Bu məqalə Qışda şəhərimiz haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
İlin 4 fəslindən biri olan qış öz soyuğu və şaxtası,bəyaz qarı ilə şəhərimizin həyat tərzini başdan-ayağa dəyişir. Qış fəslini şəhərimizdə yaşamaq tamam fərqli bir hissdir. Bu bir qədər çətin, bir o qədər də əyləncəli və maraqlıdır.
ƏSAS HİSSƏ
Qışın ilk günlərindən şəhərdə günlərin qısalması və gecələrin uzanması özünü biruzə verir. İnsanlar gün çıxmadan səhərin alatoran vaxtıda işə vəya məktəbə gedirlər. Qarsız qış olmaz. Şəhərə yağan qar hər yeri bəyaz rəngə bürüyür. Binalar, küçələr, yollar – hər tərəf ağ qarla örtülür. Bütün şəhər ağ şəhərə dönür. Sanki şəhər donmuş kimi görünür.
Sponsor Linklər
Qışda şəhəri yağan qar insanlar üçün sevinc və əyləncə mənbəyidir. Xüsusilə də biz balaca uşaqlar üçün. Həyətdə uşaqlarla birgə köməkləşib qardan adam düzəldir, Şəhərimizdə gün çıxana qədər qardan adam heykəl kimi orda eləcə qalır. Qışın ən maraqlı oyunlarından biri də qartopu oynudur. Hətta böyüklər də bizə qoşulub şəhərin küçələrində bu oyunu oynayırıq. Bəlkə də böyüklər bu yolla keçmiş uşaqlıqlarını, xatirələrini xatırlayırlar.
Yağan qar böyüklər üçün bəzən problem və çətinliklər də yaradır. Xüsusilə də avtomobili olanlar üçün. Yollar sürüşkən olduğundan sürücülər daha yavaş və ehtiyatla maşını sürürlər. Bəzən xoşagəlməz yol qəzaları da baş verə bilir. Bu kimi halların qarşısını almaq məqsədilə yollar xüsusi texnikalar ilə qardan təmizlənir, sonra isə duz səpilir. Sürücülər isə təkərlərini qış təkərləri ilə dəyişir və sürüşməsin deyə zəncir taxırlar. Təəssüf ki, bəzi icra orqanları qışda məsuliyyətli işləmir. Onlar qışa vaxtında hazırlıq görmürlər. Bəzi yollar ya heç təmizlənmir, ya da gec təmizlənir. Bu da qəza və toqquşmalara, insanların xəsarət səbəb ola bilir.
Soyuq qışda məni üzən məqamlardan biri də, sahibsiz evsiz heyvanlardır. Onlar üçün bəzi xeyirxah insanlar yuva düzəldir, yemək və su verir, hətta bəzilər onları sahiblənir. Ancaq həqiqətən şəhərimizdə bu cür itlər, pişiklər çoxdur. Hansı ki, bu soyuq qarlı şaxtalı günlərdə bizim yaxşılığımıza möhtacdırlar.
Şəhərimizəki ən üzücü mənzərlərdən biri də kəskin soyuqda pensiya yaşına yaxınlaşan yaşlı insanların qarlı yolları təmizləməsidir. Hətta yaşlı nənələrin texnikaların yerinə bu işi görməsi insanın ürəyini ağrıdır. Texnika yoxmudur ki yolları tamizləsin? Axı prezidentimiz hər il icra orqanlarına milyonlarla manat vəait ayırır. Yoxdursa belə ən azında yaşlıların əvəzinə daha gənc insanlar işə düzəlsin. Axı onlar isti evlərində nəvələri ilə birgə vaxt keçirməlidirlər. Ümid edirəm bu arzum bir gün gerçək olar. Məncə şəhərimizdə bu və bunun kimi problemlər öz həllini tapsa, qış şəhərimizə daha çox yaraşar.
NƏTİCƏ
Qışı şəhərdə yaşamaq bütün çətinliklərə rəğmən gözəldir. Nə qədər soyuq və sərt olsa da, şəhərin qışı bir başqa olur. Hələ qışda şəhər əhalisi ilə birgə yeni ilə qeyd etmək ayrıca gözəldir. Bircə şəhərimizdə qışın yaratdığı problemlər də həll edilsə, insanlarımız qışın gəlişinə daha çox sevinər.
Qışda şəhərimiz haqqında esse
Bənzər mövzular:
Axtarış sözləri: qışda şəhərimiz haqqında esse yazmaq,qisda qesebemiz haqqinda melumat,qisda seherimiz necə olur haqqinda esse,qisda seherimiz movzusunda esse,qisda seherimiz haqinda insa,qış fəsli haqqında esse, qış haqqında esse
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Gözəldi