[quads id=7]

Sözün Dəyəri Haqqında Atalar Sözləri Və Kəlamlar

sözün dəyəri haqqında atalar sözləri,sözün qüdrəti haqqında atalar sözləri,soze aid atalar,sozun deyeri haqqinda atalar sozleri
4.6
(23)

Söz qılıncdan kəsərlidir.– Atalar sözü

Zaman keçər, söz qalar.– Atalar sözü

Sözü məqamında deyərlər.– Atalar sözü

Kişinin bir özü, birdə sözü.– Atalar sözü

Doğru söz dəmiri dələr.– Atalar sözü

Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.– Atalar sözü

Söz həyatın bəzəyidir.– Atalar sözü

Söz insanın vuran əlidir.– Atalar sözü

Sözün yaxşısı baldan şirin olar.– Atalar sözü

Söz odur ki, haqqa vara.– Atalar sözü

Anlayana bir söz bir kitabdır.– Atalar sözü

Kişinin özünə baxma, sözünə bax.– Atalar sözü

Elə söz de ki, kalı tökülsün, dəymişi qalsın.– Atalar sözü

Söz çeynəyən çox, söz deyən az.– Atalar sözü

Hər işin öz yeri, hər sözün öz məqamı var.– Atalar sözü

Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.– Atalar sözü
Sözün zahiri zərif, batini lətif olmalıdır.– Atalar sözü

Söz var kəsər savaşı, Söz var kəsdirər başı.– Atalar sözü

Axmağın min sözü, ağıllının bir sözünə dəyməz – Atalar sözü

Namuslu adamın verdiyi söz onun üçün müqəddəs borc olmalıdır.– Atalar sözü

Başı boş olanın sözü baş olmaz – Atalar sözü

Şirin söz dəmir qapını da açar – Atalar sözü

sponsor 3

Külək dağı dağıdır, söz xalqı qaldırır – Atalar sözü

Kəndirin uzunu yaxşıdır, sözün qısası – Atalar sözü

Sənətkarın qızıl əli, nəğməkarın qızıl sözü – Atalar sözü

Ağıllı söz – daşdan qala, ağılsız söz – başa bəla – Atalar sözü

Bir xoş söz üç soyuq qış ayını isidə bilər – Atalar sözü

Adam sözünü adama deyər – Atalar sözü

Ağsaqqal sözünü axıra saxlar – Atalar sözü

Söz var – gələr keçər, söz var – dələr keçər – Atalar sözü

Deyilmiş söz gümüşdür, deyilməmiş – qızıl – Atalar sözü

Haqq sözdən gül iyi gələr – Atalar sözü

Adam olana bir söz yetər – Atalar sözü

Sözün qısası dəyərli olar.

Gec danışsan, kəlamın gül olar.

Min eşit, bir söylə.

Az danış, düz danış.

Az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk.

Düz danışanla dost ol, səni tərifləyənlə yox.

Kamil adam az danışar.

Danışmaq gümüşdürsə, susmaq qızıldır.
Söz danış, söz olsun.

Az danış, yaxşı danış.

Çox bilib az danışmaq igidin ləngəridir.

Kamil insan kəlamından bəlli olar.

Axtarış sözləri: sözün dəyəri haqqında atalar sözləri,sözün qüdrəti haqqında atalar sözləri,sozun qudretine aid atalar sozleri,sozun deyeri haqqinda atalar sozleri,soze aid atalar sozleri,soz haqqinda atalar sozleri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.6 / 5. Səs sayı: 23

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir