[quads id=7]

Hacı Zeynalabdin Tağıyev haqqında esse

Hacı Zeynalabdin Tağıyev haqqında esse Tagiyev
0
(0)

Bu məqalə Hacı Zeynalabdin Tağıyev haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşa və ulduzla qiymətləndirə bilərsiz..

Esse başlıqları


GİRİŞ

Hacı Zeynalabdin Tağıyev Azərbaycanda, hətta, dünyanın bir çox ölkəsində xeyriyyəçi və milyonçu kimi tanınan məşhur sahibkar və mesenat. O, həm də vətənini sevən əsl maarifpərvər və uzaqgörən tarixi şəxsiyyət idi.


ƏSAS HİSSƏ  

Maarifə böyük önəm verən Tağıyev öz sərvətininin bir hissəsini ölkədə incəsənət, mətbuat və təhsilin qurulmasına və inkişaf etdirilməsinə sərf etmişdir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı onu hələ də millətin atası adlandırır. Görkəmli xadim olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biri hesab edilir. 

Bakıda kasıb başmaqçı ailəsində anadan olan H.Z.Tağıyev hələ uşaqlıqdan təmkinli və zəhmətkeş olması ilə seçilmişdir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Müəyyən vəsait topladıqdan sonra isə manufaktura ticarəti ilə məşğul olan Tağıyev daha sonra neft işində bəxtini sınamaq qərarına gəlir. O, şəriki ilə birlikdə Bibiheybətdə torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır. 1878-ci ilin əvvəlində buruqda çoxdan gözlənilən neft fəvvarə vurur və Hacı Bakının ən varlı adamlarından birinə çevrilir. 
Tanrı Tağıyevə sadəcə var-dövlət deyil, həm də səxavətli böyük ürək və vətən sevgisi bəxş etmişdi. Onun vətəninə olan sevgisi, sərvətindən daha böyük idi. 

Tağıyevin Azərbaycanda elm, təhsil və mədəniyyətin formalaşmasında və inkişafında böyük töhfələri olmuşdur. Bu günün özündə də fəaliyyət göstərən məktəb və teatr, qızlar məktəbi açıb, onlar üçün ayrıca bina tikdirib. Hansı ki, bu məktəb müsəlman Şərqində və bütün Zaqafqaziyada ilk qızlar məktəbi idi.  

Xeyirsevər milyonçu xüsusilə qız uşaqlarının təhsil almasının tərəfdarı idi və bunu belə açıqlayırdı: 

Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə. 

O, qəzet və jurnal təsis edərək mətbuatın inkişafına yardım edir. Tağıyev çox yaxşı bilirdi ki, təhsil bir millətin gələcəyidir və təhsilsiz parlaq gələcək mümkün deyil.  

Buna görə də öz vəsaiti hesabına minlərlə Azərbaycanın oğul və qızları İngiltərə, Almaniya, Fransa və Rusiyada təhsil almağa göndərmişdir.  Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə və başqaları onun vəsaitilə təhsil almışdır. 19-20-ci əsrlərdə Azərbaycanda ali təhsilli gənc ziyalı təbəqənin formalaşmasında Tağıyevin böyük töhfəsi olub. Hansı ki, bu ziyalıların böyük hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak edir, ölkədə elmin, ədəbiyyat və incəsənətin inkişafında böyük rol oynayırlar. 

1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəyir. Tağıyev Bakı Dövlət Universitetinin qurulması üçün də külli miqdarda vəsait ayırır.  

Tağıyevin ən yaddaqalan xeyriyyə işlərindən biri Pakistanda pandemiyaya görə edilən yardımdır. Hacı Zeynalabdin Tağıyev 20-ci əsrdə Pakistanda yayılan pandemiyaya şəxsi vəsaiti hesabına yardım göndərir. Bu yardım görə çox sayda insan xəstəlikdən xilas olur.  Pakistan xalqı bu yaxşılığı unutmadı və dərsliklərində Tağıyevin göstərdiyi yardıma yer verdi və tədris etdi. Beləcə gənc nəsillərə azərbaycanlı xeyriyyəçini tanıtmış və sevdirmiş oldu.. Bu gün Pakistanla Azərbaycan arasında güclü iqtisadi və hərbi əlaqələrin qurulmasında Tağıyevin xeyriyyəçilik fəaliyyətərinin böyük rolu və payı vardır.  

Zeynalabdin Tağıyevin həyat hekayəsi biz gənclər üçün əsl nümunəvi məktəbdir. O, bizə kasıb ailədə doğularaq halal zəhmət ilə milyonçu olmağın mümkün olduğun sübut etdi. Bununla bərabər maddi sərvət qədər mənəvi zənginliyin də önəmini görmüş olduq. 

O dövrdə bir çox sahibkar neft sayəsində milyonçu olmuşdu. Tağıyev isə vətənini sevən maarifpərvər və xeyriyyəçi olaraq digərlərindən seçilir və seviirdi.   Mİlyonlarla insanın sevgisini və hörmətini qazanmaq, milyonçu olmaqdan daha böyük uğurdur. O, fani olan var-dövlətini əbədi olacaq xeyir işlərə sərf etdi.  Məncə müasir milyonçularımız Tağıyevi özünə ən böyük örnək saymalı, onun kimi xeyirsevər və vətənpərvər olmalıdırlar.  

NƏTİCƏ

Tağıyev sadəcə milyonçu olmadı, həm də xeyriyyəçilik fəaliyyəti ilə milyonlarla insanın qəlbini qazandı. Onun etdiyi yaxşılıqlar bu gün də yaşayır və Tağıyev adını yaşadır. Xalq xeyirsevər milyonçusunu unutmamış, onun adına məktəb və kitabxanalar tikilmiş,  bir sıra böyük küçə və qəsəbəyə onun adı verilmişdir.  Heç bir yaxşılıq unudulmur və yaddan çıxmır.


Bənzər mövzular:

Hacı Zeynalabdin Tağıyev haqqında esse

Axtarış sözləri: Hacı Zeynalabdin Tağıyev Haqqında məlumat,Haci Zeynalabdin Tagiyev Haqqinda melumat,Tağıyev Haqqında qisa melumat,Haci Zeynalabdin Haqqinda melumat,Tağıyev Haqqında inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir