[quads id=7]

Çiçək və Su – bir Sevgi Hekayəsi

menali hekaye sevgiye aid sevgi hekayesi
4.4
(18)

Bir gün çiçək və su bir-birləri ilə qarşılaşır və onlar qərara gəlirlər ki, dost olsunlar. İlk əvvəl aralarında gözəl bir dostluq münasibəti olur və beləcə davam edirlər. Əlbəttə zamanla bir-birlərini daha yaxşı tanıyırlar.
Aradan uzun bir müddət keçir. Çiçək o qədər xoşbəxt olur ki, sevinci yerə-göyə sığmır və artıq bir həqiqəti anlayır – suya aşiq olduğunu.
Həyatında İlk dəfə aşiq olan çiçək, ətrafa gözəl qoxular saçmağa başlayar, “Ey Su!, sırf sənin xətrin üçün ” deyərək..Beləcə sevgisnin xoş ətrini hər yerə yayar.
Çox keçməmiş Su da qəlbində çiçəyə qarşı qəribə hisslər duymağa başlayar. Və artıq o da, hiss etdi ki, çiçəyə aşiqdir.
Günlər və aylar bir-birinə qovalayar..Və çiçək, “görəsən, su da məni sevir mi?” deyə düşünməyə başlayar. Çünki, su çiçəklə çox maraqlanmazdı..Və o, belə sevgiyə öyrəşməmişdi.
Çiçək artıq dözməyib bütün cəsarətini toplayaraq suya “Səni sevirəm” deyər və beləcə hislərini suya etiraf edər. Su, “Mən də Səni sevirəm” deyə cavab verər.
Beləcə aradan bir xeyli vaxt keçər. Çiçək yenə Suya:”Mən səni sevirəm.”-dedi. Su da çiçəyə :” Mən səni sevirəm.”-deyə cavab verdi.
Çiçək səbirlidir və yenə səbirlə gözləməyər. O artıq əvvəlki kimi ətrafa xoş ətirlər yaya bilmirdi. Nəhayət son gücünü toplayıb Suya :”Səni sevirəm”-dedi. Su da ona yenə :” Mən də səni sevirəm.”-deyə cavab verdi.
Bir gün Çiçək xəstələnib yatağa düşdü. Rəngi soldu, bənizi saraldı. Başa düşdü ki, artıq öləcək və son dəfə üzünü Suya tutub bütün gücünü toplayaraq:” Mən səni həqiqətən sevirəm”-dedi. Su çox məyus oldu və sevgilisini ölümdən xilas etmək üçün bir həkim çağırdı. Həkim gəldi. Çiçəyə baxandan sonra :”Onun vəziyyəti çox ağırdı. Qorxuram ki, artıq onu xilas edə bilməyək”-dedi. Su sevgilisinin dərdini öyrənmək istədi. Həkim bir qədər düşündükdən sonra Suya baxıb:”Çiçəyin elə bir xəstəliyi yoxdur. Onun dərdi sadəcə susuzluqdur. Ölüm səbəbi budur.“deyə cavab verər. Su gec də olsa hər şeyi başa düşər və anlayar ki, sevdiyinə sevirəm demək azdır.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.4 / 5. Səs sayı: 18

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir