[quads id=7]
dərin mənalı şeirlər,maraqli seirler toplusu,maraqli seir sozleri,ən maraqlı şeirlər
4.3
(6)

DƏNIZ, GÖY, MƏHƏBBƏT ŞEİRİ

Müəllif: Nəbi Xəzri

– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.

– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!


PƏNCƏRƏ ŞÜŞƏSİ ŞEİRİ

Müəllif: Salam Sarvan

Mən sənin qarşına
pəncərə şüşəsi kimi çıxdım ki,
mənə baxanda dünyanı görəsən.
Sənsə mənə
güzgüyə baxırmış kimi baxıb keçdin.


BİRİ VAR ŞEİRİ

Müəllif: Kamal Huseynzadə

Yazdığın məktubu aldım, gözəlim,
Titrədi məktubunu tutmuş əlim.
Soruşursan: nə var o bağda gəlim?
Nə deyim, şanısı var, ənciri var
Bu bağın, bir də bu bağda biri var,
Darıxır.

Buranı görməmisən, pisləmə, gəl,
Görməmişlər kimi kin bəsləmə, gəl,
Öz bağın bil, qapıdan səsləmə, gəl,
Keç evə, qorxma itin zənciri var.
Bir də zəncirləri qırmış biri var,
Darıxır.

Yellədir pərdəni yüngül gilavar,
Bacası azca əzilmiş samavar
Göndərir göy Xəzərə, tüstü, buxar,
Divarın Xəzri tərəfdə kiri var.
Bir də burda ürəyi saf biri var,
Darıxır.

Gecə gəl, gör buranın mənzərəsin,
Xəzri çırpır qapısın, pəncərəsin,
Yapışıb bir yana dartır hərəsin,
Elə bil meynələrin təqsiri var.
Bir də ondan daha çılğın biri var,
Darıxır.

Gəl, xitam ver bu bağın matəminə,
Yol da burdan gedir eşq aləminə.
Orda kimdir batan eşqin qəminə?!
Ora dünya qəminin təsiri var.
Burda dünyadan əl üzmüş biri var,
Darıxır.


BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM ŞEİRİ

Müəllif: Ramiz Rövşən

Mənim yaşım uşaq yaşı deyil ki,
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.

Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.

Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.

Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.


“DÜNYA QƏFİL İŞIQLANSA” ŞEİRİ

Müəllif: Ramiz Rövşən

Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

sponsor 3

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
…Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır..


“TOYA BƏNZƏR YAS” ŞEİRİ

Müəllif: Əlibəy Məmmədli

Kim ölüb rəhmət oxu,
Ağlamağın faydası yox.
Bizim ən xoş günümüz matəm olan vaxta düşür.
Kim ölür, çox da deyil,
Azca gözün yaşla dolur.
Mağarın hər tərəfi yağlı yeyən başla dolur.
Çay olur, halva olur ,
Boşqabımız aşla dolur.
Bizim adət belədir
Qarnımızın hörməti var.
Bu tuluq qarnımızın gör nə qədər qiyməti var.
Ölüdən söhbət açan yox,
Hamı dərdin danşır,
Üzü saqqallı baba ,nəyisə demək üçün çalışır.
Yasımız möcüzədir hətta küsənlər barışır,
Ölənin ruhunu biz şadlıq ilə yad edirik,
Hələ göylə sürünən ruhuna da yad edirik.
Bu yağan sanma yağışdır,
Yerə heyrət tökülür,
İçi heyrətlə dolu, bir qazana ət tökülür,
Üçünə, yeddisinə , qırxına millət tökülür,
Belə bir çox yasımız musiqisiz toy kimidir.
Heç bilinmir bu nədir ?
Xəbərin var Məşədi?
Toya bənzər yasdan ölülər incimədi?


Bənzər Mövzular:

Həyat Haqqında Şeirlər
Şeirlərdən misralar | Mənalı və Gözəl
Kitablardan sitatlar
Bir-birinən Mənalı 15 Şeir
Dərin Mənalı Sözlər

Axtarış sözləri: dərin mənalı şeirlər,maraqli seirler toplusu,maraqli seir sozleri,ən maraqlı şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 6

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir