[quads id=7]

Allah hər kəsin arzularını necə gerçəkləşdirə bilir? | Maraqlı Hekayə

Allah nece her kesi arzular hekaye usaq dervis
3.6
(8)

Hər şeyə maraq göstərən bir oğlan yaşlı bir Dərvişın yanına gəlib belə dedi:

– Mən məsciddə dua edən insanlara qulaq asırdım. Doğrudan da, Allahın işi çox çətin olmalıdır, – deyə o dedi.

Din xadimi şirin təbəssümlə oğlana baxıb, niyə belə düşündüyünü soruşdu.

Uşaq dedi:

– Odunçu soyuq hava üçün dua edirdi

Dərviş:

– Əlbəttə dedi. Bizim sobalar üçün odun sataraq çörək qazanır. Nə qədər soyuq olarsa, bir o qədər çox odun satır.

Uşaq belə dedi:

Ancaq bağban isti hava üçün dua edirdi.

Dərviş dedi:

Bağban qışda sata bilmək üçün payız meyvələrini tədarük edər. Hava çox soyuq olsa, meyvələr donar

Uşaq dedi:

Bağban yağışlı, kərpic ustası quru hava üçün dua etdi. Bu insanların hamısı Allahı sevən insanlardır. Axı Allah onların hamısının istəklərini necə gerçəkləşdirir?

Dərviş uşaqdan soruşdu:

İndi hava necədir?

Quru və isti dedi oğlan.

Keçən həftə necə keçdi?

– Bazar ertəsi və çərşənbə axşamı yağış yağdı. Cümə axşamı soyuq idi.

Bundan sonra din xadimi şirin bir təbəssümlə uşağa baxıb dedi:

– İndi başa düşürsən, balam, Allah hamımızı bir anda necə razı salır?

sponsor 3

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.6 / 5. Səs sayı: 8

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir