Bu məqalə “Təhsil millətin gələcəyidir“ mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Təhsil elmdir, tərəqqidir, inkişafdır. Elm və maarif olmadan heç bir millət ucalıb inkişafa edə bilməz. O, parlaq sabahların, xoşbəxt günlərin təməlidir. Ulu Öndər Heydər Əliyev bizlərə belə nəsihət etmişdir:
“Təhsil bir millətin gələcəyidir.”
Gələcəyinizin necə olması bu gün aldığınız təhsildən, qazandığınız bilik və bacarıqlardan asılıdır. Yaxşı bir təhsil almaq insanın özünə edə biləcəyi ən yaxşı yatırımlardan biridir ki, bu ona gələcək həyatında yeni imkanlar və fürsətlər verir. Bu səbəbdən, valideynlər imiz bizim yaxşı təhsil alıb gözəl bir gələcəyə sahib olmağımızı arzulayır, bunun üçün nə lazımdırsa edirlər. Bu işdə əziz müəllimlərimizin də böyük payı vardır. Müəllimlər, gələcəyimiz olan gənclərimiz yetişdirir, onlara elm, savad öyrədirlər.
Bir millətin təhsil səviyyəsinə baxaraq, onun gələcəyini təxmin çətin deyildir. Savadlı insanlara sahib dövlət hər cəhətdən güclü və qüdrətli olur.
Dahi alim Albert Eynşteynin dediyi kimi:
Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır.
Sponsor Linklər
Bu baxımdan təhsil sisteminə edilən yatırımlar gözəl gələcək üçün əsasdır.
Azərbaycan da hər il Heydər Əliyev Fondunun dəstəyi ilə təhsilə milyonlarla yatırım edir, imkan və şəraitin yaxşılaşması üçün layihələr həyata keçirir.Dövlət tərəfindən yeni məktəblər tikilir, onlar yeni labaratoriyalar, kompüterlər, proyektər və digər texniki vasitələrlə təmin olunurlar.Hətta ən ucqar kəndlərimizdə belə müasir tipli yeni məktəblər tikilir, köhnələri bərpa olunur və hər biri müasir avadanlıqlarla təmin edilir. Dövlətimiz neftdən gələn gəlirləri, təhsilə yəni gələcəyimizə yatırır. Çünki, neft bir gün tükənəcək, ancaq elm və bilik tükənməz bir sərvətdir. Keçmişdə elm və təhsilə böyük pullar qoyan, onun inkişafı və tərəqqisi üçün çalışan millətlər bu gün xoşbəxt və rifah içində yaşayırlar. Ancaq təhsilini, gələcəyini düşünməyən millətlər səfalət içində yaşayır, özgələrinə qul kölə olurlar.
İndi informasiya əsrində yaşayırıq və təhsil imkanlarımız daha böyük və genişdir. İstədiyimiz məlumatı, istədiyimiz vaxtda internetə qoşularaq öyrənə və paylaşa bilirik. Bu hər bir azərbaycan gəncinə yeni biliklər öyrənmək və özünü inkişaf etdirmək imkanı verir.
Elm və texnologiyanın sürətli inkişafı nəticəsində təhsil sistemi də dəyişir və yenilənir . Artıq müasir təhsildə bilikləri öyrənib bilmək bəs etmir. O, xəyal etmək, fərqli düşünmək və komanda şəklində öyrənib çalışmağı tələb edir. Bu bacarıqlara sahib olanlar gələcəkdə daha yaxşı işlərdə işləmək və uğur qazanmaq imkanı əldə edəcək.Bunlara sahib olmayanların isə gələcəkdə işsiz qalma ehtimalı yüksəkdir. Bu gün təhsildə heç vaxt olmadığımız qədər fürsət və şəraitə sahibik. Bircə qalır bundan ağıılıcıa istifadə edərək inkişaf etmək.
Yadımdadır, atam bir dəfə demişdi:
“Elm, bilik insana gələcəkdə yaxşı bir iş və həyat imkanları bəxş edir. Ancaq bunun üçün gərək sənin fərasətin və bacarığın da olsun. Çünki, təhsili olsa belə yaxşı işdə çalışmayan, özünə gələcək qura bilməyən minlərlə insan var. Gərəkdir ki, öncə fərasətin olsun, sona təhsilin.”
Təhsil millətin gələcəyidir mövzusunda inşa
Təhsil təkcə sənə bilik vermir. O, həm də insana vətəni sevməyi öyrədir, ona tərbiyə verir. Vətənpərvər və təhsilli gənclərimiz isə bizim sərvətimizdir.Onlar vətənin bu günü və sabahıdırlar. Gələcəyin qurucuları və dayağıdırlar. Bu cür gənclər arasında gələcəyin həkimləri, müəllimləri, mühəndisləri, diplomatları vardır. Təhsil ordusuna sahib bir millət hər cəhətdən güclü, yenilməz olur.
İndi məktəblərimizdə hər cür şərait və imkan yaradılıb. Müəllimlərimiz daha təcrübəli və biliklidirlər.Müasir texnologiyalardan və avadanlıqlardan istifadə edirik. Heç vaxt olmadığı qədər təhsilimiz inkişaf edib, irəliləyib. Bütün bunlara rəğmən məncə təhsil sistemiz daha da yaxşı inkişaf edə bilər. Mən istərdim ki, ən yaxşı universitetlər arasında bizim də universitətlərimiz olsun. Biz də elmin gücüyə yeni ixtiralar və kəşflər edək, təhsilimiz, texnologiyamız daha güclü olsun. Ki, gələcəkdə daha qüdrətli və güclü bir Azərbaycan görə bilək.
Bənzər mövzular:
Axtarış sözləri: təhsil millətin gələcəyidir insa,təhsil millətin gələcəyidir adlı inşa,inşa təhsil millətin gələcəyidir,təhsil millətin gələcəyidir – esse,təhsil millətin gələcəyidir adlı esse,təhsil millətin gələcəyidir mövzusunda inşa,tehsil milletin geleceyidir adli insa,heydər əliyev təhsil millətin gələcəyidir

