nagillar usaq ucun,nagillar ve hekayeler,maraqlı nağıllar,usaqlar ucun maraqli nagillar,uşaq nağılları yazili,usaq nagillari,uşaqlar üçün kiçik hekayələr
3.8
(18)

1️⃣ SİÇAN VƏ ŞİR
Günlərin bir günü düzənlikdə qoca bir şir yatmışdı. Bir siçan onun üstünə çıxıb o yan-bu yana qaçmağa başladı.
Şir oyanıb siçanı tutdu. Siçan yalvarmağa başladı. O, şirə dedi:
– Əgər məni buraxsan, sənə yaxşılığım dəyər.
Şir siçanın bu sözlərinə güldü, ancaq ona dəymədi.
Bir gün şir tələyə düşdü. O nə qədər çalışsa da, torun möhkəm iplərini qıra bilmədi.
Acıqlanmış şir var gücü ilə nərildəyirdi.
Şirin nəriltisini eşidən siçan özünü ona yetirdi. Torun kəndirlərini gəmirməyə başladı.
Nəhayət, şir canını tordan qurtardı. O, siçana dedi:
– O vaxt mən sənin sözlərinə güldüm. Ancaq, sən demə, siçanın da şirə yaxşılığı dəyərmiş.


2️⃣ ÜÇ ANA, ÜÇ OĞUL

Bir kənddə üç qadın yaşayırdı. Hərəsinin bir oğlu vardı. Qadınlar öz oğullarını çox sevir, onlarla fəxr edirdilər.

Bir gün analar kəndin yaxınlığındakı bulaqdan evlərinə su aparırdılar. Vedrələr ağır olduğundan onlar tez-tez dayanıb dincəlirdilər. Hər dəfə ayaq saxlayanda söhbətləşir, öz oğullarından danışırdılar.

Birinci qadın alnının tərini silib dedi:

– Mənim oğlum çox güclüdür. Kənddə yaşıdlarından heç kim onun qabağında duruş gətirə bilmir…

– Mənim oğlumun elə səsi var ki, oxuyanda bülbüllər də susub ona qulaq asır.

Üçüncü qadın sakitcə dayanmışdı. Onun susduğunu görən birinci qadın soruşdu:

– Ay bacı, sən niyə danışmırsan? Bəs sənin oğlun hansı bacarığın yiyəsidir?

– Nə deyim, vallah? Mənim oğlumun nə sən deyən gücü var, nə də səsi.

Qadınlar yola davam etdilər. Bir azdan onlar kəndə çatıb küçədə oğullarını gördülər. Birinci qadının oğlu ağır daşları başı üzərinə qaldırıb yerə atırdı. Bir az kənarda ikinci qadının oğlu zil səslə bir mahnı oxuyurdu. Üçüncü qadının oğlu da küçədə idi. O, anasını görcək yaşıdlarından ayrıldı, qaça-qaça gəlib vedrələri ondan aldı.

Yolda, daşın üstündə bir ağsaqqal kişi oturmuşdu. Birinci qadın üzünü ona tutub dedi:

– Ağsaqqal, sən bizim oğullarımızı tanıyırsan. Onlar haqqında nə deyə bilərsən?

– Hansı oğullardan danışırsınız? Mən burada yalnız bir oğul görürəm, – deyə ağsaqqal üçüncü qadının oğlunu göstərdi.
Müəllif: Valentina Oseyeva



3️⃣ AYI VƏ DOSTLARI

Heyvanlar səhər idmanı edirdilər. Təkcə Ayı yuxudan durmaq istəmirdi. Bir gün belə, iki gün belə…

Dostları onu danlayırdılar:

  • Belə olmaz! Günü-gündən tənbəlləşirsən.

Bir gün meşədə yanğın baş verdi. Heyvanlar qaçmağa başladılar. Ayı da yaman qorxmuşdu. Amma sürətlə qaça bilmirdi. Dostları onu çayın kənarına gətirdilər.

Meşə kralı Şir dedi:

  • Bu sənə dərs olsun! İdmanla məşğul olsaydın, cəld, çevik olardın. Özünü də, dostlarını da təhlükəyə atmazdın.

4️⃣ ÇIÇӘK ӘTRİ
Bаlаcа Lеyli bütün günü çәmәndәn еvә qаyıtmаq istәmirdi.
Bаğlаr çәmәnlәrdәn dә gözәl idi. Yаz yеli әsdikcә, güllәrin аçılmаmış düymәlәri аçılırdı.
Аğаclаr tәrpәndikcә, аğ çiçәk lәçәklәri yеrә tökülürdü.
Yеrә sаnki әlvаn хаlı sаlınmışdı. Lеyli bu әlvаn çiçәk lәçәklәrin, üstә оturmаğı çох хоşlаyırdı.
Bаl аrılаrı tüklü аyаqlаrını çiçәk tоzlаrınа bulаyıb uçur, uçur, еlә һеy vızıldаşırdılаr.
Quşlаr cәһ-cәһ vurub sәһәr günәşini sаlаmlаyırdılаr. Kәpәnәklәr güldәn- gülә qоnurdulаr.
Bаһаr gәldiyi üçün şаdlıq еdirdilәr. Bаğаrаsı kiçik аrхlаr şırһаşır ахırdı.
Lеylinin аnаsı аğаclаrın dibini bоşаldıb оnlаrа su vеrirdi.
Аnа ахşаmа qәdәr bаğdа işlәdi. Аğаclаr ахşаmа kimi Lеylinin bаşınа çiçәk tökdü.
Quşlаr оnа gözәl nәğmәlәr охudulаr. Kәpәnәklәr lаp оnun yаnındаn uçdulаr.
Lеyli özü dә kәpәnәklәr kimi güllәrin аrаsındа qаçdı. Quşlаr kimi nәğmә охudu.
Аğ üzünü, qаrа sаçlаrını, yumru burnunu, аrılаr kimi, zоğаl çiçәklәrinin sаrı tоzunа bulаdı.
Ахşаmа yахın gеt-gеdә bаğın işığı аzаldı, quşlаrın nәğmәlәri susdu.
Kәpәnәklәr çiçәklәrin аrаsındа gözdәn itdilәr.
Lеyli аnаsı ilә еvә qаyıtdı. Nәnәsi оnu qаrşılаdı. Qоllаrını аçdı.
Lеyli nәnәsinin qucаğınа аtıldı.
Nәnә оnu öpüb qохulаdı, birdәn:
—Bәһ-bәһ, sәn lаp çiçәk әtrisәn ki,— dеdi.
Bundаn sоnrа Lеylini еvdә, „Çiçәk әtri“ çаğırdılаr.


5️⃣ GÖYƏRÇİN VƏ QARIŞQA
Biri varmış, biri yoxmuş. Meşə Göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir Qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan xeyli uzağa düşdü. Çayın axarı Qarışqanı xeyli uzağa apardı. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa Göyərçinə dedi:
-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin Qarışqanın sözünə güldü.
-Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?
Göyərçin uçub getdi. Həmin vaxtdan xeyli keçdi. Göyərçin ağacın başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş. İstəyirmiş ki, Göyərçini yatdığı yerdən götürmək istədi. Ayaq barmağının ucunda ağaca yaxınlaşdı. Tətiyi çəkmək istəyəndə Qarışqa ovçunun boynundan bərk dişlədi. Ovçu tətiyi çəksə də, Göyərçini vura bilmədi. Tüfəngin səsinə Göyərçin oyandı. Qarışqanı gördü, dedi:
-Çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər.

sponsor 3

Müəllif: Ülkər Rəhimqızı



6️⃣ CUMBULU NAĞILI
Sizə kimdən danışım, Cumbuludan. Bоyu yaşıdlarınıngından iki dəfə balaca оlduğundan оna Cumbulu deyərdilər. Anası хörək bişirərdi:

— Cumbulu, gəl хörək ye.

— Yох, əvvəl bir nağıl danış, sоnra yeyərəm. Cumbulu nağılı hər şeydən çох sevərdi. Anası оnu əzizləyərdi:

— Mənim, cırtdan balam… Cumbulu etiraz edərdi:

— Yох, anacan, cırtdan-zad deyiləm. Cumbuluyam.

Anası nağıl danışanda Cumbulu gözlərini yumardı.

— Nə оldu, yохsa yatmaq istəyirsən?! — anası sоruşanda gözlərini açıb deyərdi:

— Yох, ana, nağıldakıları görmək üçün gözlərimi yumuram, sən danış.

Unutdum, оnu da deyim ki, Cumbulu dоğrudan da nağıldakıları görə bilirdi. Hətta bir dəfə əlini uzadıb divin burnuna da tохundura bilib. Eh, divin heç bundan хəbəri də оlmayıb.

Cumbulu ilə anası хоşbəхt yaşayırdılar, hər aхşam anası Cumbulunu nağıllara qоnaq edərdi. Cumbulu isə bu əhvalatları lap rəngli televizоrda оlan kimi görürdü. Bir gün iş elə gətirdi ki, Çumbulu nağıllar dünyasına düşdü. Qоy həmin əhvalatı başdan danışım.
Müəllif: Zahid Xəlil.


7️⃣ GÜNƏŞİN NAĞILI
Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar.
Dedilər:
— Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı.
Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər.
Dedilər:
— O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.
Tovuzquşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu:
— Kimsən, nə istəyirsən?
— Mən Tovuzquşuyam. Səni oyatmağa gəlmişəm. Tez çıx işlər çətinə düşüb.
— Kimin işidir, çətinə düşən?
— Lap elə mənim. Qaranlıqda Qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür.
Günəş hirsləndi.
— Deməli mən sənin quyruğuna lazımam. Rədd ol, burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm.
Tovuzquşu əliboş qayıtdı. Sonra Günəşin yanına Bülbülü göndərdilər. Hamı düşünürdü, onun qəşəng səsi var. Günəşi birtəhər razı salar.
Doğrudan da Günəş Bülbülün nəğməsini eşidəndə həyəcanlandı, köks oturdu, yuxulu-yuxulu dedi:
— Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa, söylə, səninçün hər şeyə hazıram.
— Xahiş edirəm, dünyanı işıqlandırın. Qoy gecə qurtarsın.
Günəş maraqla soruşdu:
— Məgər sən gecələr mahnı oxuya bilmirsən?
— Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gün də səhər açılmasa, səsim tutulacaq.
Günəş onun sözündən pərt oldu. Deməli mən yalnız ondan ötəri yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs, öz istirahətim necə olsun? Rədd ol, burdan. Bülbül də kor-peşiman geri qayıtdı.
Bu dəfə Günəşin yanına Tutuquşunu göndərdilər. O, dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı:
— Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm.
Günəş cavab vermədi. Qorxdu ki, Tutuquşu onun özünü də yamsılayar.
Tutuquşu da yerə əliboş qayıtdı. Elə bu vaxt Xoruz xahiş etdi ki, Günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmırdı. Deyirdilər ki, Xoruz gözəl deyil, sədi kobuddur. Amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səksənib ayıldı. Az qala yıxılacağdı. Yorğanı üstündən düşdü, bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdur qışqırdı: — Bu kimdir? Menim evimdə nə gəzirsən?
— Quqqulu qu, quqqulu qu, oyan, ay tənbəl, öz vəzifəni bilmirsən?
Günəş gərnəşdi.
— Nə vəzifə?
— Axı sənin vəzifən işıq saçmaq, yeri qızdırmaqdır. Sənsiz yer üzündü həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər.
Günəşin gözləri doldu.
— Mən onsuz da ömrüm boyu əbəs işləmişəm, heç kəs qədrimi bilmir. Mənə qiymət vermir. Tovuzquşu ancaq quyruğunu xidmət edir, Bülbül öz nəğmələrinə qulaq asır, Tutuquşu da ağılsızın biridir.
Xoruz onunla razılaşmadı. Dedi:
— Ey, tənbəl Günəş, sən adamları unutmusan. Axı onlar sənsiz yaşaya bilməz
Günəş təəccübləndi.
— Adamlar nəyimə gərəkdir? Guya onlar olmasa, işığım, hərarətim azalacaq.
— Bəs necə? Adamlar olmasa, rəngin solar. Səhər çağı sənin şuaların şehli otların, sünbüllərin, çəmənlərin üzərinə düşüb bərk vurur, çoxalır. Bəs, torpağı əkib becərən, yaşıllaşdıran kimdir?
Günəş dedi:
— Əlbəttə adamlar.
— De görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? — Adamlar qazıb. Bundan nə olsun ki?
— Sən məşhur bir məsəli unutmusan. Qulaq as, gör orda nə deyilir? Ayın əksi göllərə düşür, Ulduzlar sayrışır, hər quyuda Günəşin şəkli görünür. Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi:
— Qadınlar bulaq başında toplaşanda sən onların kuzəsində (bardağ) əks edirsən. Yaxşı deyiblər, göydə bir Günəş var, yaxşı ev sahibinin isə kuzəsi bir Günəşdir.
Günəş onunla razılaşdi.
— Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir.
— Onda rəngin solacaq, sönüb gedəcəksən. Lap kotan kimi. Yadındadır kəndlinin kotanı da işsiz qaldıqından tamam pas atmışdı.
— Elədir, elədir, sən haqlısan.
— İndi gördün, adamlar olmasa, dünyaya zülmət çökər. Sən isə insan əli ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən. Günəş fikrə getdi:
— Ay xoruzz, nəğmələrin çox şirindir, ancaq başa düş ki, mən özümçün yaşamaq, dincəlmək istəyirəm.
— E, e, e, tənbəl Günəş, yalnız özü üçün yaşayan hər kəs, başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər, yaxşı da dincəlir.
Günəş yataqdan qalxdı, var-qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri Xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O, əvvəlcə üzünü Günəşə tutub deyir:
— Quqqulu qu, quqqulu qu, oyan, işə başlamaq vaxtıdır. Sonra o, torpağa müraciət edir. Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver. Xoruz üçüncü mahnısını adamlar üçüm oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir, oyanın.


8️⃣ UZUN ADAMIN HEKAYƏSİ
Aylar keçir, il dolanır, yeni nağıllar yaranır. Bu nağılların içindən ən gözəlin seçmişəm, sizə nağıl biçmişəm.
Yer planetində bir adam yaşayarmış. Bu adam planetin bütün adamlarından uzunimiş. Hər kəs onu “Uzun adam”deyə çağırardı.Uzun adam çox qaraqabaq, kobud, qaradinməz idi. Hətta o öz bircə oğluna belə sevgisini göstərə bilmirdi. Hər kəs, həmçinin oğlu da ondan qorxurdu. Amma heç kim duymasada o qəlbən çox saf insan idi.
Həyat öz axarında gedirdi. Günlər növbə ilə bir-birini yola salırdı. Belə günlərin birində “Uzun adamın”oğlunun ad günü idi. O, oğluna öz sevgisini hiss etdirmək üçün ona dünyanın ən gözəl hədiyyəsini bağışlamaq istəyirdi.
Gecə düşmüşdü. Səmaya saysız-hesabsız ulduzlar düzülmüşdü. Səma aşsüzənə bənzəyirdi ”Uzun adam” dağın zirvəsində oturub, oğluna nə hədiyyə edəcəyi barədə düşünürdü. Birdən ağlın nə isə gəldi, cəld ayağa qalxdı. Cibindən bir torba çıxarıb, göydəki ulduzları yığmağa başladı. Hər tərəf zülmətə qərq oldu.”Uzun adam” evə tərəf yollandı. Yamanca sevinirdi. Yolda gedərkən qaranlıqda yolunu azan adama rast gəldi. Bataqlığa, quyuya düşən adamların təlaş dolu səslərini eşitdi. Onlar qışqırırdılar ki, ətrafdakılar səslərini eşidib köməyə gəlsinlər. Sonra başını göyə qaldırıb, gördü ki, ”Ay” tək qaldığı üçün göz yaşı tökür.
Uzun adam kədərləndi, məyus halda evə qayıtdı. Elə bil ki, Uzun adamın ürəyi yumşalmışdı. O, oğlunu yanına çağırıb, öpüb qucaqladı. Hədiyyə gətirə bilmədiyi üçün ondan üzr istədi. Oğlu isə sevinir, atılıb-düşürdü. Balaca gözlərindən sevinc yağırdı.
Uzun adam təəccüblə soruşdu: Sən nə üçün sevinirsən?Axı, mən sənə hədiyyə gətirməmişəm?!
Uşaq dedi: Sən məni ilk dəfədir ki, öpüb bağrına basdın. Mən bu günü çox gözləmişəm, ata can. Bu mənim üçün dünyanın ən böyük hədiyyəsidir. Uşaq bu sözləri deyib, toppuş qolları ilə atasını yenidən qucaqladı. Oğlunun sözləri Uzun adamı yamanca kövrəltmişdi. Birinci dəfə idi ki, onun gözlərini yaş yuyurdu.

Müəllif: Əfsanə Laçın


9️⃣ DAŞ VƏ BULAQ
Yaşıl çəmənlikdə, böyük palıd ağacının altında uzun illər axan sərin bir bulaq var idi. İnsanlar bulaqdan su içib, palıd ağacının altında istirahət edərdilər.

Bir gün balaca bir oğlan palıd ağacının yanına gəldi. O, dəcəllik etməyi çox sevirdi. Oğlan düşündü:

“Maraqlıdır, daşı götürüb bulağa atsam nə baş verəcək? Çox güman ki, möhkəm səs çıxacaq!”

Oğlan düşündüyünü etdi, daşı götürüb bulağa atdı. Su şiddətlə şaqqıldadı. Uşaq bunu görüb güldü, sonra isə öz hərəkətinin səhv olduğunu bilmədən oradan uzaqlaşdı.

Sən demə, daş dibə düşərək bulağa su verən dəliyin üstünü bərk örtmüşdü. Artıq bulağa su gəlmirdi. Bulaq qurumağa başladı.

Bulağın yaxınlığındakı palıd və ot örtüyü qurudu, çünki yeraltı çaylar artıq başqa bir yerə axırdı.

Bülbül palıd üzərində yuva qurmağı dayandırdı. Başqa bir çəmənliyə uçdu. Çəmənlikdə bülbülün nəğməsi susdu.

İllər keçdi. Oğlan baba oldu. Bir gün o, nə vaxtsa yaşıl bir çəmən olduğu yerə gəldi, lakin indi burada nə çəmən, nə palıd, nə də bulaq var idi. Yalnız isti qum, quru külək əsirdi.

“Burada nə baş verib? Hamısı hara getdi?” – deyərək baba öz-özünə düşündü.

Axtarış sözləri: nagillar usaq ucun,nagillar ve hekayeler,maraqlı nağıllar,usaqlar ucun maraqli nagillar,uşaq nağılları yazili,usaq nagillari,uşaqlar üçün kiçik hekayələr

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.8 / 5. Səs sayı: 18

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir