[quads id=7]
Təbiətə qayğı lazımdırmı haqqında esse 
1
(1)

Bu məqalə Təbiətə qayğı lazımdırmı haqqında esse  yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikirlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq düşüncələrinizi bizimlə paylaşa və ulduzla qiymətləndirə bilərsən.


GİRİŞ 

Müqəddəs və əziz olan təbiətə biz Ana deyirik. Çünki, canlılar aləmindəki hər bir canlı, onun qoynunda göz açır, böyüyüb boya-başa çatır və ömür sürür.  Dünyamızı onsuz təsəvvür etmək mümkün deyil.


ƏSAS HİSSƏ 

Təkcə insan deyil, bütün təbiət, bütün canlılar aləmi sevgi və qayğıya ehtiyac duyur. Hər birimiz Ana təbiətə sevgiylə yanaşmalı, qayğı və diqqət göstərməliyik. İnsan təbiətə necə davransa, təbiət də insana eyniylə qarşılıq verər. 

Təbiətə qayğı göstərdikdə, ona diqqət və hörmətlə yanaşdıqda, daha da gözəlləşir, canlanır və inkişaf edir. Təbiət ona göstərilən diqqət və qayğını qarşılıqsız qoymur. Güllərə qayğı göstərdikdə onlar öz xoş ətrini və gözəlliklərini ətrafa bəxş edirlər. Ağaclara qayğı göstərsən, onlar sənə dadlı və faydalı meyvələrini, hüzur verən sərin köləsini bəxş edərlər. Heyvanlara qayğı göstərsən onlar sənə təşəkkür edər, sənlə dost olarlar.  

Allah hər şeyi sevgiylə yaradıb və yaradılmış hər canlı sevgiyə, diqqət və qayğıya möhtacdır. Bütün heyvan və bitki aləmi təkcə suya və qidaya deyil, həm də sevgiyə ehtiyac duyur. Sevgi bu canlıların mənəvi qidasıdır. Bizə bu nemətləri və gözəllikləri bəxş edən təbiətə niyə qayğı göstərməyək? 

Bəs təbiətə sevgi və qayğımızı necə göstərək? 
 

Hər bir insan bunun üçün aşağıdakıları edə bilər: 

  • Artıq tullantıları ətrafa deyil, zibil qutularına atmaq 
  • Bitki və heyvanları incitməmək, onlara sevgiylə yanaşmaq 
  • Sahibsiz ev heyvanlarına yem və su vermək 
  • Ətraf mühitə qəsdən zərər vuranlara öz etirazını bildirmək. 

Ətraf mühiti daim təmiz saxlamağa çalışmaq da təbiətə göstərilən qayğının bir parçasıdır. 
Bir sıra şagirdlər və tələbələr  ekoloji aksiyalar və kompaniyalara qatılmaqla təbiətə töhfə verməyə çalışırlar. Məsələn, onlar könüllü olaraq ağacəkmə aksiyalarında yaxından iştirak edir, meşə və çimərliklərin tullantılardan təmizləyir, sahibsiz ev heyvanlarını sahib çıxırlar. Bu cür təbiətsevər olan insanlar, ana təbiətə olan sevgilərini təkcə sözdə deyil, əməldə də göstərmiş olurlar.  

Ətraf mühiti təmiz saxalayaraq ekologiyanı qorumaqla insan həm də öz sağlamlığını qorumuş olur. Necə deyərlər, təmiz təbiət, sağlam cəmiyyət. Ekoloji böhranın olduğu yerlərdə isə sağlamlığa təhlükə yaradan xəstəliklər, epidemiyalar yarana bilir.

Ətraf mühitə vurulan hər bir zərərlə, insan həm də özünə, gələcəyinə zərbə vurur. Qlobal istiləşmə, meşələrin kütləvi şəkildə qırılması, çay və göllərin çirkləndirilməsi, qurudulması, yararlı torpaqların məhv edilməsi.. Bütün bunlar gələcək üçün böyük risklər daşıyır. Ekoloji terrora yox deməli, təbiəti göz bəbəyimiz kimi qoruyub sahib çıxmalıyıq. 

Ona qayğı ilə yanaşmasaq, vəhşicəsinə zərərlər vursağa, çirkləndirməyə davam etsək bu təkcə bəşər üçün deyil, bütün canlıların həyatı üçün böyük təhlükə yarada bilər.  


NƏTİCƏ 

Təbiət var olmasaydı, dünyadakı həyat da mövcud olmazdı. Adi vətəndaşından, böyük şirkətlərə və dövlətlərə qədər hər kəs təbiətə qayğı və hörmətlə yanaşmağa borcludur. Gəlin hər birimiz təbiətin gözəlliklərini qoruyaq və gələcək nəsillərə daha təmiz, daha gözəl bir dünyanı miras qoyaq! 


Bənzər mövzular:

Təbiətə qayğı lazımdırmı haqqında esse

Axtarış sözləri: tebiet movzusunda esse,təbiət haqqında esse,tebiete qaygi ne ucun vacibdir ,tebiete qaygi lazimdir haqqinda esse,təbiətə qayğı lazımdır ,təbiətə qayğı lazımdırmı mövzusunda esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

sponsor 3

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir