[quads id=7]

Bayraq Haqqında Sözlər

Azərbaycan bayrağı haqqında, Bayraq Haqqında Sözlər, bayraq haqqında,bayraga aid sozler,bayrağa aid sözlər, bayraga aid, bayraq haqqinda
5
(1)

Milli Azərbaycan bayrağı – işdə bizim çöhrəmiz! Milli hakimiyyət uğrunda çarpışan, çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi! -Məmməd Əmin Rəsulzadə

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim. – Bəxtiyar Vahabzadə

Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir.- İlham Əliyev

Biz, o bayrağı minbir müşkülatla başımız üstünə qaldırdıq.- Məhəmməd Əmin Rəsulzadə

Bir kərə yüksələn bayraq, bir daha enməz! -Məmməd Əmin Rəsulzadə

Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. -Məhəmməd Əmin Rəsulzadə

Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyisə, o, bu bayraq altında birləşməlidir.  -Heydər Əliyev

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
 O mənimdir, o mənim millətimindir ancaq.
– Mehmet Akif Ərsoy

Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. -Heydər Əliyev

 Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!  (Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında)- Atatürk

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir. Heydər Əliyev

Mən bayrağın kimlərin əlində olduğunu bilməsəm, heç bir sədaqət andı içmərəm. -Piter Ustinov

Müasir dünyada artıq daşdan torpaqdan olan bütlərə deyil, qohumluğa, dövlətə, irqə, bayrağa və şəxslərə səcdə olunur.

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
– Bəxtiyar Vahabzadə

Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Av­ropa iqtidarı – əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç bo­yalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dal­­ğala­nacaqdır). Bir daha qaldırılmış bayraq bir daha en­mə­yəcək­dir

Eşqi istiqlal ilə yanan və həsrəti hürriyyətlə saxlayan Azəri gəncliyinin ürəyi yarılsa, bu bayrağın (Azərbaycan bayrağının) orada həkk edildiyi görünər. Bəli, heç bir zaman Azərbaycan xalqı bu qədər həzin bir həsrət duymamışdı. Hansı kəndlini, hansı fəhləni, hansı münəvvər (ziyalı) və əsnafı (dükançı, sənətkar) dinləsəniz “Azərbaycan”dan yana-yaxıla bəhs edər. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur!

Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “Irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan. -Məhəmməd Əmin Rəsulzadə

Ey gənclik sənin öhdəndə böyük bir vəzifə var. Səndən öncəki nəsil yoxdan bir bayraq, müqəddəs ideal bir rəmzi yaratdı,on min müşkülatla ucaldaraq dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə ki sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəyinə enmiş bu bayrağı təkrar o bina üzərinə tikəcək və bu yolda -Ya qazi, ya Şəhid olacaqsan. -Məhəmməd Əmin Rəsulzadə

Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Av­ropa iqtidarı – əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç bo­yalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dal­­ğala­nacaqdır). Bir daha qaldırılmış bayraq bir daha en­mə­yəcək­dir! -Məmməd Əmin Rəsulzadə

Məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır. – Füyuzat jurnalı

Axtarış sözləri: Azərbaycan bayrağı haqqında, Bayraq Haqqında Sözlər, bayraq haqqında,bayraga aid sozler,bayrağa aid sözlər, bayraga aid, bayraq haqqinda, Azerbaycan bayragi haqqinda

Bənzər yazılar:

Bayraq haqqında şeirlər
Azərbaycana Aid Şeirlər

YAZIYA QİYMƏT VER!😉

sponsor 3

Ortalama 5 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir