Ataya Aid Atalar Sözləri

Ata olmayan – ata, ana olmayan – ana qədrini bilməz.
Atalar sözü

Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır. – Atalar sözü

Pula ata, ana, ailə ala bilməzsən. – Atalar sözü

Oğul atadan görər, süfrə açar. – Atalar sözü

Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər. – Atalar sözü

Atanın qədri ata olandan sonra bilinər. – Atalar sözü

Dünyada hər şeyi qazanmaq olar – ata ilə anadan başqa. – Atalar sözü

Ata balıqçıdırsa, uşağı ən azı dənizi sevəcək. – Atalar sözü

Malın yiyəsi gərək, oğlu yox, atası gərək. – Atalar sözü

Ata olmaq asandır, atalıq öyrənmək çətin. – Atalar sözü

Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar. – Atalar sözü

Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz. – Atalar sözü

Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir.
Atalar sözü

Ata-ananın şöhrətinin şöləsi uşaqların da üstünə düşür. – Atalar sözü

Ata-ana sağdır – hörmət elə, ölüb – xatırla.– Atalar sözü

İgid oğul cavan eylər atanı. – Atalar sözü

Anaya baxıb qızı, ataya baxıb oğulu tanıyarlar. – Atalar sözü

Ata evində anan yoxsa, getmə. – Atalar sözü

Ata-ana qızı toya qədər qoruyur, ər – axıra qədər. – Atalar sözü

Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər. – Atalar sözü

Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq.
Atalar sözü

Atalar Günü və tarixi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *