Heydər Əliyev şeirlər,Heydər Əliyev aid şeirlər,Heydər Əliyev anım günü,Heydər Əliyev şeir,Heyder Eliyev haqqinda seir,Heyder Eliyev seir
4.2
(1286)

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir-birindən gözəl şeirlər

1️⃣ULU ÖNDƏR ŞEİRİ
Müəllif: Rafiq Yusifoğlu

Vətənin dar günündə
Onun dadına çatdın
Üçrəngli bayrağımı
Zirvələrə ucaltdın

Yurdumuzun üstündən
Qovdun qara kölgəni
Məhv olmaqdan qorudun
Xilas etdin ölkəni

Çiçəklənən ölkəmiz
Gülüstana oxşayır
Özün olmasan belə
Əməllərin yaşayır.


2️⃣ BIR IŞIQ DOĞDU YURDA O VƏTƏNƏ GƏLƏNDƏ ŞEİRİ
Müəllif: Rüstəm Sadiqli

Bir işıq doğdu yurda
O vətənə gələndə
Səs verdi millətinə,
Söz verdi millətinə.
Yaratdı Azərbaycan.
Hüzür dolu bir məkan.
Öpdü ulu bayrağı,
Öpdü Quran kitabın.
Azərbaycan adını
Azərbaycan adına
Yaydı dünyalara
Millətlər sırasında,
Qəvmlər arasında,
Bu adı əks etdirdi
Qayalara daşlara,
Yüklədi yaddaşlara.
Elin qan yaddaşını
Unutmadı heç zaman,
Millətlərə göstərdi
Azərbaycan hünərin,
Koroğlu cəsarətin,
Bir Nizami hikmətin
Düşmənlərə sözü ilə
Böyük zərbələr vurdu
Elm verdi gəncliyə,
Yetirdi kamilliyə.
İndi də yaşayır o,
Minlərcə ürəklərdə
O , ürəklər Səninlə
Döyünür ulu öndər!
Neçə ürək səninlə
Öyünür Ulu öndər!


3️⃣ULU BIR SƏRKƏRDƏ, ULU BIR ÖNDƏR ŞEİRİ
Müəllif: Qabil Ədalət

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.

Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.

Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.

Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.

Zəhmətiylə dirçəltdi yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkədə,ulu bir öndər

Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.

Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.

Özündən sonra bir davamçı qoydu,
Onunda bu yolu heydər yoludu.
Haqqa qovuşsada xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.


4️⃣ BİR DAHİ DOĞULUB GƏLDİ DÜNYAYA ŞEİRİ
Müəllif: Zəlimxan Yaqub

Naxçıvanda doğuldu
23-ün mayında.
Güllü bahar fəslinin
ən işıqlı ayında.
Anası İzzət xanım,
atası Əlirza
Şükürlər oxudular
onlara oğul verən
Tanrıya, İlahiyə,
bu bahara, bu yaza.
Ata-ana ad qoyub
adına Heydər dedi,
Bu həyatın barını
dərdikcə, heydər, dedi.
O boy atıb böyüdü
gündə bir darı boyda,
Ona layla çalanın
xoş arzuları boyda.
Hər anla, hər saatla,
hər fəsillə böyüdü.
Damar-damar bərkidi,
pillə-pillə böyüdü.


5️⃣ HEYDƏR ƏLİYEV HAQQINDA ŞEİR
Müəllif: Elvin Elxanoğlu

Vətəninin ən çətin,ən ağır günlərində,
Xalqının xilaskarı oldu Heydər Əliyev.
Müdrik siyasətiylə,xilas etdi ölkəni,
Güclü bir Azərbaycan,qurdu Heydər Əliyev.

Vətəninə həsr etdi ömrünün hər anını,
Bir şam kimi yandırdı bu yolda öz canını.
O xalqını sevirdi, xalq da xilaskarını,
Xalqının arxasında durdu Heydər Əliyev.

sponsor 3

Ölkədə hər sahədə islahatlar apardı,
Hər addımda,hər işdə xalqa arxalanardı,
Bütün siyasətçilər onu örnək alardı.
Siyasətdə möhürün vurdu Heydər Əliyev.

Vətənin hər qarışı ona doğma diyardı,
İllər idi qəlbində Şuşa həsrəti vardı.
Kaş Ulu Öndərimiz bugün də sağ olardı.
Zəfərin bünövrəsin qoydu Heydər Əliyev.

Onu hər an hörmətlə, rəhmət ilə anırıq,
İlham Əliyevə də onun tək inanırıq,
Ali baş komandanı davamçısı sanırıq,
Gələcəyə işıqlı yoldur Heydər Əliyev.


6️⃣ ULDUZLAR ŞEİRİ
Müəllif: Leyla Əliyeva

Ulduzlara uçan quşa dönəydim,
Ay da yollarıma nur ələyəydi.
Məğrur yerişinlə qoşa dönəydin,
Sənə yer üzündə yer eləyəydim.

Dinlə kədərimin pıçıltısını –
Mən yaxşı bilirəm ayrılıq nədi!..
Küləklər könlümün qışqırtısını
Kaş ki kainata yaya biləydi.

Könüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz qüssəsi var.
Müqəddəs səsinin xatirəsini
Anlada bilərmi çağlayan çaylar?


7️⃣ ONU ZAMAN SEÇIB ŞEİRİ
Müəllif: Fəridə Ləman

Sən ey yaradanım, şükürlər olsun,
Doğdu göylərimdə sönməz bir günəş,
Sevin Azərbaycan, gül Azərbaycan,
Ey vətən bağçası, sən də güllər aç!

Onu zaman seçib nə bəxtiyarıq,
Mətin addımlıdır, qartal baxışlı.
İradəsi bütöv, məqsədi aydın,
Tarixdi silinməz onun yaddaşı.

Mənim Odlar yurdum – Azərbaycanım,
Heydərə söykənib, Heydər də ona.
O, elə müdrikdir, elə ağıllı,
Bu vətən onunla gələcək cana.

Nə xoş müjdə verdin, Allahım bizə,
Yetmişinci illər nə xoş il oldu.
Xalqın taleyidir onun qəlbində,
Onun gəlişiylə ölkəm nur oldu.

Məqsədi, məramı Xalqdır, Vətəndir,
Qurduğu dövlətin təməli dağdır.
Mənim Heydər adlı Azərbaycanım,
Yurdumda əkizdir, həmişə vardır.

O, Vətən daşıdır köksü bir ocaq,
Alışıb yanacaq hey zaman-zaman.
O, Qorqud atadır, el yiyəsidir,
Onun yollarına çökərmi duman?!
Onu zaman seçib.

Güldü, Azərbaycan gülşən, gül oldu,
Sındı köhnəliyin qart tilsimləri.
Heykəllər qoyuldu, məktəblər tikildi,
Bu imiş o mərdin haqq ehsanları.

Bərəkət içində üzdü zəmilər,
Bol oldu çörək də, güldü gül üzlər.
Üzüm sahələri min nazü-nemət,
Bəyaz bulud idi pambıqlı düzlər.

Torpaq qədəminə mübarək dedi,
Xəzər cuşa gəldi, dağlar baş əydi.
O, elə oğuldu, elə qəhrəman,
Yadlar görən kimi bağrı dəlindi.

Yad eldə qalmadı Cavidin qəbri,
Bir qolu Arazdı, bir qolu Kürdü.
O, aqil, vicdanlı əsl vətəndaş,
O, bu vətən üçün incidi, dürdü.

Tanıtdı dünyaya Azərbaycanı,
Bayraqlar içində bayrağım qalxdı.
Bir kəlmə sözünə neçə kürsüdən,
Milyonlar baş əyib, ayağa qalxdı.
Onu zaman seçib!


8️⃣HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ ŞEİR

(Ümummilli liderimizin 90 illiyinə)
Müəllif: Elşad Barat

Bilirəm ki, dünənimiz bu günün keçmişi deyil,
Hər dövürdə bir şəxsiyyət tarixin vərdişi deyil,
Bir ölkəni xilas etmək bir insanın işi deyil,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Gəlişilnə yoxa çıxdı mərmi yağış, balta külək,
Gedişində ağlayırdı yerdə insan, göydə mələk,
Hələ yanan ocaqların istiliyi varsa, demək,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Heydər dedim coşdu qələm, cənnət-məkan oldu sinəm,
Heydər dedim susdu bulud, güldü günəş, doldu sinəm,
Heydər adlı zirvələrə-haqqa gedən yoldu sinəm,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Bu torpağı, bu milləti canından da çox sevirdin,
Ayağını basan yerdə-daş üstündə gül bitirdin,
Özün getdin, öz xalqına özün kimi oğul verdin,
Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Yer topunun sir boxçası rəngsiz, donsuz göylərdədir,
Xeyir-duan üstümüzdə, ruhun sonsuz göylərdədir,
Göydən gəldin, göyə döndün, yerin onsuz göylərdədir,
Allah səni öz nurundan yaratmışdı Heydər baba. 


Açar sözlər:  Ulu onder Heyder Eliyev haqqinda seir,Heydər Əliyev şeirlər,Heydər Əliyev aid şeirlər,Heydər Əliyev anım günü,Heydər Əliyev şeir,Heyder Eliyev haqqinda seir,Heyder Eliyev seir,heydər əliyevin anım günü,Heydər Əliyev haqqında şeirlər,Heydər Əliyev haqqında şeir,heyder baba seiri


Bənzər şeirlər:

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 1286

İlk səs verən sən ol!

83 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir