səadət günəşi birlikdən doğar inşa,səadət günəşi birlikdən doğar adlı nəqli xarakterli inşa yazın,səadət günəşi birlikdən doğar adlı inşa,seadet gunesi birlikden dogar
4.1
(62)

 Səadət günəşi birlikdə doğar haqqında inşa yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Mətni olduğu kimi köçürməyin və çalışın inşaya öz fikirlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


Atalarımız güc birlikdədir deyib. Təkcə güc deyil, həmçinin səadət və xoşbəxtlik də birlikdən doğur.

Həmrəylik və bərabərlik sülh və saadətin əsas təməlidir. Birgə yaşayan xalqlar həmişə  xoşbəxt və firavan ömür sürürlər.  Səadət günəşi öz nuruyla onlara xoşbəxtlik bəxş edir.  Sevgi və hörmətin olduğu yerdə hər zaman birlik,  həmrəylik hökm sürüb.

Vətənim azərbaycan tarix boyu müxtəlif millətlərin, etnik qrupların  birgə və xoşbəxt yaşadığı ana yurdu olmuşdur. Onlar ayrı-seçicilik olmadan əsrlər boyu mehriban bir şəkildəcə burda yaşamış, buranı özlərinə əsas  vətən bilmişlər.ləzgilər,talışlar, tatlar, udin və yəhudilər,avarlar, kürdlər və digər onlarla etnik xalqlar bu gün də azərbaycanda rahat, sülh və əmin-amanlıq içində öz mədəniyyətlərini yaşadırlar. Bu birlikdən bir səadət günəşi  doğmuş və tarix boyu odlar yurdunu öz nuruyla işıqlandırmışdır. Bu gün vətənim dünyanın ən multikultural, yəni çoxmədəniyyətli ölkələrindən biridir.

Həmin millətlərin nümayəndələrindən azərbaycanın böyük igid və qəhrəmanları, məşhur alim və incəsənət xadimləri çıxmış, vətənə layiqli bir şəkildəcə xidmət etmişlər.  Yeri gəldikdə adını sadaladığımız xalqlar bu vətən, bu torpaq uğruna qəhrəmancasına savaşmış, azərbaycanın varlığı üçün bir çox şəhid vermişlər.   

Yalnız sonradan bu torpaqlar köçən ermənilər illərlə bizim vətənimizdə yaşayıb bizə xəyanət etdi. Onlar birllik və həmrəyliyimizi pozmağa, vətəni parçalama çalışdılar. Ancaq sonda bizlər bir yumruq kimi bir olub mənfur düşmənin başını əzdik. Onların niyyətləri puç oldu və xəyanətin ağır bədəlini ödədilər.

Qarabağımızın üzərində doğan səadət günəşi də milyonlarla azərbaycanlının və türk dünyasının birlik və həmrəyliyinin nəticəsidir. Məhz bu sayədə qarabağa qara zülmətdən azad oldu və yenidən öz küllərindən doğdu.

Mən istərdim ki, səadət günəşi bütün dünyada doğsun və  planetimizdə sülh və ədalət hakim olsun. Müharibə və terrora son verilsin, günahsız insanlar buna qurban getməsin.   Birlik bütün dünyada hakim olsaydı nə müharibələr olardı, nə də ki, günahsız insanlar ölərdi. Əlbəttə xalqların və millətlərin həmrəyli, qarşılıqlı hörmət və sevgisi olmadan bu mümkün görünmür.

Azərbaycan bütün dünyaya sülh və həmrəyliyin əyani örnəyidir. Vətənimiz fərqli dilə, dinə, adət və ənənələrə sahib olan xalqların da birgə yaşaya biləcəyini bütün dünyaya göstərir. Biz dünyada yeganə ölkələrdən biriyik ki, burda xristianlar və yəhudilər müsəlmanlar birgə mehriban yaşayır, ayrı-seçiciliyə məruz qalmadan öz ibadətlərini sərbəst şəkildəcə həyata keçirirlər. Torpaqlarımızda məscid, kilsə  və sinaqoqların hər birinin olması dinlər arasında həmrəyliyin və ahəngin mövcudluğunun təcəssümüdür.

Yenilməzdir o miilət ki, təkcə sözdə deyil, əməldə və fikirdə də birdir, birgədir.  Onlar bir ürək olub istənilən zəfəri qazana bilmək qüdrətinə sahibdirlər.  Həmişə həmrəy olan millətlər tarixdə qalır və tarix yazırlar. Dünya azərbaycanlılarının milli həmrəyliyi ulu öndər heydər əliyevin adı ilə bağlıdır 1991-ci ilin 16 dekabrında naxçıvan muxtar respublikası ali məclisinin sədri heydər əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni dünya azərbaycanlılarının həmrəylik günü elan etdi. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sadəcə bu gündə deyil digər günlərdə də həmrəy olmalı, daha gözəl günlərə birgə addımlamalıyıq. Biz bir olduqca səadət günəşi daim bu torpaqların üzərində doğacaq. Bilik və həmrəyliyimiz əbədi və daimdir.

Səadət günəşi birlikdə doğar haqqında inşa


Bənzər mövzular:

Axtarış sözləri: səadət günəşi birlikdən doğar inşa,səadət günəşi birlikdən doğar adlı nəqli xarakterli inşa yazın,səadət günəşi birlikdən doğar adlı inşa,seadet gunesi birlikden dogar adli insa, seadet gunesi birlikten dogar insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 62

İlk səs verən sən ol!

7 Comments

    1. Çox sağ olun🥰 Amma Azərbaycanın sözlərini bir neçə dəfə kiçik həriflə yazmısız. Heydər Əliyev sözünü də kiçiklə yazmısız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir