[quads id=7]
mənim dostum haqqında inşa,mənim dostum inşa,mənim dostum haqqında esse,mənim dostum esse,mənim ən yaxın dostum esse,menim dostum haqqinda insa, dost haqqinda insa,əsl dost haqqında esse,dosta aid esse,dostluq haqqinda insa,dostluq haqqında esse,dostluq haqqında inşa
4.2
(22)

Bu məqalə “Mənim dostum  mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Adları dəyişməyiniz tövsiyə olunur. .Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Dostluq dünyanın ən gözəl nemətidir. Əsl dostlar bir-birinə hər zaman arxa dayaqdır. Onlar arasında mən və sən yox, biz olur. Mənim dostlarım azdır amma sadiq və vəfalıdırlar. Onlardan biri də Kamaldır. Kamal mənə qardaş qədər əziz və doğmadır. O mənim sirdaşım və yol yoldaşımdır. Həyatda ən çox güvəndiyim və etibar etdiyim insanlardan biridir. Sirrimi hər zaman öz sirri kimi qoruyub saxlayıb və mənə qarşı həmişə dürüst olub. Bİr səhvim vəya qüsurum olduqda bunu başqalarının yanında deyil də təklikdə mənə bildirir, problemlərində öhtəsindən gəlməkdə öz köməyini heç zaman əsirgəmir. Mən də eynən ona dar gündə dost kmi kömək edir, öz yardım əlimi uzadıram. Çətinliklər və problemlər bizim dostluğumuzu daha möhkəm edir.

Mənim dostum inşa

Atalar belə bir məsəli var ki, dostu çətin gündə sına. Mən də dostumu çətin gündə sınadım. O bütün bu sınaqlaran üzüağ çıxdı və əsl dost olduğunu sübut etdi. Onun sevinci mənim sevincim , onun dərdi mənim dərdimdir Bir-birimizin uğuruna sevinir, uğursuz anlarımızda qarşılıq dəstək olur, mənəvi dayaq oluruq.

Kamal qədər xətrini çox istədiyim, onun qədər güvəndiyim digər dostum Sadiqdir. Elə adına layiq bir dostdur. Kamal haqqında dediyim xoş sözlərin eynisini Sadiq üçün də deyə bilərəm. Kamal sinif yoldaşım olsa da, Sadiq bizdən 2 yaş böyükdür. Bir yanlışımız olduqda o bizə nəsihət verir, doğru yolu göstərir.

Bizi birləşdirən ortaq dəyərlərimiz və maraqlarımızdır. Kamal da, Sadiq də mənim kimi futbol oynamağı, kitab oxumağı, yeni yerlər kəşf etməyi sevir. Biz bir komandada olduqda məğlubedilməz oluruq.

Sadiq həmçinin şahmatı da çox sevir. Şahmat oyanağı o bizə öyrətdi. Bu oyunu öyrəndikdən sonra bir-birimizlə şahmat oynayır, maraqlı və səmərəli vaxt keçiririk. Sadiq deyir ki, şahmat zəka oyunudur və zəkası olan oyunu qazanır. İstər futbol olsun, istərsə də şahmat. Biz oyunları qazanmaq üçün deyil, dostlar xoş vaxt keçirmək üçün oynayırıq. Məncə bu qazanmaqdan daha önəmlidir. Dostlardan biri qazandıqda sanki biz qazanıbmış kimi sevinir, onu təbrik edirik.

Onlar yanımda olduqda özümü daha güclü, daha şən və rahat hiss edirəm. Məncə Kamal və Sadiq kimi dostu olanın kürəyi yerə gəlməz. Biz birgə daha cəsur və güclü oluruq.
Bəzi insanlar deyir ki, əsl dost yoxdur. Onlar belə deyəndə, mən həmişə Kamal və Sadiqin adını çəkir, onları örnək göstərirəm. Hərdən bəziləri bizim dostluğumuza paxıllıq edir. Məncə paxıllıq etməkdənsə özləri də dostluq etməyi öyrənsələr daha yaxşı olardı.

İnsan əsl dostunun olmasını istəyirsə öncə özü əsl dost olmalıdır. Yəni dost qədri bilməli, vəfalı və sadiq olmalıdırlar. Təkcə sözdə yox həm də əməldə. İnsan özü əsl dostluq keyfiyyətlərinə sahib olduqda əsl dost gec-tez onu tapır. Eynən Kamal və Sadiq kimi. Həqiqətən onlar bir çoxlarına yaxşı örnək ola biləcək əsl dostdurlar. Belə dostlara sahib olduğum üçün özümü bəxtəvər və xoşbəxt hiss edirəm. Və layiq olan hər kəsə belə dostlar arzulayıram.

Bənzər mövzular:

Axtarış sözləri: mənim dostum haqqında inşa,mənim dostum inşa,mənim dostum haqqında esse,mənim dostum esse,mənim ən yaxın dostum esse,menim dostum haqqinda insa, dost haqqinda insa,əsl dost haqqında esse,dosta aid esse,dostluq haqqinda insa,dostluq haqqında esse,dostluq haqqında inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 22

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir