Nə üçün biz internetdə müxtəlif reklamları görürük? İnternet reklamları haqqında

Bizə axtardığımız məlumatları təqdim edən hər bir sayt

Sponsor

2.4
(10)

Biz internetdən istənilən məlumatları istədiyimiz zaman əldə edə bilirik. Bu texnologiyanın insanlığa bəxş etdiyi ən böyük nemətlərdən biridir. Əbəttə həyatda oluğu kimi virtual aləmdə də hər şeyin bir bədəli vardır. İnternetdəki böyük məlumat kütləsindən istifadə edən hər kəs gördüyü müxtəlif reklamlar ilə bunun qarşılığını ödəmiş olur.

Reklamlar bəzən istifadəçinin narahat etsə də, nəzərə almalıyıq ki, bu reklamlar istənilən saytın əsas qazanc mənbəyidir. Və əgər intrernetdə bu reklamlar olmasaydı bu gün virtual dünyada bu qədər geniş məlumat da olmazdı. Bizə axtardığımız məlumatları təqdim edən hər bir sayt əvəzində reklam göstərərək gəlir əldə edir. İnternet artıq böyük şirkətlər üçün yeni satış bazarıdır, internet istifadəçiləri isə yeni müştərilər. Bu təkcə saytlar üçün deyil, mobil tətbiqlər və oyunlar üçün də keçərlidir. YouTube, TİkTok, İnstagram və s. Hər birini pulsuz istifadə edirik, lakin əvəzində şəxsi məlumatlarımızın bir hissəsinin reklam məqsədilə istifadəsinə razı oluruq. Yəni bu tətbiqlər və saytlar pullu olmassa da, bizim haqqımızda məlumat toplayır və reklam şirkətlərinə göndərir. Əvəzində isə bizim maraq dairəmizə və ehtiyaclarımıza uyğun reklamlar göstərilir. Yəni əslində, internet istifadəçiləri həm də şəxsi məlumatlarını verərərək, İnternet resurslarından və sosial şəbəkələrdən ödənişsiz istifadə edirlər.

Bİr çox tətbiqin və saytın pullu versiyaları vardır ki, onları alaraq reklamsız istifadə edə bilərsiniz. Ya da adblock tətbiqlərindən istifadə etmək mümkündür. Reklam əngəlləyicilər xüsusilə viruslu və zərərli reklamlardan sizi qoruyacaqdır.

sponsor 3

Xəbərdarlıq! Çalışın naməlum reklamlara klik etməyəsiz. Əsk təqdirdə şəxsi məlumatlarınız oğurlana və cihazınıza virus düşə bilər.

Bənzər mövzular:

Axtarış sözləri: nə üçün biz internetdə müxtəlif reklamları görürük?,internet reklamlari haqqında,internet niyə pulsuzdur ,proqramlar niye pulsuzdur ,reklamlar niyə var

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2.4 / 5. Səs sayı: 10

İlk səs verən sən ol!

x

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir