Ordu haqqında şeirlər

ordu haqqinda seirler,əsgər haqqında şeir,ordu haqqında şeir,orduya aid şeirlər,26 iyun milli ordu günü,26 iyun silahlı qüvvələr günü haqqinda seirler,Ordu haqqında şeirlər orduya aid seirler
3.2
(6)

Şanlı Ordumuz haqqında bir-birindən gözəl şeirlər

“Milli ordumuz” şeiri

Müəllif:Mir Sabir

Ey ana yurdumun mərd cavanları, 
Odlar ölkəsinin qəhrəmanları. 
Eşidin bunları, bilin bunları, 
Silahı bərk tutsa, Milli Ordumuz, 
Heç zaman basılmaz ana yurdumuz! 

Sevirik Vətəni gözümüz kimi, 
Bir olsun işimiz sözümüz kimi. 
Kim bizi qoruyar özümüz kimi? 
Silahı bərk tutsa, Milli Ordumuz, 
Heç zaman basılmaz ana yurdumuz!


“Ey mərd ürəkli ordum” şeiri

Müəllif: Hikmət Ziya

Keşiyində durmusan
Bu elin, bu torpağın,
Günəşdən işıqlıdır
O üç rəngli bayrağın.
Ey mərd ürəkli ordum,
Polad biləkli ordum!

Neçə alovu, odu,
Söndürmüsən hünərlə.
Hər an qoşa çəkilir
Sənin adın zəfərlə.
Ey xoş diləkli ordum,
Polad biləkli ordum!

Yayılır nəğmə kimi
Milyonların “sülh” sözü,
Qoruduqca sən bizim
Fərəhli ömrümüzü!
Ey xoş diləkli ordum,
Polad biləkli ordum!


“Şanlı Ordumuza” şeiri

Müəllif: Mehriban Qənbərova

Öndərdən qalıb miras Azərbaycan ordusu,
Alır düşməndən qisas Azərbaycan ordusu,
Mərddir döyüşdə-darda, yox kimsədən qorxusu,
Vətəni qorumaqdır ən müqəddəs arzusu.

Keçmişin sədasıdır, qalıb qulağında səs:
Vətən heç vaxt bölünməz, ana torpaq müqəddəs.
Tariximiz yaşadır mərdləri nəfəs-nəfəs,
Şanlı ordu çox yaşa, xalqımızdan al həvəs.

Müqəddəsdir şəhidin üstündəki lalə qan.
Günəşdir, sabah-sabah göydə söküləndə dan.
Kafir oğlu, külə dön bir alovlan, bir də yan!
Azərbaycan ordusu, düşmənə getsin qadan!

Ayağın polad kimi əzsin ilan-düşməni,
Yeri-yurdu olmayan əsli yalan düşməni.
İrəvanı da bizdən alıb-çalan düşməni,
Azərbaycan ordusu, dağla qalan düşməni!

Baş komandan əmr etsə, ordu hər an müntəzir,
Əldə bayraq ordumuz qələbəyə tələsir.
İgid, mətin oğullar sütunudur millətin.
Mərd əsgərim, bəllidir düşmənlərə qeyrətin.


Ordu haqqında şeirlər

Ordumuz” şeiri

Müəllif: Ədalət Fətəli

Apreldə yağıya endirib zərbə,
Göstərdi cəsurluq, dözüm, ordumuz!
Düşməni məhv etdi, baş vurub hərbə…
Ən güclü ordudur bizim ordumuz!

Bircə “Qalx” sözüylə ayağa durdu,
Vətən əsgərləri düşməni vurdu!
Haylara dərs verib, qulağın burdu,
Göstərdi silahın, özün, ordumuz!

Bu gün bir əsgərdir hər bir vətəndaş…
Düşmən qorxu çəkir, keçirdir təlaş!
Komanda gözləyir, bitməyib savaş
Hələ tam deməyib sözün ordumuz!

Gözü yollardadır dağların, düzün…
Bu gün meydan hərbin, torpaqlar bizim!
Lələtəpə kimi, qələbəmizin
Bəxş edər Vətənə yüzün, ordumuz.


“Əsgər” şeiri

Müəllif: Leyla Əliyeva

Əsgər… Ədalətə tapınan insan.
Qəlbi Qələbənin eşqiylə yanar.
Əsgər… Ürəyində vətən vəfası,
Köksündə bir sükut çığırtısı var.
Güllə qabağında qırpılmaz gözü,
Günəşin önünü dağ kəsə bilməz!
Əsgər gözəl bilir: sevginin üzü
Həqiqət nurundan heç vədə dönməz.
Qorxusuz gözləri yırtar gecəni,
Alnına qırmızı kölgə salar dan…
Zülmətdən qorxmağı anlamaq olar,
Dərd odur, dərd odur Gündən qorxasan.
Eşidər Allahın pıçıltısını,
İlahi nəfəsdən gərilər sinə.
O, yalan içində batan dünyanın
Yükünü qaldırar çiyinlərinə.
Əsgər… Öz yurduna ilahi bir pay:
Doğulub müqəddəs gündə, saatda.
Zalımın bu nankor, bu kor kölgəsi
Əriyər qəlbinin işığı altda.
Gərər sinəsini şərə, şeytana,
Elin hər daşının həyanı olar.
Taleyi yazılmış açıq alnını
Söykər sərhəd boyu uzanan yola.
Sancılar bayraqtək yüksəkliklərə,
Günəşə qoşulub yanan çıraqdı.
Yeriyər, yer titrər ayağı altda,
And yeri vicdandı, and yeri haqdı.
Onun vətənindən müqəddəsi yox,
Onun dağlarından yoxdu ucası.
Düşür sümüyünə torpağın indi
Mətin addımların melodiyası.
Hər insan Allahın səsidir axı:
Nə qorxar qanından, nə can əsirgər.
Gözünün rəngində torpaq qarası,
Kürəyi vətənin hasarı əsgər.

sponsor 3

Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Ellikcə savaşa hazırıq, Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu ocaq…
Ancaq o atanın isti qucağı
Bir də o uşağa açılmayacaq.
Elimiz qələbə sorağı gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn elər gözündə göz yaşlarını.


“Ordum varsa, yurdum var” şeiri

Müəllif:Zəlimxan Yaqub

Mənə ordu gərəkdir, xəstəyə dərman kimi,
Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Düşmənin yuvasını əlimlə pozmalıyam.
Səngəri dırnağımla, dişimlə qazmalıyam.
Tarixi qələmlə yox, qanımla yazmalıyam,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Gözlər od, əllər silah, canlar sipər olmalı,
Kirpiyimiz sıxılmış yurda çəpər olmalı,
Damarda qan coşmalı, canda təpər olmalı,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Bizə od vuranları yandırıb-yaxan gərək,
Torpağı gözümüz tək qoruyub baxan gərək,
Qəzəb dolu tüfəngəm, çaxmağı çaxan gərək,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Torpağa sahib olub yer üstə yerləşməsək,
Bir canda, bir ürəkdə, bir ruhda birləşməsək,
Millətin taleyini dürüst fikirləşməsək,
Özgələrdən bizlərə dırnaq qədər yardım yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz,
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Nə Tanrıdan əl üzüb,nə haqdan küsmək gərək,
Qan içən yağılarla hüsabı kəsmək gərək,
Vətənin hər daşının üstündə əsmək gərək,
Bu gün desəm gec olar,bu an tələsmək gərək,
Bu gün mənim həyatda bundan böyük dərdim yox,
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!


Bənzər mövzular:

Axtarış sözləri: ordu haqqinda seirler,əsgər haqqında şeir,ordu haqqında şeir,orduya aid şeirlər,26 iyun milli ordu günü,26 iyun silahlı qüvvələr günü haqqinda seirler,Ordu haqqında şeirlər orduya aid seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.2 / 5. Səs sayı: 6

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir