[quads id=7]
Riyaziyyat haqqında maraqlı məlumatlar və faktlar
3.6
(19)

1.    Bizim istifadə etdiyimiz rəqəmlər ərəb rəqəmləri adlansa da bunlar 1500 il əvvəl Hindistanda icad olunmuşdur. Ərəblər bu say sistemini hindlilərdən, başqa xalqlar isə ərəblərdən mənimsəmişlər.

2. Romada heç vaxt 0 rəqəmi olmayıb, baxmayaraq ki, oradakı insanlar ağıllı və saymağı bilirdilər.

3. Əllərdə cəmi 10 barmaq olduğu üçün onluq say sistemindən istifadə edilməyə başlandı.

4.  Barmaqlar və çınqıllar ilk hesablama vasitələri hesab olunur.

5.  Əvvəllər insanlar  iyirmilik say sistemindən istifadə edirdi. Onluq say sistemi isə sonradan istifadə olunmağa başladı.

6. Ən böyük ədədin adı sentilyondur. Bu ədəd 600 sıfırla yazılır.

7.  Kvadrat tənliklər VI əsrdə Hindistanda yaradılmışdır.

8. 1-dən 100-ə qədər olan bütün ədədlərin cəmi 5050 edir.

9. Rəqəmlərin sayı on, ədədlərin sayı sonsuzdur.

10.  İsaak Nyuton görə, riyazi hesablamanın kəşfinə sərf olunan vaxt  təxminən  adi tələbənin bu elmə yiyələnmə müddətinə bərabərdir.

11. 111.111.111 X 111.111.111=?

 Cavab =12,345,678,987,654,321

12. 23 nəfərin olduğu otaqda iki nəfərin eyni gündə ad gününün olması ehtimalı 50 faizdir.

13. Bir çox insan 7-ni uğurlu rəqəm hesab edir. Bu rəqəm həm də ən sevilən rəqəmdir.

14. Roma rəqəmləri ilə sıfırları yaza bilməzsiniz.

15. İlk qadın riyaziyyatçı Misirin İsgəndəriyyə şəhərində yaşamış Hypatiadır.

Riyaziyyat haqqında maraqlı məlumatlar və faktlar

16. Eyni rəqəmlərlə 100-ə gedən müxtəlif yollar:

           123-45-67+89=100
        123+4-5+67-89=100
        123-4-5-6-7+8-9=100
        1+23-4+5+6+78-9=100

17.    6 və 9 nömrələrinin qəribə birgəliyi:
(6 x 9) + (6 + 9) = 69

 18. Pi ədədindən ilk dəfə eramızdan əvvəl 6-cı əsrdə hind riyaziyyatçısı Budhayan istifadə etmişdir.

19.  Riyaziyyatda həqiqi və həqiqi olmayan ədədləri Rene Dekart təqdim etmişdir.

20. Riyaziyyat sayəsində məntiq elmi yaranmışdır.

21.    Bənzərsiz bir riyazi örnək:

Riyaziyyat haqqinda maraqli məlumatlar və faktlar
Riyaziyyat haqqında maraqlı məlumatlar və faktlar

22. Riyaziyyatda bildiyimiz kvadrat kök işarəsinin ingiliscə kök mənasını verən “root” sözünün ilk hərfi olan r-nin dəyişilmiş forması olduğunu bilirdinizmi?

sponsor 3

23. Eyni perimetrə sahib olan bütün həndəsi fiqurlar arasında ən böyük sahəsi olan dairədir.

24.  Amerikadakı tədqiqatçılar hesab edirlər ki, riyaziyyat imtahanında saqqız çeynəyən şagirdlər daha uğurlu nəticə əldə edir.

25.  Riyazi tənliklərdə bilinməyəni ifadə edən x, y və z hərflərinin seçilmə səbəbi əlifbanın ən sonunda yerləşməsi və naməlumu ifadə etməsidir.

26.    Bilinən ən qədim riyazi mətnlər Mesopotamiya və Misirdən tapılmşdır və eramızdan əvvəl 2000–1800-cü illərə aiddir.

27.   Roma rəqəmləri ərəb rəqəmlərindən min il əvvəl icad olunmuşdu. Lakin o, mürəkkəb olduğundan bu gün bütün xalqlar, əsasən, ərəb rəqəm sistemindən istifadə edirlər.

28.  Cəbr, ərəb dilində “Əl cəbr” sözündən olub mənası əziyyət, çətinlik, məcbur edilən, icbari  deməkdir.Bütün dillərə ərəb dilindən keçmədir.

29.   Cəbrin banisi Məhəmməd əl-Xarəzmidir. O, IX əsrin ən böyük alimlərindən biri kimi  astronomiya, coğrafiya, riyaziyyat və tarix kimi elmlərin dahisi sayılırdı. Xarəzmi həm də alqoritmin banisi hesab olunur.

30. Tarixin ən böyük ixtiraçılarında olan Nikola Tesla 3, 6 və 9 rəqəmlərini ilahi hesab edir və gündəlik həyatda da bu rəqəmlərə yer verirdi. Tesladan bir sitat:
 “Əgər 3 6 9 rəqəmlərinin möhtəşəmliyini bilsəydiniz,  kainatın qapılarını açacaq açara sahib olardınız.”


Bənzər yazılar:


Axtarış sözləri: riyaziyyata aid maraqli melumatlar,riyaziyyata aid maraqli faktlar,riyaziyyat haqqında məlumat,riyaziyyat haqqında bilmədiklərimiz,riyaziyyat haqqinda məlumat,riyaziyyat haqqinda maraqli melumatlar,riyaziyyat haqqinda bilmediklerimiz,riyaziyyat haqqinda maraqli faktlar

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.6 / 5. Səs sayı: 19

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir