[quads id=7]

Bir günlük ölkə başçısı olsanız nə edərdiniz inşa

mən ölkə başçısı olsaydım,bir gunluk olke bascisi olsaydin ne ederdin,birgunluk olke bascisi olsam ne ederdim,bir günlük ölkə başçısı olsanız nə edərdiniz inşa,bir gun prezident olsam,
3.3
(7)

Burdakı post “Bir günlük ölkə başçısı olsanız nə edərdiniz  mövzusunda inşa yazmağınıza kömək edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın yazıya öz fikir və sözlərinizi də əlavə edəsiz.. Axırda şərh yazaraq bizə dəstək ola bilərsiz.

Həmçinin Mən prezident olsaydım nə edərdim mövzusuna da baxa bilərsiz.


Ölkə rəhbəri olsaydım həm İlham Əliyevin düzgün siyasətini davam etdirər, həm də ölkədə bir sıra yeniliklər edərdim.

Məsələn, öncə 8 saatdan artıq insanların işləməsini qadağan edər və bunu pozanları ağır cəzalandırardım. Həmçinin maaşı çox aşağı olan peşə və sahələrin  daha yüksək maaş verməsi üçün tədbirlər görərdim. Ancaq çox yüksək maaş  verilsə bu zaman, ölkədə hər şeyin qiyməti qalxar və narazıçılığa səbəb olar. Ən azından maaşları normal səviyyəyə gətirilməsi üçün çalışardım. Lazım olsa lap deputatların, nazir və məmurların maaşında kəsib, müəllim və həkimlərin maaşını artırardım. Bununla bərabər min. maaşdan aşağı maaş verib  insanları ucuza işlədən sahibkarları da cazalandırardım.

Azərbaycanda pensiya yaşlarını azaldar, pensionerlərin təqaüdünü  isə qaldırardım. Beləcə yaşlılar ömürlərinin son illərini rahat və firavan yaşayar, nəvələri ilə daha çox vaxt keçirə bilərdilər.

Ölkə rəhbəri olsaydım. gündəlik tələbat mallarının qiymətini süni olaraq qaldıran satıcılara ağır cəza tətbiq edər,  bu məhsulların daha sərfəli qiymətə satlıması üçün gərəkli addımları atardım.

Həmçinin xalqın şikayət və narazılıqlarını tez bir zamanda öyrənilməsİ və həll edilməsi üçün ayrıca komitə, qurum yaradardım. Belə insanlar bura müraciət edərək öz problemlərinin daha sürətli şəkilldə həllinə qovuşardı.

Bir günlük ölkə başçısı olsaydım dövlət tərəfindən təhsil və səhiyyəmizin daha da inkişaf etməsi üçün xaricdən peşəkar mütəxəssislər gətirərdim.  Bununla da  bilik və təcrübəsi ilə müəllim və həkimlərimizin peşəkarlıq səviyyəsi artmış olardı.

Prezident olsaydım sosial evlər layihəsinə davam edər, mənzil qiymətlərinin və ipoteka faizlərinin aşağı salınması üçün lazımi tədirlər sistəmi hazırlayardım. Bununla xüsusilə də yeni ailə həyatı quran gənclərimizin ev sahibi olmaq imkanlarını artırardım.

Ölkə prezidenti olaydım, nazirliklərin və icra hakimiyyətlərinin üzərində dövlət nəzarətini daha da artırar, qanunsuzluq hallarını daha sərt cəzalanması üçün tədbirlər görərdim. Bununla da ölkədə özbaşınalıq, haqsızlıq və ədalətsizlik kimi neqativ hallar azalmış olardı.

Bütün bunlarla bərabər neft-qazdan gələn vəsaitin turizm, texnologiya, elm kimi sahələrin daha da inkişafına sərf edilməsi üçün qanun və fərmanlar qəbul edərdim.

Əlbəttə dövləti bir gündə qurmurlar və dəyişmirlər. Ancaq doğru qərarlar və müdrik siyasətlə ölkə elə ilk gündən yaxşı doğru dəyişə bilir. Hansı ki, bunu Ulu Öndər Heydər bacarmış idi. Onun siyasətini prezidentimiz uğurla davam etdirir. Əlbəttə mükəmməl dövlət yoxdur. Yəni hər ölkənin problem və çətinlikləri vardır. Hər birimiz bir vətəndaş olaraq yaxşısını istəməklə bərabər, öz üzərimizə düşən işləri daha düzgün və layiqli şəkildə etməliyik. Çünki hər şey prezidentdən asılı deyil, həm də xalqdan, millətdən asılıdır. Biz bunu dərk edərək və çalışaraq daha güclü, daha gözəl Azərbaycana ümid edə və inana bilərik.

Bənzər mövzular:

Bir günlük ölkə başçısı olsanız nə edərdiniz inşa

Axtarış sözləri: mən ölkə başçısı olsaydım,bir gunluk olke bascisi olsaydin ne ederdin,birgunluk olke bascisi olsam ne ederdim,bir günlük ölkə başçısı olsanız nə edərdiniz inşa,bir gun prezident olsam,mən prezident olsaydım inşa,mən prezident olsaydım nə edərdim inşa,men prezident olsaydim ne ederdim,bir günlük ölkə başçısı olsaydım nə edərdim

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.3 / 5. Səs sayı: 7

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir