toxundu çünki, ürəkdən sevdim onu.
QAR ŞEİRİ
Sponsor Linklər
Müəllif: Musa Yaqub
Ulduz tək üstümə səpələn, ey qar,
Geyindir əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizliklə isinmək olar.
GÜL VƏ SARMAŞIQ ŞEİRİ
Müəllif: Tofiq Hüseynzadə
Bağda bir qızıl gülə
Dolanıb gülə-gülə,
Söylədi ki, sarmaşıq, –
«Mənəm sənə yaraşıq!».
Qızılgül heç dinmədi,
Onun tək öyünmədi.
Dedi: «Billəm, sarmaşıq,
İndi sənsən yaraşıq.
Darıxma, olsun səhər,
Gəlsin bağın bağbanı.
Soruşacam, ay gözəl,
Yaraşığın bəs hanı?
DÜNYADAN ÇIXIŞ ŞEİRİ
Müəllif: Salam Sarvan
Evdən çıxdığın kimi çıxacaqsan dünyadan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?
GÖR, GÖTÜR DÜNYASI ŞEİRİ
Müəllif: Allahverdi Kərimoğlu
Lovğalıq yaraşmır, kamil insana,
Cəmiyyət içində sadə dolana.
Tez salar insanı lovğalıq gözdən,
El gözü tez seçər, əyrini-düzdən.
Gücsüzə güc verər, varı-dövləti,
Kasıbin güclüsü çəkər minnəti.
Gücsüz qapısında, güclü işləsə,
Varlının yanında, fağırdı yenə.
Qolunda olsa da, filin qüvvəti,
Bir qarın çörəkdi başa töhməti.
Gücsüzün şöhrəti əfsuz yayılar,
Güclülər varlının qulu sayılar.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
“TANIYIR” ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Qaranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəğməsindən tanıyır.
Mən ayrı quşam, ayrı quş.
Yarı bülbül, yarı bayquş.
Bu dünyanı mən boyda quş
Öz qəfəsindən tanıyır.
…Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəfəsindən tanıyır..
PAYIZ DÜŞÜNCƏLƏRİ
Müəllif: Nəbi Xəzri.
Ellərə car çəkən payızın səsi
Düzlərə sərt əsən küləklərdədir.
Mehriban baharın isti nəfəsi
Ancaq ürəklərdə, ürəklərdədir.
Dağ susur, yüksəlir aranın səsi
Yığılmış pambıqlar qar tayasıdır.
Qatardan ayrılmış durnanın səsi,
Köç etmiş baharın son nidasıdır.
TALE MƏNIMLƏ OYUN OYNAYIR ŞEIRI
Müəllif: Fikrət Qoca
Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi…
Vaxt keçdi…
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi…
Mən də zər atdım,
Zərim sə… birdi…
Əşi axırı birdi…
YOL ŞEİRİ
Müəllif: Heydər Ələddinoğlu
Gecə qaranlığında
işıqdan-işığa yol gedir insan.
Tarix qaranlığında
dahidən-dahiyə…
Ömür qaranlığında
bəndədən İlahiyə!
Hansı mənzilə varsan
ən kəsə yoldu düzlük.
Bir ucu ölümdürsə,
bir ucu ölümsüzlük…
YAŞA ŞEİRİ
Müəllif: Zəlimxan Yaqub
Fəsillərin ruhuna dön,
Yazında, qışında yaşa.
Qədrini bil bu torpağın,
Hər bir qarışında yaşa.
Halallıq var mayasında,
Həm toyunda, həm yasında.
Çiçəyə dön qayasında,
Mamır ol daşında yaşa.
Dağıt başından dumanı,
Dağıt şübhəni, gümanı.
Öt dövranı, keç zamanı,
Dünyanın yaşında yaşa.
Axtarış sözləri: Seirler qisa, sevgi seiri qisa, menali seir qisa,qisa seirler, qısa şeirlər Mənalı Qısa Şeirlər şeirlər qısa şeir qısa sevgi şeirləri, qısa şeir
yaxşı idi