[quads id=7]

Əmək insanı ucaldır haqqında inşa

Əmək insanı ucaldır haqqında inşa
0
(0)

Bu məqalə Əmək insanı ucaldır  haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılmışdır. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq düşüncələrinizi bizimlə paylaşın.


Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.

Maksim Qorki

İnsan öz əməyi ilə tanınır və sevilir. Zəhmət və əmək xoşbəxt və uğurlu bir həyatın təməllərindən biridir. Əməksevər insanları hər kəs sevir. Əmək insana ucalıq bəxş edir, tənbəlliksə utanc və peşmanlıq.

İnsan uğuru, xoşbəxtlik və səadəti öz zəhməti ilə əldə edir. Hər bir insan özünə parlaq gələcək qurmaq xə xəyalındakı həyatı yaşamaq istəyirsə bir məqsəd müəyyən etməli və bu hədəfə uyğun inamla çalışmalıdır. İnsan sevdiyi işdə əmək sərf edərsə uğurlu olar və layiq olduğu xoşbəxtliyə qovuşar. Bütün bunlara zəhmətsiz nail olmaq mümkün deyildir. Mümkün olsa belə, bir dəyəri olmaz. Çünki, hər bir uğuru və zəfəri dəyərli edən, onun uğrunda sərf etdiyimiz alın təridir. zəhmət ə əməkdir.

Əmək və zəhmətdən sonra gələn istirahət ən gözəl istirahətdir. Zəhmət çəkməyən rahatlığın qədrini bilməz. Zəhmətkeş insanlar mübariz ruhlu və güclü olurlar. Faydalı məşğuliyyət uğruna sərf edilən əmək, zəhmət insanı həm maddi həm də məvəvi baxımdan ucaldır. Təkcə fiziki iş deyil, zehni fəaliyyət də əmək sayılır. Məsələn alimlər öz kəşf və ixtiraları ilə, yazıçılar öz əsərləri ilə ucalır, hörmət və izzət sahibi olurlar. Məşhur alim Eynşteynin belə bir mənalı kəlamı var:

İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.

Əmək insanı ucaldır haqqında inşa

Əmək o zaman insana baş ucalığı bəxş edir, onu ucaldır ki, o işini ürəklə və layiqincə yerinə yetirir. Bu baxımdan hər işi vicdanla və şərəflə yerinə yetirmək insanın insanlıq borcudur. Öz halal zəhməti ilə yaşayanların başı hər zaman uca olur. Başqasının əməyini, haqqını oğurlayanlar, haqsızsızlıq edənlər isə gec-tez öz layiqli cəzalarını tapırlar.

Əmək təkcə insanları deyil, bütün millətləri, ölkələri də ucaldır, dirçəlib inkişaf etməsinə təkan yaradır. Azərbaycanın daha parlaq gələcəyə sahib olması, gözəlləşməsi və güclənməsi üçün hər birimiz canla və başla çalışmalıyıq. Hər kəs Vətən üçün əlindən gələnin ən yaxşısını etsə, o zaman ölkəmiz hər sahədə daha sürətli inkişaf edər və dirçələr. Əsl vətənpərvər zəhməti və əməyi sevən insandır.


Bənzər mövzular:

Axtarış sözləri: əmək insanı ucaldır haqqında inşa,əmək insanı ucaldır inşa,zəhmət insanı ucaldır inşa,əmək insanı ucaldır mövzusunda esse,emek insani ucaldir esse,emek insani ucaldir haqqinda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir