Bu məqalə “Elm və sülh cəhalət və müharibəni məğlub edəcək“ mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Elm insanlığın inkişafı üçün, sülh isə saədəti və xoşbəxtliyi üçün gərəkdir. Cəhalət və ondan bəslənən müharibə isə insanlığın üz qarasıdır. Müharibə və cəhalətin hökm sürdüyü yerdə isə daim səfalət və böhran yaşanmışdır.
Tarix boyu insanlar arasında müəyyən problemlər və anlaşılmazlıqlar yaşanıb.
Cahil və nadan adamlar problemləri münaqişə və dava ilə həll etməyə çalışmış, nəticədə qanlı müharibə və savaşlar yaranmışdır. Cəhalət və müharibənin ilk qurbanları hər zaman günahsız insanlar olmuşdur.
Elm sahibi olan kamil insanlar isə bu problemləri düşünərək, bir-birlərini başa düşərək sülh yolu ilə həll etməyi seçiblər. Müharibə onlar üçün heç bir həll yolu olmadıqda ən son variant olmuşdur. Çünki, elm və ağıl sahibləri yaxşı bilirlər ki, müharibə və münaqişələr çox vaxt problemi həll etmir, əksinə yenilərini yaradır və problem daha böyüyür.
Elm və sülh inkişaf və tərəqqi deməkdir. Cəhalət və müharibə isə dağıntı və tənəzzül.
Sponsor Linklər
Bəşəriyyət hər zaman müharibələrdən əziyyət çəkmiş, bu müharibələrdə milyonlara adam yalaranmış və həlak olmuşdur. Cəhalət və ondan doğan müharibələr tarix boyu milyonlarla günahsız insana zülm və əziyyət vermişdir.Bunlardan ən böyüyü I və II Dünya müharibəsi olmuşdur.
I Dünya müharibəsində 9.5 milyon, II Dünya müharibəsində isə 65 milyon insan həlak olmuşdur. Müharibədən sonra dünyanın dörd bir yanı dağılmış, böyük böhran və tənəzzül yaşamışdır. Təkcə Amerikada savaş olmadı və bura sülh içində elm və iqtisadiyyatını inkişaf etdirərək dünyanın ən güclü dövlətinə çevrildi.
Bir çoxları insanlığa ləkə olan bu qanlı və dəhşətli savaşlardan sonra, dövlətlərin bundan dərs çıxaracağını, artıq müharibələri bitib sülh içində yaşayacaqlarını fərz edirdi. Lakin bəşər övladı, dünya müharibələrindən dərs çıxarmadı və yenə də terrorr, münaqişələrə və savaşlara davam etdi.
Bu gün Afrika təbii ehtiyatlarına görə dünyanın ən zəngin qitəsidir. Burada çoxlu neft-qaz yataqları, qızıl, almaz, mis və digər əlvan metal mədənləri vardır. Həmçinin Afrika dünyanın ən yoxsul və ac qitəsidir. Burda milyonlarla insan ac və susuzdur və onlar səfalət içində yaşayırlar. Qəribədir, amma görəsən niyə? Çünki Afrikada əhalinin böyük bir hissəsi elm və təhsildən məhrumdur. Çünki onların çoxu müharibədən əziyyət çəkir və sülh həsrətdirlər. Bir də təbii sərvətləri olmasa da , sülh şəraitində elm və təhsilin gücü ilə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiya var. Onların qızılı, nefti, qazı yoxdur. Ancaq elmdəki uğurları, müharibədən kənar sülhsevər yaşam tərzləri onları dünyanın ən güclü dövlətlərindən biri etdi.
Bəli, elm böyük qüdrətə sahibdir. Ancaq bu güc pis adamların əlində təhlükəli bir silaha çevrilir. Məsələn elm inkişaf etdikdə, həm də daha dağıdıcı gücə sahib yeni silahlar, texnologilar yaradıldı. Hansı ki, bunlar dünyaya və insanlığa faydadan çox ziyan verdi.
Deməli insanlığın xoşbəxtiyi və gələcəyi üçün təkcə elm kifayət etmir. Burda sülh də vacibdir. Elm və sülh səadət quşunun 2 qanadı kimidir. Yüksəlmək üçün hər ikisinə ehtiyac vardır.
Bəs onda bir sual yaranır.
Dünyada müharibələr niyə hələ də davam edir?
Çünki, hər il milyardlarla dollar qazanan böyük silah şirkətləri var. Və onlar müharibə olmasa iflas edərlər. Onlar mənfəətlərini günahsız insanların canların üstün bilirlər.
Çünki, müharibələrin olduğu yerdə hər şey ucuz olur. Neft, qaz, qızıl, və ən önəmlisi də insan həyatı. Sülh bəzi şirkətlərə və dövlətlərə sərf etmir, bu səbəbdən onlar müharibəni dəstəkəyir, minlərlə insan həyatını heçə sayılar.
Nə vaxt ki, dövlətləri acgöz və nadan adamlar deyil, elm və əxlaq sahibi olan kamil insanlar idarə edəcək, bax o zaman bütün dünya sülhə qovuşacaq. Elmin bilikləri və sülhün səadəti ilə parlaq bir gələcək qurulucaq.
Bənzər mövzular:
- Sülh mənim xoşbəxt yaşamağımdır inşa
- Elm haqqında inşa
- Mümkünsüz görünən əslində mümkündür haqqında inşa
Axtarış sözləri: elm və sülh cəhalət və müharibəni məğlub edəcək mühakimə xarakterli inşa,elm və sülh cəhalət müharibəni məğlub edəcək haqqında inşa,elm və sülh cəhalət və müharibəni məğlub edəcək inşa,elm və sülh cəhalət və müharibəni məğlub edəcək adlı inşa,elm və sülh cəhalət və müharibəni məğlub edəcək mövzusunda inşa,elm ve sulh haqqinda insa,elm ve sulh cehalet ve muharibeni meglub edecek esse
çox sağolun🤌
Cox gözəl idi çox sağolun
Çox gözəl idi
Çox gözəl
Əlaa
İnşanı yazmağa çox kömək etdi sağolun
Aye
Slm
Çox gözəl
Əla
ela
Əla
əladır
Sayənizdə başa düşdüm necə yazmaq lazimdi
Teşekkerlerrr😘
sizde 8 ci sinifde oxuyursuz)
Əladı vallah,çox maraqlıdır təşəkkürlərimi bildirirəmm
Salam ablacım necəsiniz nə var nə yox neynirsiz mama necədi baba işə gedir
8ci sinof esse yazısından salamlar
whshahshadnwkdnc
Beatiful
Əladır
Çox saqolun bu mənim üçün böyük bir kömək oldu😊😀😃
8 ci sinif seh 32 cal-12
əladır 👍👍👍
Cox gozel idi tesekkur edirem elm her zaman lazimdir💫