1️⃣ Şeir
Kim sənə mənim kimi “Can sənə”
Sənin kimi mənə “Ay can” deyə bilər?
Kim sənin mənim kimi “həsrətini,”
Sənin kimi mənim “nazımı” çəkə bilər?
Kim sənə mənim kimi “nəfəsim”,
Sənin kimi mənə “dünyam” deyə bilər?
Kim səndə olan qayğılığın
Məndə olan bağlılığın dəyərini verə bilər?
Kim məndə olan xoşbəxtliyə
Səndə olan şəfqət və mərhəmətə çata bilər?
Kim bizim kimi sevginin yolunu
Gözləyə-gözləyə cəhənnəm əzabı yaşaya bilər?
Sevgisini,
Dilsiz, ağızsız, qulağsız başa düşə bilər?
Kim səni mənim kimi böyük işlərə ruhlandırar?
Sənin kimi məni, işlərimi görməyə mane olar?
Kim sənin kimi utancağlığa qalib gəlib,
Həqiqət yolunu işıqlandırar?
Sınanmış eşq sevgisinin
Zövqünü alar?
Kim bizim kimi biri-birinə
Sədaqət baxışları andı icər?
Mənim kimi sənin qəzəbini
Məhəbbət ilə yatırda bilər?
Kim sənin kimi qışqıran qürurlunu
Mənim kimi saflığı ilə susdura bilər?
Kim sənin kimi, sevməyin olduğunu bilməyən,
Əbədi eşq möcüzəsini daşıya bilər?
Kim sənin kimi eşqə ürəyini acar,
Mənim kimi eşq çadırından qaçar?
Kim bizim kimi ruh aşiqlərini dodaqlarında
Görüşdürüb öpüşdürə bilər?
Kim sənə mənim kimi “Can sənə”
Sənin kimi mənə “Ay can” deyə bilər?
Kim?
Axı kim???
2️⃣“Korset” şeiri
Başını fırladan mənim bədənimdir
Altına girdiyim mənim ədəbimdir
İçimdə süzən bu ruhum təbibimdir
Ağzımdan tökülən sözüm ədibimdir
Yolumu gözləyən o mənim vətənimdir.
Fikrimdə yalquz həsrət var
Səfərimdir
Zamanı gələr, gec də olsa,
Kəfənimdir
Əzizlərdən ayrılığım uzaq olsa,
Kədərimdir
Sevgilimin qollarından ayrı düşsəm
Zəhərimdir
Ağıla gəlməyən bu fikir, dost da olsa, Qəhərimdir
Əynimə geydiyimi görüb yozduğumuz
Təhərimdir
Qarşımda əriyən bu şam
Adamımdır,
Başımı fırladan mənim yazanımdır
Yamanımdır.
3️⃣“Dollar” şeiri
Dollar ,dollar
Səni yormur yollar?
Bizi yordu borclar .
Niyə etdi corclar ?
Ora çatmaz qollar
Qapıda durur dollar .
Belə getsə nə olar ?
Nə olar bizə olar .
Dollar, dollar
Dola-dola doldun
Dərdimizdən soldun ?
Dola.
Dola.
Bizi dola.
Onu dola,
Bunu dola.
Çıxmısan bir uzun yola
Daha bəsdir
Zil notlara çıxma sən.
Qulağımızı kəsmə sən.
Ömrümüzü üzmə sən .
Neçə vaxtdır dostumuzsan
Sevirik səni bilmirsən?
Eşqindən havalanmışıq .
Dərdindən paralanmışıq
Ləzzətindən suslanmışıq
Sən qızsan, ya oğlansan?
Qocasan, ya sən cavansan ?
Sən bizi nə sanansan?
Bu odlara bizi salan sən
Bəlkəm sən xəstələnmisən?
Ulduz xəstəliyindəsən ?
Elvis Preslidən də sən
Maykl Ceksonda da sən
Uitni Hyustondan da sən
Elza Seyidcahandan da, sən
Betər xəstələnmisən yetər!
Sevginin gözü kor olur.
Sən nə deyirsən o olur.
Borclar dolur, dolur, dolur
Yollar yorur, yorur, yorur .
Qollar solur, solur, solur
Dollar dolur, dolur, dolur .
Dollar dolur, dolur, dolur
Dollar yolur, yolur, yolur
Dollar dolur, dolur, dolur.
4️⃣“Əclafsan” şeiri
Salamımı al həyat,
Verim salam,
Mən çox maraqlıyam,
Yaşa məni, mən də səni.
Davamımı ver həyat.
Mən həyasızam, çığırsam
Saxla məni, mən də səni.
Peşimanam həyat, ağlasam
Mindir məni, sürüm səni,
Zamanımızı saxlasam,
Alqışla məni, mən də səni.
Əclafsan həyat, dözməsəm
Bağışla məni, mən də səni.
Sirrim ol həyat, gizlincə
Dinlə məni, mən də səni
Salamımı al həyat…
Verim salam,
Yaşa məni, mən də səni
5️⃣”Süpürgəçi” şeiri
Sadə peşə adamları,
Yorulmasın qolları.
Süpür süpürgəçi, süpür
Yolları.
Sponsor Linklər
Sübh tezdən oyanan,
Payızı, yazı, yayı,
Qışı qarşılayan dan ulduzları.
Süpürgəçilər,
Tükürpədicilər.
Süpür süpürgəçi, süpür.
Gündoğanda dalan-dalan,
Həyət-həyət, küçə-küçə,
Natəmizlikdən yol açar təmizliyə.
Sizin varlığınız, bizim sağlıgımız,
Ürəyi təmiz, səhəri təmiz,
Yolu təmiz süpürgələ.
Qəlbimizin çirkablığın
İcimizdən yığ silkələ
Süpürgəçi.
Qoşul mənə süpürgələ,
Sənətimizi süpürgələ,
Səhnəmizi süpürgələ,
Gəl bir yerdə ibrətimizi
Niyyətimizi,
Süpürə-süpürə heyətimizi,
Qeybətimizi,
Yığa-yığa qeyrətimizi
Küsdürə-küsdürə pislikləri
Uzaqlara,
Ucsuz-bucaqsız çöllərə
Süpürgələ, süpürgəçi,
Bəlkə, onlar
süpürgənlə dirçələ.
Nadanlıqlar, axmağlıqlar
Zibilliyə atılsın.
Süpürgənin uclarında
Parıltılar pırıl-pırıl
Çoxalsın.
Şəhərimiz par-par yansın
Süpür, süpürgəçi, süpür
Süpürgələ sən ağız içi,
yolu, qırağı,
Sevinsin yolun tıxacı.
Süpürgələ sən qəlb içi,
Bir şairin sözü var e,
Təb içi.
Biz yaxşı görürük zibillikləri
Hər kəsə görünməz
Bizə görünən.
Süpür bu yolları,
Ay süpürgəçi,
Onsuz da bu dünya
Süpürgəlikdir.
Onsuz da bu dünya
Süpürgəlikdir.
Süpür süpürgəçi ,süpür.
6️⃣
Çox danışmaq olmasaydı
Fikirləşmək olmasaydı
Azca-azca
Hörmətimiz qalsaydı
Paylaşardıq Sevinərdik
Qullem-qullem
Yaşayardıq
Xürrəm-xürrəm
əgər belə olmasaydı
Hürrəm,hürrəm
gedib it kimi hürrəm
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
7️⃣
Söz gələr, keçər gedər
Üz-üzə gülürük yetər.
Bir-birimizin ardınca
Mini gələr, çıxar gedər.
Olmayaq biz qaymaq,
Qayğanaqdan doğaraq
Olaq biz iti caynaq.
Caynaqlarımız ilişsin
Bir-birilərinə girişsin.
Qaynaqlanaq, bağlanaq
Düşmənlər dağ-dağ olsunlar,
Çatlasınlar, soyunsunlar,
söyülsünler.
Bir siftədən, bir nüftədən yaranmışıq,
Yarandiqca, yaratmışıq
Yaratdıqca, yaşatmışıq,
Yaçatdıqca yaşamışıq.
Gəl olaq biz qaynaq,
Qaymaq yox, cüt caynaq….
Bu həyatda dayanaq diz üstə…
Oyanaq göz üstə, danışaq baş üstə,
Birləşək söz üstə, uzanaq üz üstə, yan üstə.
Can, can, can xancan.
Xan, xan, xan sancan.
Dayican, can bibican,
Sən atacan, ay anacan…!
Bacican, qardaşcan.
Gəlmişik biz buracan.
Gel olaq biz baycan …!
8️⃣ Gülməli şeir
Elza vaza, vaza, vaza
Verdi paza,
Etdi naza,
Vurdu daza,
Çəkdi taza,
Basdı qaza,
Çıxdı yaza,
Çaldı saza,
Oxudu caza, caza, caza.
Hür ay itim,
Hür, itim, hür.
9️⃣
Prezidentimiz, İlhamımız
Sizsiniz bizim dayağımız.
Sizə vardır inamımız, gümanımız
Sizinlə fəxr duymağımız
Güvənirik, şüarımız
Siz arxamız, dayağımız
Tanrı sizi bizə verdi
Ali Baş Komandanımız.
Bu gün rahat ölkəmizdə qorxusuzuq
Sizə borcluyuq!
Ona borcluyuq!
Gözəl ayın, gözəl günündə gəldiniz.
Möhtərəm prezidentimizsiniz!
Dərin hörmət, ehtiramla
Əminamanlıq içində.
Tanrı sizi pənahında saxlasın
Xoş günlərlə gələcəyə aparsın! Amin!
Bənzər mövzular:
Axtarış sözləri: elza seyidcahan şeir,elza seyidcahan yeni şeir,elza seyidcahan seirleri,elza seyidcahan gulmeli seirleri,elza seyidcahan yeni seiri,elza seyidcahanin seirleri,elza seyidcahan şeirləri,elza seyidcahanin yeni seiri