Aktyorun ən böyük qazancı xalq məhəbbətidir haqda esse

Sponsor

4
(49)

Bu məqalə Aktyorun ən böyük qazancı xalq məhəbbətidir haqda esse yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


GİRİŞ

Filmləri sevilən və unudulmaz edən məhz burda rol oynayan dəyərli və istedadlı aktyorlardır. Azərbaycan filmi tarix boyu dəyərli və istedadlı aktyorları ilə tanınıb və sevilib. Onlar izləyicilərinin qəlbinə girməyi, orda silinməz izlər qoymağı bacarmışdır.

ƏSAS HİSSƏ

Bir çox aktyor daha çox məşhur olmaq və var-dövlət qazanmaq arzusu ilə bu peşəyə addım atır. Ancaq onlar sonradan bir gerçəyin fərqində olurlar: var-dövlət və şöhrət gəldi-gedərdi. Bunlar insanı həmişə xoşbəxt etmir. Böyük filmlərdən rol almaq, unudulmaz səhnələrdə iştirak etmək də uğurdur. Ancaq aktyorun ən böyük uğuru xalqının gözündə sevilməsi və dəyər görməsidir. O sənətkar ki, öz səmimiyyəti, istedadı və pozitiv enerjisi isə seçilir, o həmişə izləyicilərinin könlünü qazanmağı da bacarır. Əsl istedad odur ki, öz rolunu yaşayaraq oynayasan. Sözləriylə və davranışıyla filmdəki obrazını gerçəkmiş oynamaq özü bir bacarıqdır. Bütün bu bacarıq və istedadla bərabər səmimi və gözəl ürəkli aktyorlar hansı rolu oynamasından asılı olmayaraq, izləyicini qəlbində iz qoymağı, sevgini qazanmağı bacarır. Səhnədə səmimiyyət gözəllik qədər önəmli və vacibdir. Əgər o aktyor səmimi olmağı, rolunu yaşamağı bacarmırsa, nə qədər gözəl və yaraşıqlı olursa olsun izləyicinin məhəbbətini qazana bilməz. Kino tariximizdə Azərbaycanın unudulmaz qızıl sənətkarları olmuşdur ki, onlar özləri

Onlara nümunə olaraq Yaşar Nuri, Arif Quliyev, Telman Adıgözəlov, Elçin Həmidov, Rasim Balayev və digər onlarla adını çəkmədiyim dahi sənətkarlarımızı göstərə bilərəm. Belə böyük aktyorların filmlərinə, kadrlarına təkrar-təkrar baxsan belə bezməzsən. Onlar rollarını elə təbbii və içdən peşəkarcasına oynayır ki, izləyici baxarkən hər anından həzz alır. Bu cür sənətkarlar özlərindən sonra gələcək həmkarları üçün də əsl örnək və məktəb olmuşlardır.

sponsor 3

Bir aktyorun qazandığı pul, var-dövlət zamanla azalar və tükənər. Əsl aktyorun ən böyük qazancı isə xalqının məhəbbətidir.

NƏTİCƏ

Aktyorluq peşəsində fani olan var-dövlət və şöhrət zamanla gedər, sonda yalnız xalqın sevgisi qalar. O aktyor ki, sənətiylə minlərlə insanın könlünü fəth etməyi bacarır, o ölmür əbədi yaşayır.

Aktyorun ən böyük qazancı xalq məhəbbətidir haqda esse


Bənzər mövzular:

Axtarış sözləri: aktyorun ən böyük qazancı xalq məhəbbətidir haqda esse, aktyorun en boyuk qazanci xalq mehebbeti esse, aktyorun ən böyük qazancı xalq məhəbbətidir adlı esse yazın

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 49

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir