Çörək haqqında atalar sözləri, Çörəyə aid atalar sözləri corek haqqinda coreye aid
4.2
(230)

Çörəyi at dəryaya, balıq bilməz, Xalıq bilər.

Atalar sözü

Çörəyin tək yeyən yükün özü çəkər.

Bir tikə çörək on il yadda qalar.

Xəstəyə döşək, aca çörək lazımdır.

Bir çörək özün ye, birin də Allah yolunda ver.

Bahalıqda çörəyini əsirgəyən, ucuzluqda yalqız qalar.

Kor ilə çörək yeyəndə insafı arada gör.

Kor ilə çörək yeyəndə Allahı arada gör.

Kəl qoşub cüt sürməyən çörək qədrini bilməz.

İsti çörək təndirdən, minnəti yox pendirdən.

Adam ac оlanda pendir-çörək də ləzizdir.

Aclıqda darı çörəyi halvadan şirin olar.

Aclıq ilə tоxluğun arası bir parça çörəkdi.

Acın gözü çörək təknəsində olar.

Acın arzusu bir qarın çörəkdir.

Əli xəmirliyə çörək borc verməzlər.

Qazının çörəyini qarışqa da yeməz.

Öz quru çörəyim özgənin plovundan yaxşıdır.

Çörəyin qiymətini ac bilər.

Düşmən səni daşla vurursa, sən onu çörəklə vur.

Səni daşla vuranı sən çörəklə vur.

Aclar üçün hər çörək bir tortdur.

sponsor 3

Acgözlər qızıl xəyal edir, aclar çörək.

Ac adam yuxusunda da bir xurcun çörək görər.

Daimi narahatlıq içindəki zənginlikdənsə, ürək dincliyi ilə əldə edilən çörək daha yaxşıdır.
Oğurluq çörəyin dadı olmaz.

Ac olanlar üçün bərk çörək yoxdur.

Qonağa baxıb çörək kəs, atına baxıb yemini ver.

Dəyirmançıda çörək, ovçuda ət olar.

Çörək ümidi ilə ağlını itirmə.

Ağıllıynan daş daşı, nadanla çörək yemə.

Əmir olmağa qılınc gərək, şeyx olmağa – çörək.

Torpaq çörəyi ilə, insan əməyi ilə.

İşləyənə – çörək, işsizə – yuxu

Çörəyi nabələdlə, dərdi qohumla bölüşərlər.

Sənə daş atana sən çörək at.

Çörək atarsan, çörək atarlar, daş atarsan – daş.

Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə.

Çörəyi itə ver, nanəcibə vermə.

Çörəyin dadı çörək yiyəsinin üzünə görədir.

Axşam çörəyini sabaha saxla, axşamın işini səhərə saxlama.

Duz çörək, düz çörək.

Acın gözü – çörəkdə, toxun gözü – hənəkdə.

Halal çörəyi küçədə də yemək olar.

Hər adamın çörəyi yeyilməz.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 230

İlk səs verən sən ol!

5 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir