[quads id=7]
yalana aid atalar sözləri,yalana aid atalar sozleri,yalan haqqında atalar sözləri, yalana aid atalar sozu,yalana aid atalar sozleri
3.8
(19)

Yalan söz üz qizardar. – Atalar Sözü

Yalanın ayağı gödək olar. – Atalar Sözü

Yalanla qorxu bir cibdə olar. – Atalar Sözü

Qeybət və yalan bacı-qardaşdır. – Atalar Sözü

Haqqın yolu birdir, yalanınkı – cürbəcür. – Atalar Sözü

Acgöz, yalançı toruna düşər. – Atalar Sözü

Lalın dili yalançının dilindən yaxşıdır. – Atalar Sözü

Yalan və qorxaqlıq bir cibdə yerləşir. – Atalar Sözü

Doğru qapıdan gələndə, yalan bacadan qaçar. – Atalar Sözü

Yalanın şirinindən, doğrunun acısı dadlıdır. – Atalar Sözü

Yalançı adamın dostluğuna dözən özü də yalançıdır. – Atalar Sözü

Yalançının evi yandı, heç kəs ona inanmadı.– Atalar Sözü

Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar. – Atalar Sözü

Yalançının üzü qara olar. – Atalar Sözü

Yalana aid atalar sözləri

Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar. – Atalar Sözü

Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. – Atalar Sözü

Yalançı adamın öz hiyləsilə nail ola bilmədiyinə düz adam öz düzlüyü sayəsində çatar. – Atalar Sözü

Yalan olmasa doğru yeriməz. – Atalar Sözü

Doğru yalanı qovar. – Atalar Sözü

Əyri ağız bəy olsa, yalan sözü düz çıxar. – Atalar Sözü

Qaçan yalan həqiqətə çatmaz. – Atalar Sözü

Yalançı, unutqan insan olmamalıdır. – Atalar Sözü

Bir dəfə yalan söyləyən 100 həqiqəti söyləsə də heç vaxt inanılmaz. – Atalar Sözü

sponsor 3

Qorxu adama yalan söylədər. – Atalar Sözü

Yaxşı bir məqsədi olan yalan, nifrət oyadan həqiqətdən daha yaxşıdır. – Atalar Sözü

Yalançının yaddaşı olmaz. – Atalar Sözü

Doğru gəlir, yalan ölür. – Atalar Sözü

Yalandan əvvəlcə xeyir də tapsan, axırda ziyan taparsan. – Atalar Sözü

Yalan – oğurluğa atılan ilk addımdır. – Atalar Sözü

Yalanda da bir həqiqət olur. – Atalar Sözü

Çox söz yalansız, çox pul haramsız olmaz. – Atalar Sözü

Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu yetişib keçər. – Atalar Sözü

Yalan nə qədər sürətli olsa da, həqiqət ona yetişir. – Atalar Sözü

Yalan tək ayaq üstə durur, həqiqət – iki ayaq üstə. – Atalar Sözü

Yalan söz pırtlaşıq saç kimidir, sahmana salmaq çətin məsələdir. – Atalar Sözü

Çox danışanın yalanı olar. – Atalar Sözü

Xain xəyanətinin cəzasını mütləq çəkər. – Atalar Sözü 

Yalan hələ heç ağızdan çıxmamış başlayır valay vurmağa. – Atalar Sözü

Dil ucundakı şirin yalan, qarmaq ucundakı yem kimidir. – Atalar Sözü

Həqiqət dilli-dilavər olmur, yalan bər-bəzəkli olsa da. – Atalar Sözü

Ağlarsa anam ağlar, qalanı yalan ağlar. – Atalar Sözü

 Faydalı yalan nifaq salan həqiqətdən yaxşıdır. – Atalar Sözü

Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar. – Atalar Sözü

Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. – Atalar Sözü

Açar sözlər: yalana aid atalar sözləri,yalana aid atalar sozleri,yalan haqqında atalar sözləri, yalana aid atalar sozu,yalana aid atalar sozleri,yalan haqqında atalar sözləri,yalan haqqında atalar sözü,yalan haqqinda atalar sozu

Bənzər Atalar Sözləri:

İlana Aid Atalar Sözləri
Yaxşılıq və pislik haqqında atalar sözləri
Atalar Sözləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.8 / 5. Səs sayı: 19

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir