bill qeyts haqqinda melumat bill gates kimdir bill qeyts ve microsoft sirketi haqqinda 2

Sponsor

3.5
(13)

Bill Qeyts kimdir?

Amerikalı iş adamı, investor və yazıçıdır.

Bill Qeyts 28 oktyabr 1955-ci ildə Sietl şəhərində anadan olub. Üç uşaq atası olan Qeyts Microsoft-un yaradıcılarından biridir və hazırda şirkətin texniki məsləhətçisi kimi fəaliyyət göstərir. Xeyriyyə işlərinə daha çox vaxt ayırmaq üçün 2020-ci ilin mart ayında Microsoft-un prezidenti vəzifəsindən istefa verən Bill Qeyts bu gün dünyanın ən varlı adamları sırasındadır.

Bill Qeytsin həyatı və tərcümeyi-halı

Bill Qeytsin həyatı və tərcümeyi-halı
Bill Qeytsin həyatı və tərcümeyi-halı

Vəkil ata və müəllim ananın üç övladından biri olaraq dünyaya gələn Qeyts varlı bir ailədə böyüyüb. Bill ailənin yeganə oğludur. Onun Libbi və Kristianna adında 2 bacısı var.

Təhsil həyatında o, ilk dəfə Şimali Sietldəki dövlət məktəbində başlayıb. Sonra təhsilini Lakeside Private School-da davam etdirib. Eyni zamanda şəxsi proqramlar yazmağa başlayanda onun cəmi 13 yaşı var idi. 1973-cü ildə Harvard Universitetində oxumağa başlayan Qeyts 1975-ci ildə üçüncü kursda oxuyarkən təhsilini yarımçıq qoyur. Universitetdə olarkən o, 1960-cı ildə yazılmış BASIC-in MITS Altair adlı versiyasını yaratdı.

Bu dövrdə o, uşaqlıqdan onunla eyni sahələrə maraq göstərən və həmişə birlikdə çalışdığı ən yaxın dostu Pol Allenlə qarşısına məqsəd qoyur: fərdi kompüterlərin hər bir ofisə və hətta hər evə daxil olması və hər kəs tərəfindən asanlıqla istifadə oluna bilməsinin təmini.

Bu illərdə Bill və Paul evlərinin yaxınlığındakı bir şirkət üçün proqram xətalarını aşkar etməklə məşğul idilər. . Beləcə onlar şirkət kompüterindən pulsuz istifadə edir və kompüter biliklərini artırırdılar. Bu sayədə onlar 1972-ci ildə ilk şirkətləri olan Traf-O-Data-nı qurdular. Bir neçə il sonra Qeyts TRW adlı silah şirkətində təcrübə keçdi.

Ailəsi

Bill Qeyts 1 yanvar 1994-cü ildə də Melinda Qeytslə evləndi. Bu evlilikdən onların Cennifer Ketrin, Rori Con və Fib Adele adlı üç qızı var. Çox təvazökar və səbirli şəxsiyyəti ilə tam lider keyfiyyətlərinə malik olan Bill Qeyts 1984, 1997 və 1999-cu illərdə Time jurnalının üz ön səhifəsinə seçilib. O, 1975-ci ildə Harvard Universitetini tərk etsə də, 2007-ci ildə bu universitet tərəfindən Fəxri mükafata layiq görülüb.

Bill Qeyts və Microsoft şirkəti haqqında məlumat

Bill Qeyts və Microsoft şirkəti haqqında məlumat
Bill Qeyts və Microsoft şirkəti haqqında məlumat

Kompüterə olan marağı sayəsində Harvard Universitetinə çox yüksək balla qəbul olan Qeyts universitetdə oxuduğu müddətdə dərslərə getmək əvəzinə bütün vaxtını poker və video oyunları oynamağa sərf edirdi. Ancaq bir gün dostu Paul ona bir məqalə göstərdi. Dünyanın ilk mikrokompüteri Altair 8800 haqqındakı bu məqalə iki dosta ilham verdi. Altair 8800 ilk uğurlu “fərdi” kompüter hesab olunur.

Onlar Meksikadakı istehsalçı olan MITS şirkəti ilə əlaqə saxladılar və Altair üçün özlərində BASIC proqramı olduğunu bildirdilər. Şirkətdən pozitiv geridönüş oldu və iki dost proqramı yaratmaq üçün Harvard laboratoriyasında işləməyə başladılar. Beləcə Altair komputerləri üçün ilk proqramlaşdırma dili olan Altair BASIC-I yaratdılar. . Bu, Qeytsin Harvardı tamamilə tərk edərək Meksikaya getməsinə səbəb oldu. Əslində, Qeyts Meksikada olarkən vəsiqəsiz maşın sürdüyünə və işıqforun qırmızı işığında keçdiyinə görə polis tərəfindən həbs edilmişdi.

Qeyts Meksikada məskunlaşdıqdan qısa müddət sonra MITS şirkəti bağlandı. Lakin bu müddət ərzində Allen və Qates Altair üçün hazırladıqları BASIC proqramını şirkətə satmaq üçün artıq Microsoft adlı şirkət qurmuşdular. Əslində, Microsoft o dövrdə bir çox şirkətlərə, o cümlədən Apple-a proqram təminatı üzrə xidmətlər göstərirdi.
1979-cu ildə Meksikada macəralarını bitirərək Seattle’a qayıdan iki dost, o zaman verdikləri bu qərarla Microsoftun qızıl dövrünü başlatdıqlarından xəbərsiz idilər. Qayıdandan sonra Qeyts ilk olaraq IBM-in kompüterlərindəki proqram problemini öyrənməyə kömək etmək üçün startapdan 50.000 dollar dəyərində proqram aldı. Sonra onu MS-DOS-a çevirdi və IBM-ə satdı.

sponsor 3

Digər kompüter şirkətlərinə satmaq üçün lisenziyasını özündə saxladığı üçün Microsoft böyük bir yüksəliş əldə edirdi. Təbii ki, proqnozlaşdırıldığı kimi, IBM satışından sonra digər şirkətlər də eyni texnologiyaya sahib olmaq istədilər və onlar bu məhsulu almağa qərar verdilər. Beləliklə, şirkətin illik satışları 7 milyon dollardan 16 milyon dollara yüksəldi. O, var-dövlətindən və sahib olduğu imkanlardan düzgün istifadə edərək və zəhmət çəkərək “Amerika arzusu”nu gerçəkləşdirdi.

Apple niyə Microsoftu məhkəməyə verdi?

İlk Macintosh kompüterini təqdim edən Apple, Macintosh-un istifadəçi interfeysi MS-DOS-dan daha sürətli və asan idi. Bu səbəbdən Apple bazarda Microsoft üçün əsas təhlükəli bir rəqib idi. Bunun üzərinə Qeyts çox sürətli bir addım atdı və öz istifadəçi interfeysi olan Windows-u inkişaf etdirməyə başladıqlarını açıqladı. Eyni zamanda, Microsoft-un şirkət səhmlərini satışa çıxardı və investisiyalar toplanmağa başladı. Görülən işlər çox uğurlu oldu və Bill Qeyts bir gecədə dünyanın ən zəngin insanlarından birinə çevrildi. Lakin Windows gözlənilən nəticəni göstərə bilmədi. Yavaşlığına görə ciddi tənqidlərə məruz qaldı. Apple da bundan məmnun qalmadı və öz əməliyyat sisteminin kopyalandığını iddia edib Microsoft-u məhkəməyə verdi. 90-cı illərin ortalarına qədər davam edən işin sonunda məhkəmə tərəfindən heç bir kopyalama olmadığına qərar verildi..

Bill Qeytsin Sərvəti və Mirası

Forbes jurnalının 2023-cü il dünyanın ən varlı insanları siyaıhısında Bill Qeyts 104 dollar sərvəti ilə dünyanın ən varlı 6-cı insanıdır. Üstəlik, Bill Qeyts təqribən 35 milyard dollar ianə edib və etməkdə davam edir. O, 6,4% payla Microsoft-un ən böyük səhmdarıdır.

Digər işlərinə vaxt ayırmaq üçün işini tərk edən Qeyts həyat yoldaşı ilə birlikdə qurduğu Bill və Melinda Qeyts Fondunda işləməyə davam edir. Kifayət qədər zəngin olmasına baxmayaraq, Bill Qeyts mirası övladlarına qoymur və onların hər birinə cəmi 10 milyon dollar verməyi planlaşdırır. Qalan mirasını Bill Qeyts fondunun hesabına bağışlayacaq Qeyts, bütün mirasını övladlarına buraxmaqla onlara yaxşılıq etməyəcəyini düşünür.

Bill Qeyts və Koronavirus

Pandemiya dövründə etdiyi açıqlamalarla şüphələri öz üzərin çəkən Bill Qeyts sonradan pandemiyanın qarşısının alınması haqqında kitab yazıb. Kitab “Növbəti pandemiyanın qarşısını necə almalı” (How to Prevent the Next Pandemic) adlanır. Qeyts kitabında gələcəkdə oxşar qlobal fəlakətlərin qarşısını almaq və planetdəki bütün insanlara daha yaxşı səhiyyə xidməti göstərmək üçün atılması vacib olan addımlardan söz açıb.
“Bu pandemiya dəhşətlidir, ancaq gələcək pandemiya on qat betər ola bilər” deməklə Qeyts şübhəli baxışları özünə yönəltmişdi.

Bill Qeytsin sözləri

Əgər kasıb doğulmusansa bu sənin səhvin deyil, əgər kasıb ölsən bu sənin səhvindir…

  • Cibində pul var ikən sadəcə sən kim olduğunu unudarsan, ancaq cibində pul yoxdursa bütün dünya sənin kim olduğunu unudar. Budur həyat.
  • İnternet dalğa kimidir. Kompüter sənayesi və bir çox başqaları su basacaq, orada üzməyi öyrənməyənləri boğacaq.
  • Ən narazı müştərilər ən əhəmiyyətli məlumat qaynağımızdır.
  • Yaxşı bir mühəndis olmaq istəyirsinizsə, imtahanlara hazırlaşmağa həmişə gec başlayın; bu sizə zamanı idarə etməyi və fövqəladə vəziyyətlərdən baş çıxarmağı öyrədər.
  • Uğuru qeyd etmək yaxşıdır, lakin uğursuzluqdan dərs çıxarmaq daha vacibdir.
  • Uğur bərbad bir müəllimdir. Ağıllı insanları heç məğlub olmayacaqlarına inandırır.
  • Yaxşı bir şey edə bilmirsənsə, onu yaxşı kimi göstər.
  • Bugünkü modern həyat tərzimiz siyasətçilərin əsəri deyil. 1700-cü ildən öncə insanlar yoxsulluqdan ölürdü. O vaxtlar yaxşı siyasətçi yox idimi? Əlbəttə var idi, amma sonradan kəşf etməyə başladıq. Təhsil və iqtidarlıq şərtdir, amma əsas lokomotiv kəşf etməkdir.
  • Kompüterin olmadığı bir dünyadan indi hər gün ondan istifadə edilən bir dünyaya transfer etmək inanılmazdır. Bu həmişə reallışdırmaq istədiyim bir xəyal idi. Artıq bir qismi reallaşıb.

Bənzər mövzular:

Axtarış sözləri: bill gates kimdir,bill qeyts və microsoft şirkəti haqqında təqdimat,bill qeyts haqqında məlumat,bill geyts haqqinda melumat,bill qeyts ve microsoft haqqinda,bill qeys haqqinda melumat,bill geyts ve microsoft ,bill gates serveti ,bill qeys ve microsoft sirketi haqqinda melumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.5 / 5. Səs sayı: 13

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir