Nəyə görə doğma yurdumun tarixini öyrənməliyəm mövzusunda esse yazmaq üçün bu məqalə sizlərə yardım edəcək. Esse fikir vermək məqsədiylə yazılıb. Çalışın öz sözlərinizi də ona əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.
Giriş
Azərbaycan zəngin və qədim tarixə malik nadir ölkələrdən biri kimi dünyada tanınır. Vətənim, tarixi, mədəniyyəti ilə bütün ölkələr arasıda özünəməxsus bir yer tutur. Bu mədəniyyəti və tarixi öyrənmək, anlamaq və onu gələcək nəsillərə öyrətmək bizim əsas vəzifə və borclarımızdan biridir.
Əsas Hissə
Mən bir azərbaycanlı kimi yurdumun tarixini öyrənməliyəm. Çünki, keçmişini bilməyənlər həm özlərinə yaddırlar, həm də öz yurdlarına.
Tarixi qəhrəmanlarımızı və görkəmli şəxsiyyətlərimizi, onların Azad Azərbaycan üçün illərlərlə apardıqları şərəfli mübarizəni bilmək üçün tariximi öyrənməliyəm. Həmçinin mədəni irsimiz olan qədim abidələrimizi qoruya bilmək və onlara sahib çııxmaq üçün onları öyrənməliyəm. Bütün bunlar həm də bir azərbaycanlı kimi milli kimliyimizi daha yaxşı tanımaq və dərk etmək üçün olduqca önəmlidir. Çünki, tarixini bilməyən, kim olduğunu da bilməz. Azərbaycanın keçmiş olduğu tarix yolunu öyrənmək, onu dərk edib gələcək nəsillərə də öyrətmək bizim vətəndaşlıq borcumuzdur.
Ulu Öndər Heydər Əliyevin bu kəlamında xatırlatmaq istərdim:
Xalq gərək daim öz kökünü xatırlasın.
Bəli, hər bir azərbaycanlı öz kökünü, hardan gəldiyini, millətinin keçdiyi tarix yolunu bilməlidir.
Öz tarixini bilmək isə sadəcə onu əzbərləməkdən ibarət deyil. Elə insanlar var ki, tarixi hadisə və prossessləri, onların xronologiyasını şeir kimi əzbər öyrənib ancaq hələ də tarixini dərk edə bilmir. Bilmək tarixini anlayaraq öyrənmək, analiz etmək və nəticə çıxartmaqdan ibarət olmalıdır. Bu halda öz tarixini, öz keçmişini daha yaxşı dərk edə bilərsən. Çünki, tarix sadəcə məktəb keçirilən adi bir fənn deyil, həm də həyatın özüdür.
Tarix sadəcə keçmişdən bəhs etmir. O, həm bugünümüzü həm də gələcəyimizi əhatə edir. Keçmişdə qəbul edilən tarixi qərarlar bu günə və gələcəyə şəkil verir. Öz tarixini bilməyən, özünü bilmir. Və öz tarixini bilməmək, bilmək istəməmək bir kəs üçün ən böyük eyblərdən biridir.
Nəticə
Tarixini bilməyənlər tarix boyu digər millətlərin əsirini, quluna çevrilmiş, öz kimliyini və azadlığını itirmişdir. Unutmayaq ki, tarixini unudanlar onu təkrar yaşamağa məhkumdurlar.
Nəyə görə doğma yurdumun tarixini öyrənməliyəm esse
Bənzər mövzular:
Axtarış sözləri: tarix haqqinda esse, tarix haqqinda insa yaz. Nəyə görə doğma yurdumun tarixini öyrənməliyəm esse
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!

Nə qədər çox gözəl bir qız ♍ çox sağ
Esseniz gözəl idi
anonim yox antonim ; )
Salam çox gözəl bir essedir
Yağsi bir essedir
ƏLA
Mən bir azərbaycanlı kimi yurdumun tarixini öyrənməliyəm. Çünki, keçmişini bilməyənlər həm özlərinə yaddırlar, həm də öz yurdlarına.
Tarixi qəhrəmanlarımızı və görkəmli şəxsiyyətlərimizi, onların Azad Azərbaycan üçün illərlərlə apardıqları şərəfli mübarizəni bilmək üçün tariximi öyrənməliyəm
Məncə yazmağınız xoşdur. Mən bəyəndi. Təşəkkür edirəm
Salam axşamın xeyir nətərsən Aygül qaradağlı kəndində misli görünməmiş zərbə kimi qeyd olunur
Nəyə görə doğma yurdumun şəxsiyətlərini tanımalıyam
əəəlllaaa
əla oglanlar oglanlar oglanlar oglanlar
Pis