Qənaətcil olmağın faydası haqqında esse yazmaq üçün bu məqalə sizlərə yardım edəcək. Esse fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.
Giriş
Hər birimiz məhdud resurslara sahibik. Pul, vaxt, enerji- bunlar hər kəsdə məhdud saydadır. Qənaət tükənən bu resurları qorumağa yardım edir və bizi gərəksiz israfçılıqdan qoruyur.
Əsas Hİssə
İnsanı uğurlu və xoşbəxt edən cəhətlərdən biri də qənaət etmə bacarığıdır. Qənaət etmək insanı artıq xərclərdən qoruyur. Bu da maddi və mənəvi zərərlərdən uzaq ollmağa imkan verir. Maddi qənaət insanı yoxsulluqdan qorumaqla bərabər, rifah halının yaxşılaşmasına və digər ehtiyaclaıını da qarşılamasına imkan yaradır. Qənaət bolluq və bərəkət gətirir, israfçılıq isə yoxsulluq və səfalət. Qənaət etmək yalnız pula edilmir, puldan da dəyərli olan vaxt və enerjimizə də qənaət etməliyik. Çünki, bunlar Allahın insana bəxş etdiyi ən böyük sərvətlərdən biridir
Sponsor Linklər
Bəzi insanlar puluna qənaət etsə də. daha dəyərli olsan vaxtına qənaət etmirlər. Vaxtının bir hissəsini boşuna sərf edir, lazımsız işlərə xərcləyirlər.İtirilən pulu geri qazanmaq mümkün olsa da, itirilən vaxtı geri qaytarmaq mümkün deyildir. İnsan hər cür israfçılıqdan mümkün qədər uzaq olmalıdır. İsrafçılıq insana təkcə maddi olaraq deyil, mənəvi və psixoloji zərərlər verir.
Əlbəttə insana pulunu və vaxtını özünə sərf edə, xoş və əyləncəli vaxt keçirməlidir. Hansı ki, bu israfçılıq hesab olunmur. İsrafçılıq gərəksiz və lazımsız yerə sərf olunmadır.
Hər anın dəyərini bilib ona görə yaşamaq gərəkdir. Bu dəyərli sərvətimizi planlı və məqsədli işlərə yönəltməli, yeni hədəflərə sərf etməliyik. Onlarla gələcəyimizə yatırım edə və böyük uğurlar qazana bilərik. Həyatda qənaətcil olanlar hər zaman qazanır.
Bİr insan nə qədər çox pul qazansa da, qənaəti bacarmasa və israfçılığa yol versə zamanla daha da yoxsullaşar. Məsələn insan var ki, çox pul qazansa da qənaət etməyi və doğru xərcləməyi bilmədiyindən varlı da ola bilmir. Bu səbəbdən qənaət etmək, pul qazanma qədər önəmlidir. Qənaət təkcə fərdi şəkildə insanlar deyil, həm də dövlət və şirkətlərə də fayda verir, onları maddi zərərlərdən qoruyur. Qənaətin faydalarından yararlanmaq üçün düşünərək xərcləməli, müəyyən plan və məqsəd daxilində resurlarımızı sərf etməliyik.
Bəzən insanlar paxıl olmaqla qənaətcil olmağı bir-birinə qarışdırır. Lakin bu ikisi arasında böyük bir fərq vardır. Qənaət etmək o demək deyil ki, paxıl və simic olasan. İnsan həm qənaətcil ola , həm də xeyir işlərlə məşğul ola bilər.
Qocalmadan vaxtınızın, yoxsul olmadan da pulunuzun qədrini bilin.
Nəticə
Heç bir insan sonsuz vaxta, gücə və pula sahib deyil. Bunlar hər birimizdə məhduddur və ona görə də çox dəyərlidir. Həyatını sevən, ona dəyər verən və qədrini bilən hər kəs qənaət etməyi bacarmaldır. İsraf edərək yaşamağın sonu yalnız və yalnız peşmançılıqdır.İstər pul olsun istərsə də vaxt və güc. Onu qoruyub doğru istifadə etmək, insanı həyatda hər zaman uğurlu və müvəffəq edər.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Qənaətcil olmağın faydası haqqında esse
Bənzər mövzular:
- Qənaət haqqında atalar sözləri
- Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz inşa
- Hər bir insan öz uğurunun memarıdır haqqında esse
Axtarış sözləri: qənaətcil olmağın faydası haqqında inşa,qənaətcillik haqqında esse,qəQenaetcil olmaq haqqinda insa,qenaetcilik haqqinda inşa, mən qənaət etməyi bacarıram mı