Dini-əxlaqi dəyərlərin mədəniyyətə təsiri barədə esse

dini əxlaqi dəyərlərin mədəniyyətə təsirihaqqında esse,dini exlaqi deyerlerin medeniyyete tesiri barede esse
0
(0)

Bu məqalə Dini-əxlaqi dəyərlərin mədəniyyətə təsiri barədə esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

Mədəniyyət insanlığın var olmaq üçün yaratdığı həyat tərzi və üslubudur. Bura onun adət-ənənələri, inancları, tarixi, incəsənəti və düşüncə tərzi daxildir.  

İnsanlar bilinən ilk mədəniyyətin təməlini yaradarkən ona müyyən dəyərlər yön vermişdir. Bu dəyərlərdən biri də dini-əxlaqi dəyərlərdir. Dini-əxlaqi dəyərlər insanı yaxşı əməllərə yönəldir, onu vicdanlı, ədalətli olmağa dəvət edir. Bununla bərabər bütün pisliklərdən və yanlışlardan uzaq olmağı tövsiyə edir. Dünyada irili-xırdalı minlərlə din və məzhəb olsa hər biri məhz buna çağırış edir:  Yaxşı insan kimi yaşamaq və pisliklərdən uzaq olmaq.

Sevgi, hörmət, vicdan, ədalət və mərhəmət. Bütün dini-əxlaqi dəyərlərin əsasında məhz bunlar durur. Bu dəyərlər bəşəridir, yəni bütün insanlıq üçündür. Özünə insan deyən hər kəs əxlaqi dəyərlərə sadiq qalmalı və həyatının bir parçasına çevirməlidir. Həmin bu dəyərlər həm də mənəvi sərvətimizdir. Mədəniyyət dini-əxlaqi dəyərlimizin sayəsində formalaşır, böyüyür və inkişaf edir. Dini-əxlaqi dəyərlərəəməl etməklə insan həm özünə, həm də dünyaya böyük bir yaxşılıq etmiş olur.

Əxlaqi dəyərlər zamanla fərqli inancların, adət-ənənələrin yaranmasına səbəb olmuşdur. Bunlar insanın yaşam tərzinə, seçimlərinə və düşüncəsinə təsir edir. Dini-əxlaqi dəyərlər arasında bəzi coğrafi xarakter daşıyanları da vardır. Belə ki, bir yerdə doğru olan, digər yerlərdə günah hesab oluna bilir.  Məsələn, xristian ölkələrində şərab və donuz halaldır, müsəlman dünyasında  isə haram.    

Dini-əxlaqi dəyərlərimiz mədəniyyətimizin əsasıdır, özəyidir. Mədəni bir insan olmağın əsasında məhz bu dəyərlər durur. Yalan, haqsızlıq və ədalətsizlik üzərində qurulun mədəniyyətlər tarix boyu məhv sürüklənmişdir. Çünki, pisliyin və yalanın ömrü qısadır. Və bundan bəslənən cəmiyyətlər, toplumlar gec-tez süquta məhkumdurlar.

Dini-əxlaqi dəyərlərin təsiri nəticəsində müxtəlif hekayələr, nağıllar yaranmışdır. Bunların hər biri özündə müəyyən hikmət və məna daşıyır. Dünyanın bütün mədəniyyətlərində xeyirlə şər arasındakı mübarizəyə dair əhvalatlar və hekayələr vardır.   

Uca yaradan insanlığa seçim azadlığı vermişdir.Yəni insan əxlaqlı yaxşı biri olmağı seçə də bilər, pis biri olmağı da. Bu onun iradəsindən və istəyindən asıldır.    

Dini-əxlaqi dəyərlərin əsasında qurulun mədəniyyətlər tarixdə daha uzun və gözəl bir şəkildə yaşamışdır. Bu dəyərlərin zəifədiyi toplumlar isə həmişə tənəzzül və böhran yaşamış, zamanla tarixdən silinmişlər.

NƏTİCƏ

Bizi insan edən həm də dini- əxlaqi dəyərlərimizdir. Bu dəyərlərimizdən uzaqlaşmaq insanlıqdan uzaqlaşmaqdır. Hər birimiz daşıdığımız insan adına layiq biri olmaq üçün bir ömür əxlaqi dəyərlərimizə sadiq qalmalıyıq.

Dini-əxlaqi dəyərlərin mədəniyyətə təsiri barədə esse

Bənzər mövzular:

Axtarış sözləri:dini əxlaqi dəyərlərin mədəniyyətə təsirihaqqında esse,dini exlaqi deyerlerin medeniyyete tesiri barede esse,dini-əxlaqi dəyərlərin mədəniyyətə təsiri barədə esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir