Bu post “Zəfər yolu“ haqqında inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Tarixdə elə qələbələr vardır ki, onlar bənzəri olmayan bir qəhrəmanlıq örnəyidir. Belə qələbələrdən biri də şanlı 8 Noyabr Zəfəridir. Bu zəfərlə 30 ildən artıq işğalda olan doğma Qarabağımızı 44 gündə azad etdik və düşmənin başını dəmir yumruğumuzla ilan kimi əzdik. Qəhrəman əsgərlərimiz haylara heç vaxt unutmayacağı bir dərs verdi və tarixdən silinməyəcək şanlı bir zəfər qazandılar. 8 Noyabr Zəfəri ilə Azərbaycan öz gücünü təkcə düşmənə deyil, həm də bütün dünyaya sübut etdi.
8 Noyabr Zəfəri Azərbaycanın uzun illərdir gördüyü məqsədli və planlı işlərin nəticəsində qazanıldı. Bu zəfər müdrik qərarların və doğru siyasətin bəhrəsidir . Zəfər yolunun təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuşdur. O, 90-cı illərdə əsl bir lider və xilaskar kimi ölkəsinin dadına çatmış və Azərbaycanı dərin bir bataqlıqdan xilas etmişdir. Azərbaycan o illərdə gərgin iqtisadi-siyasi vəziyvə idi və müharibə onu daha zəif edə bilərdi. Öncə iqtisadiyyatı inkişaf etdirmək və ordunu gücləndirmək, siyasi sabitliyi təmin etmək gərəkdi. Qarabağ zəfərinə gedən yolda bunlar önəmli mərhələlər idi. Bunu bilən Heydər Əliyev öncə düşmənlə atəşkəs bağlayıb sonra “Əsrin Müqaviləsi”ni imzalayaraq Azərbaycan neftini bazarına dünya çıxardı. Beləcə siyasi sabitlik təmin olundu və neft-qaz ixracından gələn gəlirlər hesabına iqtisadiyyatımız dirçəlməyə başladı. Bundan sonra zəfər yolunda atılacaq növbəti bir addım qalırdı: ordunu gücləndirmək. Heydər Əliyev orduya dövlət tərəfindən diqqət və qayğını artırdı və bir sıra islahat keçirdi:
- Ordunu yeni silah və texnikalarla təmin etdi.
- Yeni hərbi məktəblər və lisseylər yaratdı.
- Orduda olan nizam və intizamsızlığı aradan qaldırdı.
- Xarici ölkələrlə hərbi ittifaqlar quruldu, müqavilələr imzalandı
Zəfər yolu haqqında inşa
Nəticədə Azərbaycan hərbi cəhətdən ermənistanı üstələdi və böyük üstünlük qazandı. Bütün görülən bu işlər gələcək zəfərlərin əsas təməli oldu. Bu təməl əsasında Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev bu missiyanı öz üzərinə götürmüş və zəfər yolunu inşa etməyə davam etmişdir. Onun dövründə:
- Azərbaycan öz hərbi sənayəsini qurdu və silah istehsalına başladı. Bu Azərbaycanın hərbi gücünə güc qatmış oldu.
- Ordumuza İsrail, Türkiyə və digər ölkələrdən ən müasir silahlar alındı
- Hər il hərbi büdcəmiz artırıldı və bu məbləğ ermənistanın bütün büdcəsini keçdi.
- Əsgərlərimiz xarici ölkələrdə təlim və dərslər keççməyə başladı
- Ölkəmiz öz peykini səmaya buraxdı və kosmik ökələr sırasına qoşuldu. Nəticədə düşməni bu peyklər vasitəsilə göydən müşahidə etmək və nəzarətdə saxlamaq mümkün oldu.
Görülən bu işlər Qarabağ Zəfəri üçün atılmış uğurlu addımlar idi ki, bizi zəfərə daha da yaxınlaşdırırdı. Artıq ordumuz Qarabağı azad etmək iqtidarında idi. Sadəcə doğru vaxtı seçib hərəkətə keçmək qalırdı. O vaxt 26 sentyabrda gəldi Düşmən ərazilərimizdə yenə təxribata əl atdı və hücuma cəhd etdi. Buna cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlandı.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Ali Baş Komandann rəhbərlik etdiyi rəşadətli ordumuz düşməni Qarabağda 44 gündə məğlub edərək 30 illik həsrətə son qoymuşdur. 8 Noyabrda düşmən təslim oldu və tarixi zəfər qazanıldı.
Sponsor Linklər
Zəfər Yolund Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. Onların bu fədakarıqları və cəsarəti milyonlara zəfər bəxş etdi. Hər bir qəhrəman əsgərimiz şanlı Zəfər Yolundan keçərək bizi azad Qarabağa apardı. Bu Zəfər Yolu dünya tarixində yeni səhifə açdı və tarixə öz silinməz dağmasını vurdu. 8 Noyabr zəfəri əsrlər keçsə də unudulmayacaq,yaddaşlarda qalacaq və ürəklərdə yaşayacaq.
Zəfər yolunun davamı olaraq Dağlıq Qarabağ da düşməndən təmizləndi və separatçı rejim ləğv olundu. Xankəndi başda olmaqla digər rayonlarımızda da 3 rəngli bayrağımız dalğalanıır. Bu zəfər yolu bütün dünyaya göstərdi ki, Qarabağ AZƏRBAYCANDIR!(Nida)
Bənzər mövzular:
- 8 Noyabr Zəfər Günü haqqında inşa,
- 8 Noyabr Zəfər Günü Haqqında Məlumat
- 8 Noyabr Zəfər Günü Haqqında Şeirlər
- Zəfər günü haqqında inşa
Axtarış sözləri: zəfər yolu haqqında inşa,44 gunluk zefer yolu haqqinda melumat,zəfər yolu haqqında inşa,zəfər yolu haqqında esse,azərbaycan ordusunun zəfər yolu,44 günlük zəfər yolu inşa