[quads id=7]

“Boş qalan meşə” hekayəsi | Meşə haqqında hekayə

plan tutmaq mese haqqinda hekaye yazin mese hekayesi
3
(2)

İllər əvvəl dünyamız indiki qədər izdihamlı deyildi. İnsanlar hələ meşələri kəsməmiş, şəhərlər salınmamışdı. O vaxt hələ dağları dəlib arasından tunel qazmamışdılar…

Ağaclar hüzurlu, quşlar, çiçəklər şən idi. Bir sözlə, meşədə hər şey, hər canlı xoşbəxt idi. Ana təbiət bütün təmizliyi və gözəlliyi ilə qızıl dövrünü yaşayırdı.

Nağılımız o günlərdə, böyük bir meşədə başladı…

Hündür ağacların buludlara uzandığı, quşların şən nəğmələr oxuduğu bir meşə vardı. Bir gün bu meşədə nəhəng qovaq ağacından bir qışqırıq gəldi:

– Canavarlar gəlir!

Cırtdan ağaclar maraqla qovaq ağacına baxdılar:

– Kim gəlir, kim gəlir?”, – deyib soruşdular.

–Canavarlar, qovaq ağacı təkrarladı… Və hönkürüb xoruldayaraq:

–Hətta səslərini də eşidirəm. Külək əsməyi, yarpaqlar xışıltımağı kəsdi…
Onlar ətrafa qulaq asdılar, lakin quşlar susmadığından heç nə eşidə bilmədilər. Quşların səsindən başqa heç bir səs eşitmirdilər.
O vaxt qoca qovaq ağacına inanmamışdılar.
– Yuxu görürdün, – deyib güldülər. Qovaq ağacı boş yerə çabaladı və dayandı:
– Gördüm, deyirəm. Onların gurultusunu həm gördüm, həm də eşitdim. Artıq bir müddətdir ki, ikiayaqlı yad varlıqlar meşədə dolaşırlar. Cırtdan ağaclar hündür olmadıqları üçün bütün meşəni görə bilmirlər. Buna görə də, onlar deyilənlərə inanmadılar.
Yazıq qovaq inanmayanlara həm qəzəbləndi, həm də inandırmağa çalışdı:
– Mənim kimi uzun boylu olsaydınız, mənim gördüklərimi görərdiniz.

– Yaxşı görək! Öz boyunla öyünmək üçün bunları uydurmağa ehtiyac yoxdur.
Qoca qovaq heç kəsi inandıra bilmədi. Üstəlik, onu ələ saldılar. Artıq o, bezib imtina etdi. Qovaq ağacı belə söylədi:
“İstər inanın, istər inanmayın. Amma hər şey üçün gec olduqda məni günahkar bilməyin.”.
Bundan sonra o, bu barədə bir kəlmə də olsa demədi. Əslində qoca qovaqın dedikləri doğru idi.

İnsanlar qurduqları şəhərlərə artıq sığmırdılar. Yaşayış binaları artıq meşənin ətəklərində salınırdı.

Qovaq ağaclarının canavar hesab etdiyi maşın və texnikalar hər gün bir çox ağacı kökündən qoparırdı. Sonra başqa maşınlar gəlib torpağı alt–üst edirdi.

Meşənin kənarında hər gün beton tökülərək, göydələnlər ucaldılırdı. Artıq meşənin bir hissəsi məhv edilmiş, küçələri, prospektləri, meydanları olan bir şəhər yaradılmışdı. Bir səhər meşədəki bütün canlılar dəhşətli səslərə oyandılar. Quşlar qorxaraq ağacların çuxurlarına sığındılar. Cüyür, maral ,tülkü və digər canlılar qorxaraq qaçmaqda idi. Onlar öz yuvalarını qoyaraq qaçmağa məcbur oldular. Ağaclar qoca qovaq ağacından soruşdular:

– Bu nə səs–küydür, nə baş verir?

Qoca qovaq ağır–ağır titrədi. Kədərli və üzgün bir şəkildəcə dedi:

– Meşəmizi qırırlar. Mənə inanmamaqla böyük səhv etdiniz.

“Yox, ola bilməz” – deyə qışqırdılar.
–Bəs indi nə edəcəyik?

–“Heç nə” – dedi qoca qovaq. Biz taleyimizə boyun əyəcəyik.

Meşədən artıq gül iyi yox, mazot və yanacağın iyi gəlir. Onun içinə qap–qara tüstü çökmüşdü. Ağaclar, çiçəklər, çöl gülləri nəfəs almaqda çətinlik çəkirdi.

Üç nəfər qoca qovaqin altına girdi. Onların üçü də tər içində idi. Kök adamın əlində motorlu mişar var idi:

– Bu yaxşıdır, – dedi və qovaqı göstərdi. Qalan ikisi hündür ağaca baxdı:

sponsor 3

– Bəli, həqiqətən yaxşıdır. Bizim işimizi görər.

Qovaq kəsib tikintidə istifadə etmək istəyirdilər. Qaçmağa gecikən ağacdələn qoca qovaqdan kömək istədi:

“Xahiş edirəm məni qoruyun” deyə yalvardı. Qoca qovaq kədərlə ah çəkdi:

– Mən daha heç kimi qoruya bilmərəm, balaca quş. Bacardıqca buradan get, canını qurtar.

– Gedə bilmərəm. Axı biz dostuq, səni tərk edə bilmərəm. Mən səninlə qalmaq istəyirəm.

Qoca qovaq cavab vermədi. Aşağıdakı üç nəfər mühərriki işə saldılar.Motorlu mişarın səsi meşəni bürüdü.
Artıq ağacı bir hissəsi kəsilirdi. Qoca qovaq onun başına nə gələcəyini çox yaxşı bilirdi. O, qaça və müqavimət göstərə bilmədi… Amma ən azından, balaca ağacdələni xilas etmək istəyirdi.

“Get get. Elə indi uzaqlaş.” deyib, ağacdələnə qışqırdı.

“Bəs sən?” deyə ağacdələn soruşdu.

– Məni düşünmə. Öləndən sonra da faydalı olacağam. Bəlkə kağız, ya da stol–stul düzəldərlər. Tikintidə istifadə edə bilərlər. Bəlkə də yandıracaqlar.

– Dəhşətlidir,– deyib ağacdələn sızıldadı…

– Yanıb kül olmaq dəhşətlidir, amma kağıza çevrilmək gözəldir. Hətta kitaba çevrilək daha yaxşıdır. Yenə də kaş yaşayaydın.

– Mən də həmçinin. Amma taleyim belə oldu. Daha dayanma, qaç. Ümid edirəm yeni meşə tapıb xoşbəxt olarsan. Motorlu mişar isə qovaq ağacını kəsməkdə idi!

“Haqqını halal et” deyə ağacdələn mızıldandı. Səni tərk etməli olduğum üçün çox üzülürəm, dostum.

–Daha dözə bilməyəcəm. Mən ölməmişdən əvvəl getdiyini görmək istəyirəm. Uç ağacdələn, uç!

Digər ağaclar qoca qovaqın yırğalandığını gördülər. Onlar hay–küy salıb, qışqırdılar.

Qaçmaq istəyənlər də oldu. Amma onların kökləri torpağı o qədər möhkəm tutmuşdu ki, heç biri yerindən tərpənə bilmirdi.
Qoca qovaq böyük gurultu ilə yıxıldı. Ağacdələn son anda havaya qalxmağı bacardı.

O, qanadlarını çırpıb “Əlvida, dostum” deyə mızıldandı. Dostlarının olduğu yerə uçub getdi Yazıq ağacdələnlər xırdaca gözlərini qorxu və heyrət içində açıb nə baş verdiyini anlamağa çalışırdılar.

Ağacdələn dedi:
–Gəlin buradan uzaqlaşaq, özümüzə başqa meşə tapaq

Ona haqq verdilər:

– Bəli, artıq bu meşədə yaşayan yoxdur. Baxın, başqa ağacları da kəsməyə başladılar.

Artıq yurd–yuvaları məhv olmaqda idi. Onlar uçub başqa yerlərə köç etməyə məcur oldular. Qalan meşə heyvanları da təlaş içində idi.

Aslanlar, ceyranlar, tülkülər, cüyürlər və digər bütün heyvanlar bir yerə yığışmışdı. Onlar öz qərarlarını verdilər:
– Biz qaçmalıyıq! Bu iki ayaqlı canlılar artıq bizim yurd–yuvamızı, xoşbəxtliyimizi və hüzurumuz əlimizdən aldı.
Uça bilənlər uçdu, qaça bilənlər qaçdı. Meşə artıq boşdur. Minlərlə canlının evi olan meşə indi kimsəsizdir və insanların ixtiyarındadır.

Sizcə hekayə bizlərə nəyi öyrətməyə çalışır? Şərhlərdə fikrinizi bildirə bilərsiz.

“Boş qalan meşə” hekayəsi | Meşə haqqında hekayə


Bənzər mövzular:

Axtarış sözləri: plan tutmaqla meşə haqqında hekayə yazın,meşə haqqında hekayələr,meşə haqqinda hekaye,meşə hekayə,plan tutmaq mese haqqinda hekaye yazin

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir