[quads id=7]
Dovlet qullugu iscileri nece olmalidir
0
(0)

Dövlət qulluğu

Dövlət qulluğu nədir? sualını cavablandırmaqla başlayaq. Dövlət qulluğu nədir? Dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi zamanı dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsinə deyilir. Dövlət qulluğu dövlət vəzifəsində xidmət etməyi nəzərdə tutur. Həmin xidməti həyata keçirən dövlət qulluqçusu isə inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanı işçisidir.

Dövlət qulluqçusu olmağa niyə üstünlük verilir? Vətəndaşın müfaviq ixtisas üzrə ali təhsili tamamlandığı zaman dövlət qulluğuna hazırlaşır və ya şirkətlərdə və digər özəl qurumlarda çalışmaq istəməyən, dövlət qulluqçusu kimi xidmət etmək istəyən, özünü dövlət qulluqçusu kimi yetişdirmək istəyən vətəndaşlar dövlət qulluğuna qəbulu seçirlər.

Dövlət qulluğu haqqında qanun

Dövlət qulluğunun hüquqi, təşkilatı və maliyyə iqtisadi əsaslarını, eləcə də dovlet qullugu ile bağlı olan bütün zəruri məlumatı dövlət qulluqçusu olmaq istəyən vətəndaşlar “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu”nu oxuyaraq əldə edə bilərlər. Həmçinin Dövlət qulluğu haqqında Qanuna son dəyişikliklərdən e-qanun.az saytına daxil olaraq xəbərdar ola bilərsiniz. (Bax: https://www.e-qanun.az/framework/4481)

Kimlər dövlət qulluqçusu ola bilər? Dövlət qulluğunda yaş həddi dövlət qulluguna hazırlaşmaq istəyənlər üçün xüsusi əhəmiyyət kəsb edir. Bu Qanunda da qeyd edildiyi kimi 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dilindən, dinindən, cinsindən, əmlak vəziyyətindən, sosial mənşəyindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun və peşə hazırlığına malik olub, Azərbaycan Respublikasının Dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.

Dövlət qulluğu imtahan – DİM dövlət qulluğu

Dövlət qulluğu ilə bağlı vakansiyalardan, dövlət qullluğu imtahan proqramı, dövlət qulluğu imtahan vaxtları, dovlet qullugu sertifikatinın necə əldə olunması, dovlet qullugu fenleri və digər lazımlı informasiyaları əldə etmək üçün ilk növbədə, dövlət qulluğu haqqında imtahana qəbul olunma şərtləri barədə məlumatlanmalısınız. Dövlət qulluğu imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Bax: https://dim.gov.az/) tərəfindən təşkil olunur. DİM-in saytında “Dövlət qulluğu” başlığı altında ayrıca bir bölmədə (https://dim.gov.az/activities/civil-service/) dovlet qulluguna qebul, dövlət qulluğu müsahibə elanları, dovlet qullugu test proqramı məlumatları və s. yerləşdirilmişdir.

Dövlət qulluğuna qəbul

Dövlət qulluğunda inzibati vəzifələr – dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. Dövlət qulluğunda yardımçı vəzifələr isə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, kuryer, arxiv qeydiyyatçısı, sürücü və sair vəzifəni həyata keçirən işçilərin) vəzifələridir. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir.

Dövlət qulluğuna qəbul üçün test imtahanı mərhələsi aşağıdakı dövlət qulluğu proqramı üzərindən həyata keçirilir. Dövlət qulluğu fənləri:

  • Azərbaycan dili
  • Qanunvericilik
  • Məntiq – məntiqi təfəkkür
  • İnformasiya texnologiyaları

Bu fənlər üzrə vəsaitlər ölkədə bir sıra təlim mərkəzləri tərəfindən təlim daxilində tələbələrə verilir və ya böyük kitab mağazalarında rahatlıqla əldə olunan vəsaitlərdir. Dövlət qulluğunda vakant vəzifələrə namizədlik irəli sürmək istəyənlər istər fərdi şəkildə, istərsə də dövlət qulluğuna qəbul üzrə təlimlər keçən təlim mərkəzlərinin köməyi ilə imtahana hazırlaşmağı seçə bilər.

Test imtahanı iki qrup şəklində həyata keçirilir: A növü – inzibati rəhbər vəzifələr və B növü inzibati icraçı vəzifələr. Bu proqram üzrə dövlət qulluğu test imtahanından uğurla keçdikdə həmin şəxsin imtahanda əldə etdiyi uğurlu nəticəni təsdiqləyən sertifikat (dovlet qullugu sertifikatı) verilir. Sertifikatı əldə etmiş həmin namizəd dövlət qulluğu üzrə vakant vəzifəni tutmaq üçün müsahibələrdə iştirak edə bilərlər. Müsahibələr haqqında məlumatlar da digərləri kimi Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilir.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir