[quads id=7]

Bir kərə yüksələn bayraq bir daha enməz haqqında inşa

Bir kərə yüksələn bayraq bir daha enməz haqqında inşa
0
(0)

Bu məqalə Bir kərə yüksələn bayraq bir daha enməz  haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın və ulduzla inşanı qiymətləndirin.


Bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin, tarix və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır. Azərbaycan Respublikasının 3 Rəngli Dövlət Bayrağı ölkəmizin suverenliyinin rəmzidir.

Müasir və müqəddəs bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə məhz bu dövlətin üçrəngli bayrağının əsas təsisçisi və yaradıcılarından biri idi. Müstəqil vətənini və bayrağını sevən Məmməd Əmin Rəsulzadə bayrağına məftunluğunu belə ifadə edirdi:

“Bir kərə yüksələn bayraq, bir daha enməz”.

Bir kərə yüksələn bayraq bir daha enməz haqqında inşa
Bir kərə yüksələn bayraq bir daha enməz haqqında inşa

Onun bu ifadəsi ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Şanlı Zəfərlə bitən İkinci Qarabağ müharibəsində də bu şüar xalqa və orduya ruh yüksəkliyi vermişdir. Həqiqətən yarandığı gündən bu günə qədər 3 rəngli bayrağımız könüllərdən enməmiş, daim ürəyimizdə dalğalanmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi:

Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.

71 illik Sovet hakimiyyəti altında yaşasaq belə, bayrağımız unutmamış, bu şanlı əmanəti bu günə qədər qoruyub saxlamağı bacardıq. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyevin böyük töhvələri olmuşdur.

Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.

Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.

Heydər Əliyev

Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Şanlı Dövlət Bayrağımız hər bir Azərbaycanlı üçün fəxr və qürur mənbəyidir. 3 rəngli dövlət bayrağı Azərbaycan dövlətinin və xalqının azadlıq və varlığının təcəssümüdür.
Bu gün Ali Baş Komandanın və Müzəffər ordumuzun qazandığı tarixi Zəfəri ilə bütün Qarabağda 3 rəngli dövlət bayrağımız əzəmətlə dalğalanır. Biz bu bayraq altında həmrəy olduq, dəmir yumruq kimi birləşdik və 44 gündə tarix yazdıq. 107 yaşlı dövlət bayrağımız, bir gün bütün tarixi torpaqlarımızda əlbət dalğalanacaq!


Bənzər mövzular:

Bir kərə yüksələn bayraq, bir daha enməz | Obastan / Viki

Bir kərə yüksələn bayraq bir daha enməz haqqında inşa

Axtarış sözləri: Bir kərə yüksələn Bayraq Bir daha enməz haqqında inşa,Bir kere yükselen Bayraq Bir daha enmez insa,Məmməd Əmin Rəsulzadə Bir kərə yüksələn Bayraq Bir daha enməz,Bir kere yükselen Bayrak Bir daha inmez

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir