Heyder Eliyeve aid melumat,Heyder Eliyev 100 illiyi,Heydər Əliyev haqqında maraqlı məlumatlar,Heydər Əliyev haqqında məqalələr,Heydər Əliyev haqqında məlumat,ulu onder Heyder Eliyev haqqinda melumat,Heyder Eliyev haqqinda melumat ve seir,Heyder Eliyev haqqında inşa,Heydər Əliyev 100 illik
4
(38)

Heydər Əliyev həyat yolu

Heydər Əliyevin həyatı. Tarixi şəxsiyyət Heydər Əliyev mayın 23-ü 1923-cü ildə indiki Naxçıvan Muxtar Respublikası ərazisində (Naxçıvan Muxtar Diyarı) anadan olmuşdur. Xalqın Ulu Öndər adlandırdığı Heydər Əliyev Azərbaycanın ictimai-siyası xadimi kimi, ölkənin üçüncü prezidenti və tanınmış uzaqgörən dünya liderlərindən biri kimi tarixə düşmüşdür.
Heydər Əlirza oğlu Əliyev Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya göz açıb. O, təhsilini Naxçıvan Pedaqoji Texnikumunda alıb, daha sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub. Lakin başlanan müharibə onun təhsilini tamamlamasına imkan verməmişdir. Sonralar Heyder Eliyev Sankt-Peterburqda və Moskva şəhərlərində xüsusi ali təhsil almaq imkanı qazanır. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.

Heyder Eliyevin fealiyeti haqqinda.

Heyder Eliyeve aid melumat,Heyder Eliyev 100 illiyi,Heydər Əliyev haqqında maraqlı məlumatlar,Heydər Əliyev haqqında məqalələr,Heydər Əliyev haqqında məlumat,ulu onder Heyder Eliyev haqqinda melumat,Heyder Eliyev haqqinda melumat ve seir,Heyder Eliyev haqqında inşa,Heydər Əliyev 100 illik


Heydər Əliyev Dövlət Təhlükəsizlik Orqanlarında 25 il çalışıb. O, Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığı və Naxçıvan MSSR Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb (1941-1944). 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. H. Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-yə rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi bu illərdə social-iqtisadi sahədə böyük nailiyyətlər əldə edildi.
1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib və SSRİ məkanında bir neçə mühüm layihənin həyata keçirilməsi məhz onun adı ilə bağlıdır. 1887-ci ildə Heydər Əliyevin istefa etmə səbəbi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Mixail Qorbaçovun yeritdiyi siyasətə etirazı idi.
Göründüyü kimi, Ulu Öndər illərlə ən əhəmiyyətli vəzifələrdə çalışmışdır və xalq xidmət etmişdir.

Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikasının Ali sədri seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.


Prezident Heydər Əliyev

Heydər Əliyevə aid məlumat,Heyder Eliyev haqqinda insa,Heyder Eliyeve aid melumat,Heyder Eliyev 100 illiyi,Heydər Əliyev haqqında maraqlı məlumatlar,Heydər Əliyev haqqında məqalələr,
Prezident Heydər Əliyev

Heyder Eliyevin prezidentlik dovru. Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini layiqincə icra etmişdir (1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi). Heydər Əliyev nəinki təkcə Azərbaycan tarixinin, həm də dünya tarixinin 20-inci əsrdə ən bacarıqlı lider və şəxsiyyətlərindən biri hesab edilir. 1991-ci ildə müstəqilliyini tam olaraq bərpa etmiş Vətənimiz Azərbaycanın tez bir zamanda özünü dirçəltməsi və dövlət kimi möhkəmlənməsində Heydər Əliyevin xidmətləri böyükdür.

Heydər Əliyev siyasi, iqtisadi və sosial sahədə əhəmiyyətli islahatlar həyata keçirərək xalqın və ölkənin inkişafına xüsusi xidmət göstərdi. Azərbaycanın digər qabaqcıl dünya ölkələri səviyyəsində inkişafına təkan verəcək addımlar atdı.

Hələ o, Azərbaycan Respublikasının Prezidenti kimi rəhbərlik etmədiyi illərdə (1990-cı ildə) yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi dəhşətli 20 Yanvar faciəsinin əsl səbəbkarlarının və bu hadisənin cinayətkarlarının cəzalandırılmasını kəskin şəkildə tələb edərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmişdir. Heydər Əliyev Dağlıq Qarabağdakı münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti kimi 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasını tərk etdi.

Heydər Əliyev 1994-cü ildə Qarabağ münaqişəsi ilə bağlı kəskin vəziyyətin sabitliyinə nail olan “Atəşkəs” sazişinin imzalanmasına müvəffəq oldu. (“Bişkek protokolu” 1994-cü il 12 may).

Onun predizentliyi dövründə Azərbaycan Respublikasının İlk Konstitusiyası qəbul edildi (1995), parlament seçkiləri keçirildi, Əsrin Müqaviləsi imzalandı (1994-cü il sentyabrın 20-də bağlanan bu müqavilə dünyanın 11 iri neft şirkəti ilə bağlanmış və Azərbaycanın iqtisadi inkişafına böyük dərəcədə töhfə vermişdi), Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Konstitusiya məhkəməsi fəaliyyətə başladı, Azərbaycanda ölüm cəzası ləğv edildi. Heyder Eliyevin birinci prezidentliyi dövründə – 2001-ci ildə birbaşa onun rəhbərliyi ilə Bakı şəhərində Dünya Azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu da Azərbaycan diasporunun gücləndirilməsi üçün ən başlıca və vacib addımlardan biri olmuşdur.

O, səhiyyə və təhsil siyasətinin xüsusi strategiya ilə yenidən qurulmasına, ölkədə zəif inkişaf edən sahələrin bərpa olunmasına xüsusi qayğı göstərmiş, xüsusilə sosial siyasətin daha sürətlə inkişaf etməsinə diqqət ayıraraq həssas vətəndaşların (yaşlılar, uşaqlar, xəstələr və s.) tələbatlarını qarşılayacaq sosial müdafiə sisteminin qurulmasına xidmət etmişdir. İdmançılar, müəllimlər, sənət adamları Heyder Eliyevin xüsusi olaraq qayğıyla yanaşdığı şəxsiyyətlər olmuşlar. O, Azərbaycan dilinin qorunması və inkişafı məsələsinə olan diqqəti, gənclər siyasətinə olan marağı və gənclərə olan xüsusi sevgisi ilə, idmançıların nailiyyətlərini hər daim qiymətləndirməsi və dəstəkləməsi, terrorizmlə mübarizə siyasəti, milli mədəniyyətə olan qayğısı, yeni elm və təhsil mərkəzlərinin qurulmasına göstərdiyi maraq və digər xidmətləri sayəsində xalqın sevimlisinə çevrildi.

Heydər Əliyevin mükafatları və Ulu Öndərə həsr olunan sənət əsərləri. Heydər Əliyev istər SSRİ, istərsə də müstəqillik illərində 80-dən çox mükafata, fəxri adlar və təltiflərə layiq görülmüşdür. Heydər Əliyevə irihəcmli simfonik əsərlər, mahnılar, filmlər, səhnə əsərləri, memuarlar, poemalar və digər əsərlər həsr olunmuşdur. Bu əsərlərin sayı kifayət qədər çoxdur.

Heydər Əliyev ili – 100 il!

2023-cü il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müfaviq sərəncamına əsasən “Heydər Əliyev İli” (Heydər Əliyev – 100 il) qəbul edilmişdir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkədə bir çox xüsusi mədəniyyət tədbirləri həyata keçirildi. 2023 – Heydər Əliyev ilidir.

Heydər Əliyev haqqında deyilmiş sözlər

Dünya liderlərinin, eləcə də digər şəxsiyyətlərin Heydər Əliyev haqqında dedikləri sözlər bizim üçün sadəcə qürur mənbəyidir. Onlardan bəziləri:

Pakistanın keçmiş baş naziri Bənəzir Bhutto: “Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev: “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb”.

Almaniyanın sabiq kansleri Gerhard Şröder: “Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır”.

Rusiya prezidenti Vladimir Putin: “Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim”.

ABŞ-ın sabiq Prezidenti Bill Klinton: “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm…

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

HEYDƏR ƏLİYEV

Bənzər mövzular:

Axtarış sözləri: Heydər Əliyevə aid məlumat,Heyder Eliyev haqqinda insa,Heyder Eliyeve aid melumat,Heyder Eliyev 100 illiyi,Heydər Əliyev haqqında maraqlı məlumatlar,Heydər Əliyev haqqında məqalələr,Heydər Əliyev haqqında məlumat,ulu onder Heyder Eliyev haqqinda melumat,Heyder Eliyev haqqinda melumat ve seir,Heyder Eliyev haqqında inşa,Heydər Əliyev 100 illik

sponsor 3

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 38

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir