bezen tesadufler zerurete cevrilir movzusunda insa
3.7
(55)

Bu post Bəzən təsadüflər zərurətə çevrilir  mövzusunda inşa yazmağınıza kömək edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın yazıya öz fikir və sözlərinizi də əlavə edəsiz.. Axırda şərh yazaraq bizə dəstək ola bilərsiz.


Təsadüf – gerçəkləşməli olan hadisələrin gizləndiyi yerdir Həyat minbir təsadüflərlə doludur.
Bəzən qarşına iş və vəzifə çıxar. Onu edərsən və zamanla bu iş zərurətə çevrilər.  Şans təsadüf kimi görünən fürsətləri görüb dəyərləndirəndə yaranır.

Məsələn, böyük qardaşım əsgərlikdə təsadüfən uşaqlıq dostunu tapır. Və onlar qərara gəlirlər ki, xüsusi təyinatlı olub dövlətə xidmət etsinlər. Elə də olur. Qardaşımın təsadüfən köhnə dostuyla qarşılaşması gələcək həyatını dəyişir. Artıq onlar iş yoldaşı kimi demək olar hər gün birgə çalışır,dövlətə, vətənə xidmət edirlər. Təsadüfən baş verən bu görüş artıq zərurətə çevrilib.

Bacımın qarşısına virtualda təsadüfən qrafik dizayn üzrə  kurs çıxır və biraz düşündükdən sonra burda özünü sınamağa qərar verir. Zatən bu sahəyə maraq və həvəsi var idi. Sonradan dizayn sahəsində bilik və bacarıqlarını artırıb gələcək karyerasını bu sahə üzərində inşa etdi. İndi bacım tanınmış bir şirkətdə qrafik dizayn üzrə çalışır. O, həmişə belə deyirdiI: “Mən özümü dizayn sahəsində tapdım.  Qrafik dizayn ən sevdiyim peşə və sahədir. Təsadüfən o kurs qarşıma çıxması həyatımı dəyişdi, Sanki, onu Allah qarşıma çıxardı.”. İndi təsadüfən qarşısına çıxan bu sahə böyük bacım üçün bir zərurətə çevrilib. Hər gün işə gedir, vəzifə və öhdəliklərini yerinə yetirib müqabilində maaşını alır. Mən bütün bunlardan sonra bir şeyi başa düşdüm: Bütün təsadüflərin bir məqsədi və mənası vardır.  Onların bir birində çətinlik kimi görürən böyük şanslar və fürsətlər gizlənir.
Bəzən isə həyatda elə təsadüflərlə üzləşirik ki, burdan istəyib-istəməməyimizdən asılı olmayaraq etməli olduğmuz öhdəliklər doğur. Bu kimi təsadüflər həyata həyacan və maraq qatır.

Həyat gözlənilməz təsadüflərlə doludur. Onu  gözəl edən də budur. Kimin nə vaxt və harda nəylə qarşılaşacağını heç kim deyə bilməz. İnsanı gələcəkdə nə kimi təsadüflər gözləyir onu yalnız uca Yaradan bilir. Bəlkə də təsadüf kimi görünən və sonradan zərurətə çevilən bu hadisələr, Allahın həyatımızın daha yaxşıya doğru dəyişməsi üçün göndərdiyi lütfdür.

Bir dahinin dediyi kimi:  

Həyatda təsadüfə təsadüf edilməz.

Bəzən təsadüflər zərurətə çevrilir mövzusunda inşa


Bənzər mövzular:

Axtarış sözləri: bəzən təsadüflər zərurətə çevrilir mövzusunda inşa,bəzən təsadüflər zərurətə çevrilir inşa,bəzən təsadüflər zərurətə çevrilir haqqında inşa,bezen tesadufler zerurete cevrilir insa,bəzən təsadüflər zərurətə çevrilir adlı inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.7 / 5. Səs sayı: 55

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir