[quads id=7]

Həyatımızda internetin rolu haqqında inşa

heyatimizda internetin rolu haqqinda məlumat,hayatimizda internetin rolu insa,muasir heyatda internetin rolu inwa,internetin heyatimizda rolu haqqinda esse,internetin heyatimizda rolu insa
3.9
(15)

Bu məqalə Həyatımızda internetin rolu haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


İnternet gündəlik həyatımızın bir parçasına çevrilib. İnternet vasitəsilə sevdiklərimizlə asanlıqla əlaqə qura bilirirk. Keçmişdə insanlar uzaq yerlərdə olan doğmalarından cavab almaq üçün günlərlə, hətta bəzən aylarla gözləməli olurdular. İnternetin sayəsində artıq bu saniyələr içində mümkündür.  Onunla hətta dünyanın ən ucqar nöqtəsində yerləşən insanlarla belə əlaqə qurmaq olar.  O bizə uzaqları yaxın etdi.

İnternet məkandan və zamandan asılı olmayaraq insanlarla əlaqə qurmağımıza, xəbər almağımıza və sürətli məlumat göndərməyimizə imkan verir.  O,  faydalı resurslarla və məlumatlarla zəngindir. Şəbəkəyə qoşularaq istədiyimiz məlumatı istədiyimiz vaxtda pulsuz şəkildəcə əldə edə bilirik. Bu, öyrənmək və özünü inkişaf etdirmək istəyən hər bir insan üçün böyük nemətdir. Hansı ki, 20-ci əsrin sonlarına qədər insanlar belə bir texnologiyaya sahib deyildilər. İnternet  insanlıq tarixində son illərin bəlkə də ən böyük ixtiralarından biridir. O, ilk dəfə hərbi məqsədlər üçün yaradılsa da, sonradan bütün dünyanın istifadəsinə verildi.  İnternet. mlyonlarla insanın yaşam tərzini dəyişdi.

Həyatımızda internetin rolu haqqında inşa
Həyatımızda internetin rolu haqqında inşa

Bu gün nəinki gündəlik həyatımızı,  iş dünyasını, təhsili internetsiz təsəvvür etmək çətindir. O,  bizim  bir çox işlərimizi qısa bir zamanda həll etməkdə kömək  edir və beləcə bizə vaxt qazandırır. Həmçinin üzləşdiyimiz problem və çətinlikləri həlli yolunu tapmağa da yardım edir.

İnternet həm də milyonlarla insan üçün əsas gəlir qapısıdır. Çoxluq internetdən əsasən əyləncə üçün istifadə etsə də, ondan qazanc məqsədilə istifadə edənlər də az deyil.

Onlar arasında frilans olaraq çalışan vəya öz səhifəsini, saytını yaradaraq onlayn qazanc əldə edənlər üstünlük təşkil edir.  İnternetin inkişafı nəticəsində, o artıq sadəcə əyləncə və tanışlıq vasitəsi deyil, həm də biznes və iş dünyası üçün yeni məkandır. Onun sayəsində milyonlarla insan yeni bilik və bacarıqlara yiyələnir, özünə yeni iş tapır ya da öz biznesini qurub reklam edir.  Həmçinin internetin vasitəsilə  insanlar istədiyi məhsulu və xidməti qısa zamanda ala və sata bilirlər.  

İnternetin və texnologiyanın inkişafı ilə insanlar arasındakı zaman və məkan məhdudiyyəti aradan qalxmışdır.

Bir digər faydalı texnologiya isə distant təhsildir. Onun sayəsində ən ucqar nöqələrdə yaşayan uşaqlar belə məkandan asılı olmayaraq təhsil ala bilirlər. Bu zaman yollarda itirilən vaxt itkisinin də qarşısı alınmış olur.

İnternetin bizlərə bəxş etdiyi virtual aləmdə faydalı məzmunlar olduğu kimi, yalan və zərərli məzmunlar da az deyil. Virtual dünya hər  nə böyük imkan və fürsətlərlə dolu olsa da, həmçinin böyük risk və təhlükələri də özündə daşıyır. Xüsusilə də azyaşlı uşaqların nəzarətsiz internetdən istifadəsi onlar üçün təhlükədir.   

İnternet ağıllı insanlar üçün əvəzolunmaz bir vasitədir. Ondan doğru istifadə edərək daha bilikli, bacarıqlı və uğurlu bir insan olmaq bizim öz əlimizdədir.

Həyatımızda internetin rolu haqqında inşa

Bənzər mövzular:

Axtarış sözləri: heyatimizda internetin rolu haqqinda məlumat,hayatimizda internetin rolu insa,muasir heyatda internetin rolu inwa,internetin heyatimizda rolu haqqinda esse,internetin heyatimizda rolu insa,heyatimizda internetin rolu movzusunda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 15

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir