[quads id=7]
bahar fəsillərin gözəlidir mövzusunda inşa,bahara aid esse,bahara aid inşa,yaz fəsli haqqında esse,yaz haqqında inşa,bahar fesillerin gozeldir,yaz fesli haqqında inşa,bahar fəsli
4.2
(25)

Bu məqalə Bahar fəsillərin gözəlidir mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Hər fəslin öz gözəlliyi vardır. Bahar isə fəsillər içində ən gözəlidir. Rəngarən çiçəklərin xoş  ətri və gözəl görünüşü, quşların ecazkar nəğməsi,  yam-yaşıl çəmən və parlaq günəş.  İnsan təbiətin bu ecazkar mənzərəsi qarşısında lap heyran olur.  Sanki yer-göy baharın gəlişinə sevinir, bayram edir. Çünki, həyat yenidən canlanır, gözəlləşir.

Bahar,mənim sevimli fəslimdir. O məni öz gözəlliyi ilə heyran edir, hüzur verir. Bahar fəslində kəpənəklərin ardınca qaçmağı, bağçadan gül-çiçək toplamağı, uşaqlarla bərabər əyləncəli oyunlar oynamağı çox sevirəm. Həmçinin təbiət qoynunda oturub kitab oxumağı, rəsm çəkməyi vəya sadəcə  onun gözəliyini seyr etməyi və baharın ətrini duymağı sevirəm. Bahar məndə elə hisslər oyadır ki, bəzən onları sözlərlə ifadə etmək çətin olur. Sanki baharı seyr etdikdə içimə  böyük bir həyat sevinc və ümid dolur.  

bahar fesli haqqinda insa bahara aid esse bahar gozeldir 2
Bahar fəsillərin gözəlidir mövzusunda inşa

Bahar gəlir ellərə,
Yaşıllaşır dağ-dərə.
Açılıb Novruzgülü,
Heyran edir bülbülü.
Baş qaldırır Yasəmən,
Gözəlləşir çöl-çəmən.
Laləyə bax, Laləyə,
Batıb şehə, jaləyə.
Açılıb min bir çiçək,
Gülləri ləçək-ləçək.

Bahar gerçək olan möcüzədir, sehrdir. Quru kimi görünən ağaclar bir anda yaşıla boyanır, rəngli çiçəklər açır. Yaz yağışından sonra yaranan göy qurşağı öz rəngləri ilə insanı valeh edir. Bütün bunlar insanın ruhunu oxşayır və onda xoş əhval yaradır.  Bu gözəlliklər qarşısında mən Yaradanıma yalnız şükr edirəm. Həqiqətən Allahın ən gözəl rəssamdır. Bahar isə onun ən gözəl  əsərlərindən biri..  

Bahar həm də ən gözəl ümidlərin fəslidir. Buz bağlamış çaylar bir anda aşıb-daşır. Torpağın altında gizlənmiş toxumlar, yavaş-yavaş üzə çıxıb boy atır.  Dünyamız ən çətin, sərt günlər bitir, onun yerini gözəl baharlı günlər əvəz edir.

Yaz fəsli Ana təbiətimizin ən gözəl dövrüdür.  Ata-babalarımız hələ lap qədimdən baharı bayramı etmiş, Novruz adətini yaratmışdır.  Bildiyiniz kimi, Novruza həm də bahar bayramı deyil. Bütün el oba keçmişdən bu günə baharın gəlişini, xoş avazını birgə bayram edir, əyləncəli şənliklər keçirirlər.

Bahar  o qədər gözəldir ki, bu gözəllik bir çox rəssama, musiqiçiyə, yazara ilham mənbəyi olmuşdur.  Bir çox məşhur əsərlər, rəsmlər, mahnılar və kitablar məhz baharın gözəlliyinin təcəssümüdür.  də bahar Bəlkə də Bahar Tanrının bizə ən gözəl hədiyyəsidir.

Bahar fəsillərin gözəlidir mövzusunda inşa

Bənzər mövzular:

Axtarış sözləri: bahar fəsillərin gözəlidir mövzusunda inşa,bahara aid esse,bahara aid inşa,yaz fəsli haqqında esse,yaz haqqında inşa,bahar fesillerin gozeldir,yaz fesli haqqında inşa,bahar fəsli haqqında inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 25

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir