Dost yolunda fədakarlıq haqqında inşa

dost yolunda fedakarliq haqqinda insa,dost yolunda fedakarlik insa,dost yolunda fədakarlıq haqqında inşa,dostluq haqqında inşa,dost dar günde tanınar inşain,dost nece olmalidir haqqinda insa
1
(1)

Bu post Dost yolunda fədakarlıq haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizlərə fikir vermək məqsədiylə yazılıb. Çalışın bura öz fikir və sözlərinizi də əlavə edəsiz. Həmçinin şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşa bilərsiz..


Fədakarlıq, insanları bir-birinə  dost edir, dostluqları daha da gücləndirir. O, həmçinin dostluğun əsas ölçü meyarıdır. Dostlarımıza olan sevgimizi, sədaqətimizi  həm də öz fədalarımızla göstəririk.

Əsl dostlar sədaqəti və fədakarlıqları ilə sözdə dostlardan həmişə seçilir. Sənin həqiqi dostların sənin üçün ən böyük fədakarlığı edəndir.  Heç düşünmədən çətin gündə sənə vaxt ayırıb maddi və mənəvi dəstək olmağa çalışarlar. Bəzən öz dərdini unudub səni dərdlərini dinlər və  dərdinə dərman olar. Bəzən isə səndə olmayanı səninlə bölüşər.  Çünki əsl dostlar arasında sən və mən yoxdur biz vardır. Onlar hər zaman dost yolunda fədakarlıq etməyə hazırdılar. Hətta maddi imkanları yüksək olmasa belə . Çünki onların ürəkləri zəngindir.Fədakar dostlar  bütün bunları qarşılıq gözləmək və xeyir güdmək məqsədilə etməzlər. Qazanc və xeyir məqsədilə edilən qurban fədakarlıq deyildir. İnsanlar çox vaxt qurbanla fədakarlığı bir-birinə qarışdırar. Ancaq qurban məqsədli edilər, fədakarlıq isə məqsədsiz. Bütün fədakarlıqlar ürəkdən gələr. Dostuqdakı bu fədaların tək məqsədi dosta kömək əlini uzatmaq və onu məmnun etməkdir, Gerçək dostları sözdə dostlardan ayıraln məhz bu fədakarlıqlardır.   Əgər dostluqda səmimiyyət, saədaqət və fədakarlıq yoxdursa deməli dostluq da yoxdu.   

Fəadakarlıq etmək gözəldir.Ancaq çalışın ki, fədakarlığınızı israf etməyin və yaxşılığı əsas qədir bilən insanlara edin. Nankor adamlardan, onlar ki dostluğun, yaxşılığın dəyərini bilmirlər, uzaq olun.

Bir də,  mənfətcil adamlar var ki, digər insanlardan istifadə edə bilmək üçün özlərini fədakar və əsl dost ki mi göstərirlər.  Həyat zamanla bu cür hiyləgər olanların əsl üzlərini bizə göstərir.
Çətin günlər insana göstərir ki, həqiqi dostun kimdir, yalançı kim. Məhz bu günlərdə biz fədakar və vəfalı dostlarımızı tanımış oluruq.Əgər hələ də fədakarlığı və vəfası ilə seçilən dosta sahib deyilsənsə üzülmə. Sən özün bu cür əsl dost olmağı bacar. Gec-tez sənin qarşına sənin kmisi çıxacaq.

 Əsl dostara sahibsinizsə deməli puldan qat-qat dəyərli bir xəzinəyə sahibsiniz. Çünki, nə qədər varlı olsan da, həqiqi dostları pulla almaq olmur. Vəfalı və fədakar dostlar həyatın bizlərə ən gözəl hədiyyəsidir. Fədakar dostlar min sözdə dosta dəyər. Onların qədrini və dəyərini bilin. Çünki, hər kəs bu cür lütfə sahib deyil.

Dost yolunda fədakarlıq haqqında inşa


Bənzər mövzular:

Axtarış sözləri: dost yolunda fedakarliq haqqinda insa,dost yolunda fedakarlik insa,dost yolunda fədakarlıq haqqında inşa,dostluq haqqında inşa,dost dar günde tanınar inşain,dost nece olmalidir haqqinda insa,dost dar gunde taninar insa,dostluq haqqinda insa 5-ci sinif

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir