Bir vaxtlar otlaqda bir öküz sürüsü yaşayırdı. Ancaq, ətrafdakı şirlər onları rahat yaşamağa qoymazdı. Onlar həmən-həmən, hər gün bu sürüyə hücum edirdi. Öküz bildiyiniz kimi, elə zəif sayılacaq heyvan da deyil! Sürü halında oldumu şirlərə belə meydan oxumağı bilirdilər. Bir-iki yara alsalar da, yenə də aslanların zülmünə boyun əyməzdilər.
Şirlər öküzlərin bu birliyini və gücünü görüb narahat olmağa başlamışdı. Onlar məcburiyyətdən ancaq dovşan və siçan kimi kiçik heyvanlarla bəslənirdilər. Bu səbəbdən tədricən zəifləyilər. Axı, bu aslandır! Meşələr kralı heç siçan və dovşanlarla doyarmı? “Bu otlaqdan çıxmaqdan çıxmalı olacağıq” dedi şirlərdən biri. “Bəli” deyə başqaları təsdiqlədi. “Bir dəqiqə gözlə!” arxadan ölü bir səs eşitdilər. Hamı dönüb səs gələn tərəfə baxdı. Səslənən sürünün ən zəif, lakin hiyləgər üzvü, Axsaq Aslan idi. O, dedi: “Yox!, Biz heç yerə getmirik. Sən bunu mənə burax, mən bu işi həll edəcəm”. Ona heç kim inanmamış ancaq, çarəsizlikdən Axsaq aslana bir şans vermişlər. Beləcə, O özü ilə bir-iki şir götürüb ağ bayraqla öküzlərin yanına getdi.
Beş iri öküz, xüsusən də öküzlərin başçısı olan Boz Öküz onlara yaxınlaşdı. Nə istədiklərini soruşdular. Topal Aslan danışmağa başladı. O bir tərəfdən, Boz Öküzün iti və nəhəng buynuzlarına baxaraq titrəyirdi. “Hörmətli öküz ağaları!” deyə başladı. “Bu gün sizdən üzr istəməyə gəldik. Bilirəm ki, biz sizləri dəfələrlə incitmişik. Kim bilir neçənizdə o pəncə yarası var. Amma inanın ki, biz bunların heç birini qəsdən etməmişik. Bilin ki, biz aslanlar dinc bir sürüyük. Xüsusən də öküzlərlə işimiz ola bilməz. Bununla belə, bəli, biz sizə dəfələrlə hücum çəkmişik, amma bilirsiniz niyə? Hamısı aranızdakı Sarı Öküzə görə. Onun rəngi sənin kimi deyil. Gözümüzü qamaşdırır, ağlımızı ovsunlayır. Biz bunu görəndə nə qədər sülhsevər olduğumuzu unuduruq və sizə hücum edir, sürünüzə zərər veririk. Əks halda bizim sizinlə işimiz yoxdur. Hamınız ona görə əziyyət çəkirsiniz. O öküzə görə, otlaqda rahat və dinc bir həyat sürə bilmirsiniz.. Ola bilsin ki, hətta gecələr də səsi sizi oyaq saxlayır. Bütün bunlar Sarı Öküzün günahıdır. Rahat yaşamaq istəyirizsizə onu bizə verin.
Sarı Öküz | Dərs verən ibrətamiz nağıl
Boz Öküz digər sürü böyükləri ilə məsləhətləşmək üçün geri çəkildi. Onların hamısı bu təklifi müsbət qarşıladı. Yalnız qoca Xallı Öküz “olmaz” desə də, səsinə heç kimi önəm vermədi. Yazıq Sarı Öküz öz sürüsü tərəfindən şirlərə qurban verildi . Ac şirlərin hamısı günahsız öküzə hücum etdi. Bir neçəsi ilə mübarizədə üstün olsa da sonda taqətdən düşərək aslanlara yenildi.Yazıq nə qədər ah-nalə edib , kömək istədi, yalvardı; amma heç kim ona kömək etmədi. Digər öküzlər bu durumdan çox pis olmuşdu.Ancaq bütün sürünün təhlükəsizliyi və gələcəyi üçün onun qurban verərək ən doğrusunu etdikərini zənn edirdilər.
Bu hadisədən sonra, ilk günlər sürüyə heç bir şir hücum etmədi. Günlər sakit və firavan keçirdi . Lakin öküz sürüsü başına gələcəklərdən xəbərsiz idi. Bəs bu şir sürüsü bir öküzlə doyardımı heç? Xüsusən də öküz ətinin dadına baxdıqdan sonra.
Sponsor Linklər
Bir neçə həftə keçməmiş Topal Aslana dedilər: “Acdıq”. O, bir neçəsini də özü ilə aparıb, yenə Boz Öküzün yanına getdi. “Salam” deyib sözə başladı. “Görürsən! Biz şirlər nə qədər sözünə sadiq sürüyük. Düzgün qərarınıza görə sizi bir daha təbrik etmək istərdim. Siz də rahatsınız, biz də. Nə xoşbəxt! Mən bura sadəcə bunu demək üçün gəlməmişəm. Bizim böyük problemimiz var”.
“Niyə?” Boz Öküz maraqla dedi. “Bu sizin Uzun quyruqlu ki var” dedi Topal Aslan. “O qədər uzun quyruğu var ki, hara baxsaq onu görə bilərik. O, quyruğunu yellədikcə ağlımızı itiririk, gözümüz fırlanır; Sürüyə hücum etməməyə çalışırıq. Halbuki siz eləsinizmi? Ondan başqa hər birinizdə normal quyruq var. Onun günahı üzündən qorxuram ki, hamınız zərər görəsiniz. Gəlin onu bizə verin, bu məsələni burda da bağlayaq. Qoy hər iki tərəf əvvəlki kimi sülh və sevgi içində həyatına davam etsin”.
Boz Öküz sürünün böyükləri ilə yenidən məsləhətləşdi. Yenə yalnız Xallı Öküz etiraz etdi. Hamısı dedi ki, “gəl onu verək”. Bu dəfəki məsləhətləşmə daha qısa oldu. Uzun quyruğu sürüdən çıxardılar. Yazığın mübarizəsi saatlarla çəkdi, amma sonda o da şirlərə təslim oldu. Bu durum bir neçə dəfə yenə təkrarlandı. Aslanlar günü-gündən kökəlməkdə idi. Onlar əvvəlkindən qat-qat güclü idilər. Öküzlər isə gün keçdikcə zəifləyir, arıqlayırdılar. Şirlər gün keçdikcə daha qəddar və acgöz olurdu.. Artıq səbəb göstərməyə belə ehtiyac duymurdular. Sadəcə deyirdilər ki, o öküzü ver, yoxsa sürünüzün axırı yaxşı olmayacaq. Yazıq öküzlərin yox deməyə gücü qalmamışdı. Hamısı bir-bir şirlərin caynaqlarında yem olurdular. Sonda onlardan sadəcə Boz Öküz də olmaqla sadəcə bir neçəsi qaldı.
“Bizə nə olub? Biz ki çox güclü idik! Aslanlara qarşı bu savaşda nə vaxt uduzduq? – kimsə Boz Öküzdən soruşdu. Boz Öküz gözü yaşlı və təəssüflü bir şəkildəcə dedi;
“Sarı Öküzü verdiyimiz gün bu mübarizəni itirdik…”
Bənzər mövzular:
- Allah hər kəsin arzularını necə gerçəkləşdirə bilir? | Maraqlı Hekayə
- Çiçək və Su – bir Sevgi Hekayəsi
Axtarış sözləri: marağlı nağıl,öyrədici nağıllar,usaqlar ucun nagil,maraqlı nağıl,menali nagillar,ibretamiz nagillar,maraqli nagil oxu,maraqli nagillar,ibrətamiz nağıl,maraqli hekaye,ibrətamiz hekayə