Xurşidbanu Natəvan şeirləri
“Qərənfil” şeiri
Seni kimdir seven bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən əra aşuftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu teləti-ziba, qərənfil!
Üzünden pərdeyi-nazın kenar et!
Unutma aşiqi, haşa qerənfil!
Sponsor Linklər
“Bənövşə” şeiri
Fələk rənginə bənzər bu bənövşə,
Tutub səhraları hərsu, bənöşə!
Neçün gülşənlərin tərkin qılıbsan?
Düşübsən çöllərə dilcu, bənövşə!
Belə qəddin bükülmüş, pirlərtək,
Deyirsən sübhü şam “yahu”, bənövşə!
Səni şövqü bahar aşüftə qılmış,
Çəkər aşiq olan qayğü, bənövşə!
Dilər ətrin könül badi-səbadan,
O zülfi-yartək xoşbu, bənövşə!
“Növhə” şeiri
Dağılaydı çərxin, ey çərx ki, olubdu zar Zeynəb,
Günəhi sənindi, oldu belə biqərar Zeynəb.
Düşübən güzarı bir dəm o şəhi-şəriri tapdı,
O zamanda bixud oldu, gedib ixtiyari-Zeynəb.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bax özün bu dəm həya et ki, nə növ didə giryan,
Baxıb ol Hüseynə gözlər olur əşkbar Zeynəb.
Üzünü Xudayə tutdu, qəmu dərdini unutdu,
Bu Hüseyn, bu Kərbəladu, bu həmin o zar Zeynəb.
Nə edib nə çarə qılsın ki, ona ənis yoxdur,
Gəzib ol şəhidi tapmaz, olacaq nisar Zeynəb.
Nəzər eylə Kərbəlayə, necə verdi tən qəzayə,
Deyər idi kim, nə xoşdur belə eşqi-yari-Zeynəb.
Gəzib axtarırdı hər yan ki, tapa Hüseyni bir dəm,
Azala qəm ilə dərdi, gedə intizari-Zeynəb.
Alıb əllərinə zülfün dedi ümmətə şəfaət,
Bu Hüseyn vəfadə möhkəm, bu da etibari-Zeynəb.
Bilirəm günahkarəm, belə Natəvani-zarəm,
Sənə bağlayıb ümidin bu günahkar, Zeynəb.
“Oldum” şeiri
Əya Nəvvab, valayi-süxəndan,
Yetişdi naməniz dilşad oldum.
Qəmü dərdim firavan idi, amma
Behəmdüllah genun azad oldu.
Sərasər şeiriniz öz ruyi-hikmət,
Qamu məzmunları mehrü məhəbbət,
Möhübbə rəhmətü ədvanə zillət,
Bu şirin ləhcəyə mötad oldum.
Sizə lütfi-xuda olsun müraqib,
Əta qılsun dəxi əla məratib.
Yetə bədxahə gər, əşhabi-saqib,
Xərab olsam da gər, abad oldum.
Qəmi-əyyamidən çox natəvanəm,
Əliləm, naxoşam, afsordə canəm,
Bu tətildən özüm də bədgümanəm.
Məgər kuhi-qəmə Fərhad oldum.
Unutma sən duadan Natəvanı,
Əlilü naxoşu əfsordə canı,
Cənabında səva yoxdur gümanı,
Əgər yaddan çıxam bərbad oldum
“Dübeyt” şeiri
Əli, səni pədəri-müztərimə and verirəm,
Bu çöldə zar qalan madərimə and verirəm.
Dağıldı ləşkəri şahın, pozuldu növrağı,
Nəcəf çölündə yatan Heydərimə and verirəm.
Bəli, bu dəşt ara dilfikarü xəstəcigər,
Cavanları qırılan sərvərimə and verirəm.
Ələm batıbdı, Əli xeymələrdə, vaəsəfa,
Bu ləşkəri pozulan yavərimə and verirəm.
Bax indi öz anana, xak üzrə üz qoymuş,
Bu qanlı qundaq ilə Əsğərimə and verirəm.
Gör indi Fatiməni, həcləsi xərab olmuş,
Büsatə bərhəm olan xahərimə and verirəm.
Gəlibdi dərgəhə, ey şah, Natəvani-fikar,
Şəfaət eylə, ona, Əkbərimə and verirəm.
Xurşidbanu Natəvan qəzəlləri
“Hicran” qəzəli
Hicran ilə kim, daməni-qəm dəstrəsimdir,
Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Gül ayrısı bir bülbuli-bimarü qəminəm,
Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir.
Cismimdəki biman könül haləsi, guya,
Bir qəmzədə məhmildən asılmış cərəsimdir.
Görmək üzünü qayəti-hər fikrü xəyalım,
Öpmək ayağın maeyi-şövqü həvəsimdir.
Xurşidə yetər başım əgər, çakərin olsam,
Bu rütbə ilə aləm əra fəxr bəsimdir.
“Əgərçi xoşdu mənə ətri, həm səfası gülün” qəzəli
Əgerçi xoşdu məne etri, hem səfası gülün,
Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Cəfayi-xan görüb köçdü bağdən bülbül,
Gören kim oldu bir gülşəndə aşinası gülün?
Xezane meyl eledi, almadı vefa nəzəre,
Yetişdi bülbüle çox-çox qemü cefası gülün.
Töker sirişk evezinde gözüm üze al qan,
Olubdu çünkü könül zarü mübtelası gülün.
Yazılsa nöqtebenöqte, deyilse hərfbeherf,
Qurtarmaz heşre qədər halü macerası gülün.
Üzari-aline baxdıqca qan olur diller,
tiaVıij hədden aşır möhnetü belası gülün.
Xeta yoluna düşüb bülbüle cəfa qıldı,
Xetaya saldı özün.aqibət xətası gülün.
Cahanda zene qəder olmaz, ey könül, xendan
Ki, xuni-bülbül eger olmasa ğezası gülün.
Tutardı xuni-cigerden olaydı ger sirab
Güneş tek her terefi, Natevan, ziyası-gülün.
“Etdim” qəzəli
Dilbəra, dərdi-dilimdən belə ünvan etdim
Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.
Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,
Ol səbab məskənimi guhi biyaban etdim.
Eşq sultanı mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taqəti fərman etdim.
Səri-kuyində qoyub başımı bir uf demədim,
Səri sidqilə dilü canımı qurban etdim.
Ya təbib adını tərk eylə, təbabət etmə,
Ya mənim dərdimi tap, gör, niyə tüğyan etdim?
Yoxdu bir kimsə məgər dərdimi bilsin, ya rəb
Ki, mən öz qanım ilə dərdimə dərman etdim!
Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi, gör ki, nə tufan etdim!
Natəvan, etmədi ol səngdilə naləm əsər,
Gecə-gündüz nə qədər naləvü əfğan etdim.
“Sənsiz” qəzəli
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!
Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
Nə umidim vusalə, nə fəraqə tabu taqət həm,
Gozumdə tirəvu tar oldu, billah, bu cahan sənsiz.
Sən əyləş hur ilə, eylə həmişə eyşu işrət kim,
Dəmadəm mən cəkim, dildən edim ahu fəğan sənsiz.
Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun,
Kecər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz.
Bu gün eydi-şərif oldu məgər sən bixəbərsənmi?
Güman etmə ki, işrət icrə əylənsin anan sənsiz.
Guli-ruyindən ayrı neylərəm mən gulsitan seyrin?
Edər bülbül kimi nalə bu zaru Natəvan sənsiz.
“Necin gəlməz” qəzəli
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?
Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəğanımdan, necin gəlməz, necin gəlməz?
Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,
Nə bir yaru nə bir qəmxar, necin gəlməz, necin gəlməz?
Könüldə ahu zarını var, nə səbru nə qərarım var,
Deməz bir dufikarım var, necin gəlməz, necin gəlməz?
O zulfi-nərgisi-məstə konul coxdandı pabəstə,
Məni hicran edib xəstə, necin gəlməz, necin gəlməz?
Səri-kuyin gəzər konlum, guli-ruyin sevər könlüm,
Vüsalın cün dilər könlüm, necin gəlməz, necin gəlməz?
Alıbdir canımı hicran, olubdur gozlərim giryan,
O məhvəş, nazənin canan, necin gəlməz, necin gəlməz?
Mənə hicran məşəqqətdir, fərağin dərdu möhnətdir,
Nigarım xeyli muddətdir, necin gəlməz, necin gəlməz?
Əzizim, goz yaşım qandır, işim fəryadu əfqandır,
O yarım harda mehmandır, necin gəlməz, necin gəlməz?
Yanar canım fərağından, tutar konlum sorağından
Ki, cıxsın yar otağından, necin gəlməz, necin gəlməz?
Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox,
Yanımda gulzarım yox, necin gəlməz, necin gəlməz?
Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, necin gəlməz, necin gəlməz?
Yetibdir ərş uzə dadım, tutub dunyanı fəryadım,
Mənim ol sərvi-azadım necin gəlməz, necin gəlməz?
Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,
Onun yox dərdinə dərman, necin gəlməz, necin gəlməz?
Xurşidbanu Natəvan şeirləri və qəzəlləri
Bənzər mövzular:
Xurşidbanu Natəvan əsərləri (pdf)
Axtarış sözləri: xurşidbanu natəvan əsəri,xurşidbanu natəvan şeirləri,xurşidbanu natəvan qəzəlləri,xurşidbanu natəvan qərənfil,xursidbanu natavan eseri

