insan emelleri ile yasayir haqqinda insa,insan oz emelleri ile yasayir insa,insan emelleri ile taninir insa,insan emelleri ile yasayir movzusunda insa,insan əməlləri ilə yaşayır mövzusunda inşa
4.3
(41)

Bu məqalə İnsan əməlləri ilə yaşayır  mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

İnsan əməlləri ilə yaşayır. Bu dünyadan köçdükdən sonra öz əməlləri ilə də tanınır, yadda qalır. Dünya malı dünyada qalsa da, bizə qalan əməllərimiz olur. Necə bir insan olduğumuzu əməllərimizlə müəy yənləşir. Əməl elə bir şeydir ki, insanı vəzir də edər, rəzil də.

Dahi Senekanın belə bir kəlamı vardır:
Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır.

Yəni, nə qədər uzun yaşadığın önəmli deyil,  önəmli olan necə əməllərlə yaşadığındır. Ancaq çox adam, yaxşı insan yaxşı yaşamaqdan çox, uzun bir ömür keçirməyə çalışır.

Ən gözəl insanlar xeyirxah əməllərə sahib olanlardır. Onlar vicdanın səsinə qulaq verməyi, yaxşılıq etməyi və pisliklərdən uzaq olmağı özlərinə borc bilərlər. Xeyirxah insan gözəl əməlləri ilə əslində həm özünə, həm də ətrafına yaxşılıq edir. Onlar hətta özlərinə pislik edənləri  öz yaxşılıqları ilə cazalandırırlar. İnsanı yaşadan məhz bu cür yaxşı əməllərdir. Əməlisaleh insanlar dünyadan köçəndə belə, insanların könüllərində yaşayır, xatirələrində özlərinə gözəl yer edirlər.

İnsan əməlləri ilə yaşayır inşa

Yaman əməllərlə isə insan əsas özünə pislik etmiş  olur.Yaxşı əməllər insanı ucalır, pis əməllərsə alçaldır. Yaxşı işlər insanda qürur və fəxr hissi oyadır. Pis işlər isə utanc və xəcalət kimi hisslərə səbəb olur.  Gərək elə yaşayasan ki, əməllərinə görə sonradan utanmayasan. Bütün bunlar insanın seçim və qərarlarından asılıdır. Allah insana etmiş olduğu əməllərə görə cəza vəya mükafat verər. Bir insan əməlləri ilə başqalarına nə yaşadarsa, gec-tez bir gün onu yaşar. Bu ilahi ədalətdir.

Elələri vardır ki, bu dünyada bir ağac belə əkməmiş, başqalarına çox yaxşılıq etməmişdir. Ancaq özünü düşünmüş, yalnız özü üçün yaşamışdır. Belə adamlar öldükdən sonra həmişə tez unudular və yaddan çıxarlar. Bir də elə insanlar vardır ki, ömrünü xeyir işlərə sərf etmiş, yaxşı əməllərlə zəngin gözəl bir ömür yaşamışdır. Onların yaxşılıqları saya hesaba gəlməz. Məsələn, yetim və yoxsul olanlara maddi-mənəvi dəstək olmuş, kasıb ailələrin övladlarının təhsil haqqını ödəmiş, işsizlərə iş vermişdir. Bu cür xeyirxah insanlar öz əməlləri ilə dünyada yaxşı ad qazanır və başqalarına da gözəl örnək olurlar. Yaxşı insanlar həm də minlərlə insanın sevgisini, hörmətini, xeyir və duasını qazanmış olurlar.  Onlar öldükdən sonra belə  ölmürlər: adları, əməlləri bu dünyada yaşayır və unudulmurlar.

Əslində bir insanın ən böyük sərvəti bu dünyadakı yaxşı əməlləridir.  Pul, var-dövlət, mal-mülk hər biri bu dünyada qalır. Əməllərimiz isə hər iki dünyada. İnsan öldükdə pis-yaxşı bütün əməlləri bu dünyada qalır, yaşayır. Gəlin elə bir insan olaq ki, dünyada öz əməllərimizlə gözəl izlər qoyaq.

Hikmətli bir kəlamda deyildiyi kimi:

Elə yaşa ki, sən öləndə hamı ağlasın, amma sən sevinəsən.

Bənzər mövzular:

Axtarış sözləri: insan emelleri ile yasayir haqqinda insa,insan oz emelleri ile yasayir insa,insan emelleri ile taninir insa,insan emelleri ile yasayir movzusunda insa,insan əməlləri ilə yaşayır mövzusunda inşa,insan əməlləri ilə yaşayır adlı esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 41

İlk səs verən sən ol!

5 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir