Yaxşılıq düşməni də adama dost edər.
Ən xоşbəxt dəqiqələr, yaxşılıq etdiyin dəqiqələrdir
Yaxşı iş heykəl kimidir, hər yerdən görünür.
Xeyirxah adam yaddan çıxmaz.
Yaxşılığı sonraya qoyma. – Atalar sözü
Sponsor Linklər
Dosta heç olmasa hay verməklə kömək elə. Ərəb atalar sözləri
Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir. Rus atalar sözü
Hər şeydə israf olar, amma yaxşılıqda israf olmaz.
Əvvəlcə sən özün kömək elə, sonra qoy sənə kömək eləsinlər. Monqol atalar sözləri
Yaxşılıq və Pislik haqqında atalar sözləri
Yaxşılıq et, yaxşı da biçəcəksən. Pislik et, pislik biçəcəksən. Çin atalar sözü
Yaxşılıq nur gətirər, yamanlıq – zülmət. Özbək atalar sözü
Yaxşılıq edən özünə eləyir, yamanlıq edən də. – Atalar sözü
Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir? – Atalar sözü
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bir yaxşılıq, bir də pislik yaddan çıxmaz.
Xəsis ancaq öləndə yaxşılıq edər. – Atalar sözü
Yamana aş versəndə, iş vermə. – Atalar sözü
Allah cəsura yardım edər. – Atalar sözü
Dünyada bir pislik qalar, bir də yaxşılıq. – Latın atalar sözü
Yaxşını yada vermə – hayıfdır, yamanı yada vermə – ayıbdır. – Atalar sözü
Ağıllı olub bədxah olmaqdansa, ağılsız olub xeyirxah olmaq yaxşıdır. Lak atalar sözü
Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.
Xeyir işi uzatma, şərrə dönər; şər işi uzat ki, xeyrə dönər.
Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın. – Atalar sözü
Yaxşı – yaxşılığın deyilir, yaman – sənin nəyin deyilir? – Atalar sözü
Xeyir içində şərim olunca, şər içində xeyrim olsun. – Atalar sözü
Pisliyə aid atalar sözləri
Yaxşılıq bilməyən, yamanlıqdan qalmaz. – Atalar sözü
Hiylə ilə iş görən, möhnət ilə can verər. – Atalar sözü
Yaman günün ömrü az olar.- Atalar sözü
Başqasına pislik edən özünə etmiş olar.
Pislik etməsən, əbədi qorxu içində olmayacaqsan. Şumer