Əziz Atalar
Böyük bir çinardır Atalar – öz kölgəsində doğmalarını qoruyan, onlara sahib çıxan, ailəsi üçün yaşayan müqəddəs varlıqlardır onlar.
Atalar dayaqdır,dağdır, arxadır sevdiklərinə. Onların sevgisi, fədakarlıqları, və zəhməti dünyalara sığmaz.
Türk atalarımız yaxşı deyib:
Ana – gəzindiyin bağdır,
Ata – yaslandığın dağdır.
Atalıq etmək çətin və bir o qədər də şərəfli, müqəddəs bir məsuliyyətdir. Hər kəs Ata ola bilər, ancaq hər kəs Atalıq etməyi yaxşı bilməz. Bu şeir misraları hər şey çox gözəl izah edir:
Onlar öz güclərini sevdiklərindən alarlar. Sərt və güclü görkəmlərində hər zaman sevgi dolu mərhəmət və nəzakət gizlidir.
Sponsor Linklər
Bircə istəyim sizlərdən:
Ataların qədrini yaşayarkən bilək.
Atalar Günü nə vaxtdır? 2023
2023-cü ildə Atalar Günü 18 iyuna düşür.
Onu bildirək ki, Türkiyə da daxil olmaqla bir çox dünya ölkələri Atalar gününü məhz İyunun 3-cü bazar günündə – 18 iyunda qeyd edir.
Atalar Günün Tarixi
Atalar Günü bir çox ölkədə hər il iyun ayının üçüncü bazar günü ataların şərəfinə qeyd olunan xüsusi bir gündür.
Amerika vətəndaş müharibəsi zaman; veteranının qızı Sonora Smart Dodd düşünürdü ki, Atalar üçün də özəl bir gün olmalı və qeyd edilməlidir Doddun atası altı uşağı analarının yoxluğunu hiss etdirmədən böyütmüşdü . O, atasının ad günü olan 5 İyunu Atalar Günü elan etmək üçün işə başladı, lakin bütün cəhdlər o tarixə çata bilmədi və Atalar gününün tarixi iyunun üçüncü bazar gününə keçirildi.[2]
Atalar Günü ilk dəfə 19 iyun 1910-cu ildə Vaşinqtonun Spokane şəhərində qeyd olundu. ] 1924-cü ildə ABŞ prezidenti Kalvin Kulic
qeyd etmələri dəstəklədi; lakin o rəsmi olaraq Atalar Günü təsdiq olunmamışdı..[3] 1966-cı ildə o dövrün prezidenti Lindon Conson bəyanat yayaraq hər il iyun ayının üçüncü bazar gününün Atalar Günü kimi qeyd olunacağını rəsmi olaraq bəyan etdi. 1972-ci ildə Atalar Günü ABŞ-da prezident Riçard Niksonun imzası ilə qanuni olaraq dövlət bayramı elan edildi.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Beləcə Atalar Günü bütün dünyada ataların uşaqlarının həyatına bəxş etdikləri töhfəni anmaq və təqdir etmək üçün qeyd olunur. Bu bayram, dünyada müxtəlif tarixlərdə qeyd olunsa da, bir çox ölkələr Atalar gününü iyunun üçüncü bazar günü qeyd edirlər. Avstraliya və Yeni Zelandiyada Atalar Günü sentyabrın ilk bazar günüdür. Taylandda isə bu, dekabrın 5-də, ölkə kralının doğum günündə qeyd olunur. Braziliyalı atalar avqustun ikinci bazar günündə Atalar Gününü qeyd edirlər.
Bənzər yazılar:
Axtarış sözləri: Atalar Günü və tarixi | Atalar haqqında ,babalar günü ne zaman,atalar gunu ne vaxtdir,atalar günü ne vaxtdir 2023,atalar günü 2023