[quads id=7]
Zəhmət haqqında atalar sözləri,zehmet haqqinda atalar sozleri zehmete aid
4.2
(184)

Zəhmət – həyatın duzudur. – Atalar sözü

Bağ salan barın yeyər. – Atalar sözü

Cəfasın çəkən səfasın görər. – Atalar sözü

Zəhməti sevən işdən doymaz. – Atalar sözü

Axtaran tapar, yoğuran yapar. – Atalar sözü

Nə əkərsən, onu biçərsən. – Atalar sözü

Nə doğrarsan qabına, o çıxar qaşığına. – Atalar sözü

Əkiblər yemişik, əkirik yeyərlər! – Atalar sözü

Əziyyət çək ki, xeyirini görəsən. – Atalar sözü

Zəhmətə aid atalar sözləri

Zəhmət yiyəsi – hörmət yiyəsi. – Atalar sözü

Zəhmətsiz iş – duzsuz aş. – Atalar sözü

İstirahət zəhmət üçün mükafatdır. – Atalar sözü

Düyü döyülməsə, aş olmaz. – Atalar sözü

Ağac meyvəni dəyənə qədər böyüdər. – Atalar sözü

Ağac və müəllim öz barı ilə tanınır. – Atalar sözü

Barlı ağacın başına dolanarlar. – Atalar sözü

Torpaq becərənin, iş bacaranındır. – Atalar sözü

İşə başlamaq işin yarısıdır. – Atalar sözü

İş insanın cövhəridir. – Atalar sözü

İşləyən dəmir pas tutmaz. – Atalar sözü

Öyrənməklə bir iş bitər, biri başlar. – Atalar sözü

sponsor 3

Ağac bar verdikcə başını aşağı əyər. – Atalar sözü

Cəhrə əyirsən don yiyəsi olarsan. – Atalar sözü

Tut ağacı əkən ipək dərər. – Atalar sözü

Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim. – Atalar sözü

Kişidə qeyrət olsa, torpağı qızıla döndərər. – Atalar sözü

Çörəyi torpaqdan al, özgəsinin ağzından yox. – Atalar sözü

Yay işini qışda gör, qış işini yayda. – Atalar sözü

Yazda əkməyən payızda biçməz. – Atalar sözü

Bir işi başlamağa çalış, özü qurtarar. – Atalar sözü

Qarışqa qışda əziyyət çəkməmək üçün yayda mübarizə aparır. – Atalar sözü

Zəhmət – səadətin atasıdır. – Atalar sözü

Çox danışıb iş görməməkdənsə, susup işləmək yaxşı. – Atalar sözü

Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz. – Atalar sözü

Gərək saatla yox, vicdanla işləyəsən. – Atalar sözü

Zəhmətə qatlaşmayan adam rahatlığın qədrini bilməz. – Atalar sözü

El üçün çəkilən zəhmət unudulmaz. – Atalar sözü

Açar sözlər: Zəhmətə aid atalar sözləri,Zəhmətlə bağlı atalar sözləri,Zəhmət haqqında atalar sözləri,zehmet haqqinda atalar sozleri

Oxşar atalar sözləri:

Əmək haqqında atalar sözləri
Əmək haqqında atalar sözləri
Azərbaycan Atalar Sözləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 184

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir