[quads id=7]

Tənbəllik Haqqında Atalar Sözləri

Tənbəllik Haqqında Atalar Sözləri,tenbellik haqqinda atalar sozleri,tenbelliye aid atalar sozleri,tenbel haqqinda atalar sozleri
4.3
(64)

Tənbəllik yoxsulluğun anasıdır.

Çalışmaq çörək, tənbəllik qıtlıq gətirər.

Tənbəllik bütün eyiblərin anasıdır

Cəhd eləyən – var qazanar, tənbəl elə kasıb qalar.

Tənbəlin işi ikiqat artıq olar.

Tənbəl üçün həftədə yeddi bayram olur.

Tənbəllik bütün pis vərdişlərin anasıdır.

Əgər tənbəl adama bir şey əmr etsəniz, o, atanızdan daha çox nəsihət edər.

Tənbəl işçiyə yüngül çəkic də ağır gələr.

Tənbəlliyin dalınca xəstəlik gəzər.

Cavanlıqda tənbəllik edən qocalanda cındır geyər.

Öz buğdasını səpməyə tənbəllik eləyən, özgənin daşını tanımalı oldu.

İnsan tənbəl olur, torpaq yox.

Tənbəl adam ağzıboş olar.

Qoy lal desinlər, tənbəl deməsinlər.

Tənbəl çoban sürünü uzaqdan qaytarar.

Tənbəllik – yamanlığın anasıdır.

Tənbəllik – kasıblığın açarıdır.

Tənbəl kəndçinin iyirmi orağı olar.

Tənbəl həmişə məsləhət və ya səbəblər söyləyir

Tənbəl insan şeytanın oyuncağıdır.

sponsor 3

Tənbəl adam qorxaq olar.

Səhər yeriməyə tənbəl olan, axşam qaçar.

Tənbəl insan şeytanın sağ əlidir.

Tənbəl axşama yaxın işə başlar.

Tənbəl xəyalı ilə, işgüzar əməyi ilə varlanar.

Tənbəl durduğu yerdə də yorulur.

Azar tənbəllikdən bezardır.

Allah tənbəli sevməz.

Ağa dedi yatma, tənbəl dedi:Yaxşı, onda dincəlim.
Günəş saralanda tənbəl başlayır tələsməyə

Axmaq özünə eş tapmaz, tənbəl özünə iş tapmaz.
Aptal eş bulamaz, tembel iş bulamaz.
Google (Azerbaijani → Turkish) ile çevrildi
Tənbəlin mədəsi tox olmaz.

Tənbəl gün batanda başlar işə.

Tənbəl bir işi iki dəfə görər.

Acgöz qadının yurdunda yemək yoxdur; tənbəl adamın yurdunda odun yoxdur.

Uşaq oynamaqdan yorulmaz, tənbəl – yatmaqdan.

Naxoş bir dəfə ölür, tənbəl – hər gün.

Tənbəl adama iş ver, sənə hikmət öyrədər.

İş iştaha açar, tənbəl işdən qaçar.

Tənbəl deyər: “Bu gün oynaram, sabah oxuyaram”. Çalışqan deyər: “Bu gün oxuyaram, sabah oynayaram”.

Tənbəl adam varlı olmaz.
Tənbəl dağda qar gördü, yorğanına büründü.
Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
Tənbəl dilənçinin qardaşıdır.
Tənbəl eşşək hoşu Allahdan istər.
Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər.
Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın!
Tənbəl günortayacan neyləyib ki, günortadan sonra neyləsin?!
Tənbəl yatağan olar.
Tənbələ həftənin hər günü cümədir.
Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
Tənbələ iş buyur, o sənə nağıl danışsın.
Tənbəllik azar artırar, işləmək canı saf eylər.
Yazda işləməyənin qışı sərt gələr.

Tənbəl az işlər, çox dişlər.

İşləyən inci taxar, işləməyən yandan baxar.

Tənbəllik Haqqında Atalar Sözləri,tenbellik haqqinda atalar sozleri,tenbelliye aid atalar sozleri,tenbel haqqinda atalar sozleri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 64

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir