[quads id=7]
heydər əliyev anım günü şeir,heydər əliyev anım günü haqqında şeir,ulu öndər heydər əliyevin anım günü,heydər əliyev anım günü şeir,heydər əliyev haqqında şeir,heyder eliyev anim gunune aid seirler,heyder eliyev aid seir,heyder eliyev haqqinda seir,12 dekabr heydər əliyevin anım gününə aid şeir
2.9
(7)

12 dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günüdür. Hər ilin bu günü bütün xalq tərəfindən Heydər Əliyevin ruhu anılır, yığıncaqlar və tədbirlər təşkil olunur. Həmçinin Ulu Öndərə həsr olumuş bir-birində gözəl şeirlər səsləndirilir. Xalq Ulu öndərini daim öz ürəyində yaşadır. Tarixdə iz qoyanlar hər zaman tarixdə qalır.

Anım Gününə həsr olunmuş bir-birindən gözəl və mənalı şeirləri sizlər üçün ərsəyə gətirdik.

“Heydər Əliyev” şeiri

Müəllif: Musa Urud

Bir bayraq altına yığdı milləti,
Ata tək bağrına sıxdı milləti
Xalqın əzəməti, gücü, qüdrəti,
Kamalı, zəkası Heydər Əliyev.


Başının üstündə üçrəngli bayraq,
Xalq ona arxadır, o xalqa dayaq.
Vətənin ən uca zirvəsi – Şah dağ
Ondan da ucası – Heydər Əliyev


“Dahi” şeiri

Müəllif: Xanım İsmayılqızı

Kimlər dünyandan keçdi özünü tanımaqçün,
Sənsə dünyadan köçdün ürəkdə yaşamaqçün.
Sən dünyanı dəyişib qəlbdə abidə qurdun
Cismin burda uyuyur, əbədiyyətdir yurdun!
Tarixlərə yazılan şəxsiyyət var, ilahi!
Adını xalqın verdi: Dahi!


Ölümün özü belə varlığına baş əydi
Sən əlçatmaz zirvəsən, sənə çatmaq gərəkdir.
Tarixlərə yazılan şəxsiyyət var, ilahi!
Adını xalqın verdi: Dahi

Gələn bir də gedəcək, bu taleyin işidi,
Gözəl ömür yaşamaq Allahın bəxşişidi.
O dünyada da belə ruhun dayaqdır bizə
Sən əbədi qovuşdun müqəddəs sevgimizə.
Özü tarix yaradan şəxsiyyət var, ilahi!
Adını xalqın verdi: Dahi!

PS: Bu şeirə mahnı da bəstələnib


“Ölməz İnsana” şeiri

Müəllif: Nəbi Xəzri

Bu gün söz deməyə
ürək doludur,
Nə böyük dərd gəldi
Doğma millətə.
Yolun ölməzliyin
uca yoludur,
Sən niyə tələsdin
Əbədiyyətə?
Qəlbimiz döyünür
Sənin yanında,
Sənin torpağına
Baş əydik keçdik.
Vətənin Ən Fəxri
Xiyabanında –
Güldən, çiçəklərdən
Dağ görməmişdik.
Sən bizi ucaltdın Günəşə,Aya,
Çatdı şöhrətimiz
Bütün dünyaya.
Ağır dərd önündə
Əyilir başlar,
Sənin keşiyində
millətim durur.
Nəvələr gözündə
büllurdan yaşlar,
Oğlunsa yeriyir
Alnında qürur.
Millət şöhrət oldu
Dünya üzünə.
Səninlə fəxr edir
Sevimli yurdun
Səninçün biz nə etdik?
Özün-özünə
Azərbaycan adlı
Abidə qurdun!


“Ölməz İnsana” şeiri

Müəllif: Nəbi Xəzri

Heykəlinə baxıram
Rəhbər xəyala dalıb.
Çiçəklənən ölkəmiz
Ondan yadigar qalıb.

Səsini dinləyəndə
Güc gəlib qolumuza.
Zəkası günəş kimi
Nur səpib yolumuza.

Doğma Azərbaycanı
Gülüstana döndərib.
Hamımızın qəlbində
Heykəli var öndərin.


“Millətin xilaskarı” şeiri

Müəllif: Dayandur Sevgin

Təsəlli soyutmaz ağrı-acımı,
Fələk öz sazını tərsinə çaldı.
Xəbər güllə kimi dəydi sinəmə,
Əllərim quruyub havada qaldı.


Köçdü xilaskarı bu məmləkətin,
Demə xatirəsi qəlblərdən itər.
Xilaskarı tapmaq çətindən-çətin,
İtirmək, nə deyim, ölümdən betər.


Ölüm hey axtarıb yaxşını arar,
Fürsəti düşdümü deyər dəmidir.
İldırım birinci zirvəni vurar,
Dahi adamlar da zirvə kimidir.


Gedir çiynində öz millətinin,
Gedir son mənzilə, əbədiyyətə.
Gedir dahi öndər Heydər Əliyev,
O, nələr vermədi bu məmləkətə.

sponsor 3


Yaşadı, yaratdı safdiləklərlə,
Oldu özxalqının arxa-dayağı.
Qəbrinə səpilən gül-çiçəklərlə,
Bir boy da ucaldıVətən torpağı.


Heydər Əliyevin Anım Gününə Aid Şeirlər

“Bir oğul göstərin Heydərə bənzər” şeiri

Müəllif: Məstan Günər

Bir oğul yetirmiş vətən torpağı,
Millətin yolunda əsgərə bənzər.
İdrakı, ilhamı, qəddi-qaməti,
Qüdrətə, hikmətə, məhvərə bənzər.

Yerində şax sözü, xoş təbiəti,
Ellər sərvətidir zehni, zəhməti.
Tarixə döndükcə onun şöhrəti,
Tarixdə nurlanıb gövhərə bənzər.


“Sönməz əbədidir Heydər Əliyev” şeiri

Müəllif: Həsən Şirinov

Mələklər qoynunda imdada çatan,
Xalqın nicat yolun xalqa anladan,
Bu müqəddəs yolda təkcə can atan,
İlahi qüvvədir, Heydər Əliyev!


Qılıncın qənimi, qələmin qulu,
Haqqın dərgahında uludur, ulu!
Sevdiyi bir Vətən, bir Allah yolu
Sönməz əbədidir, Heydər Əliyev!


Vətən, xalq yolunda canını verən,
Heyatda mənalı bir ömür sürən
Hər bir addımında uzağı görən
Gözüdür xalqının, Heydər Əliyev!


Millətin adını yüksəkdə tutan,
İmzasın əbədi tarixə atan,
Düşdüyü bəladan qurtuluş tapan
Düşünən beynidir Heydər Əliyev!


Haqqın, ədalətin keşiyin çəkən,
Siyasi meydanda liderlik edən,
Beynəlxalq aləmdə hər sözü keçən,
Danışan dilidir, Heydər Əliyev!


Bəşər tarixində yeri görünən,
Xalq ilə ağlayıb, xalq ilə gülən,
Ulu öndəri tək, xalqın döyünən,
Yanan ürəyidir Heydər Əliyev!


Haqq sözüdür, Həsən deyir diliynən
Sevgi vəsf edilməz xalqa gücüynən,
Dünyada hər yerdən görünə bilən,
Əlçatmaz zirvədir, Heydər Əliyev!


“Prezidentin ürəyi” şeiri

Müəllif: Ramiz Duyğun

Özüyçün yaşamazdı,
Millətinin uğrunda
Odlarla çarpışardı,
Yadlarla əlləşərdi.
Bir qəribə bəşərdi…
Yerdən alov çıxırdı,
Göydən güllə yağırdı.
Günahsız qoca millət
Başsız idi, fağırdı.
O qəddini dikəldib
Ürək ilə çağırdı,
Çağırdı… Çağırdı…


Nəfəs verdi xalqının
Boğulan nəfəsinə.
O, səs verdi ürəklə
Xalqın batan səsinə.
O, səs verdi: “Bu işə
mən yenidən başladım.
Ömrümün qalanını
xalqıma bağışladım…”1


“O bizimlədir” şeiri


Müəllif: Həsən Şirinov

Dəyişdi Prezident öz dünyasını
Özü yox olsa da əlləri qaldı.
Fikri-düşüncəsi iş görür hələ
Əcəl, qarşısında hələ ki, laldır.

Qurduğu zavodlar, tikdiyi evlər
Dil açıb yerbəyer “Heydər” dedilər.
Gecəsi nurlanan bizim şəhərə
Daşları nur saçan gövhər dedilər.

Metrolar, körpülər onun zəhməti,
Uzanan elbəel onun eşqidir,
Yaxın şəhərlərə, uzaq ellərə
Bu uzun yollarla şöhrəti gedir.

Heydərin əlləri bərəkətlidir,
Artır günü-gündən şöhrətimiz də,
Bu gün quş iliyi, axtarsan əyər,
Təmiz ceyran südü tapılar bizdə

Dəyişdi Prezident öz dünyasını,
Mərmər abidəsi bağça-bağdadır,
Heydərin idrakı əbədi yaşar
Hələ öyünməli il qabaqdadır.


Bənzər mövzular:

ULU ÖNDƏRİ RƏHMƏTLƏ ANIRIQ! RUHU ŞAD OLSUN!

Axtarış sözləri: heydər əliyev anım günü şeir,heydər əliyev anım günü haqqında şeir,ulu öndər heydər əliyevin anım günü,heydər əliyev anım günü şeir,heydər əliyev haqqında şeir,heyder eliyev anim gunune aid seirler,heyder eliyev aid seir,heyder eliyev haqqinda seir,12 dekabr heydər əliyevin anım gününə aid şeir,heyder eliyev anim gunu seir,12 dekabr ümummilli lider heydər əliyevin anım günüdür,heyder eliyevin anim gunu haqqinda seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2.9 / 5. Səs sayı: 7

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir