Elm rütbəsi rütbələrin ən əlasıdır.
Elm cəhli yox edir, əxlaqsızlığı yox.
Elm – sahibinə dost, mal isə düşməndir.
Elmi ilə alim olmyanın söylədiyi təsirsiz qalar.
Elm adamın eybini örtər.
Elm zəhmət ilə ələ gəlir.
Elm insana böyük mirasdır.
Biləyin on olunca, Biliyin bir olsun.
Elm ağılın çırağıdır.
Alimin Biliyindən, yalançının dilindən yapışarlar.
Biləyi güclü birini yıxar, Biliyi güclü minini.
Elm mərtəbəsi uca olar.
Elm uca olan yerdə, insan da uca olar.
Bədənin qidası yemək, ağlın qidası elmdir.
Axmaq adam elmin ləzzətini anlamaz.
Elm para ilə yox, çalışmaq ilə ələ gələr.
Elm sahibinə böyük zinətdir.
Elmin gücü, yıxar bürcü.
Ağıl köhnəlməyən geyim, bilik tükənməyən mədən kimidir.
Elmli qazıya şahid lazım deyil.
Elmsiz adam meyvəsiz ağac kimidir.
Var-dövlət tükənər, elm tükənməz.
Elm – qüvvətdə yox, qüvvət – elmdədir.
Bənzər yazılar:
Sponsor Linklər
Məşhur Atalar Sözləri
Seçmə Atalar Sözləri
Vətənpərvərlik haqqında atalar sözləri
Açar sözlər: Elm Haqqında Atalar Sözləri, elm haqqinda atalar sozleri ve meseller, elmə aid atalar sözü
Bilik haqqında atalar sözləri